Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    İsrailin Druz kartı – İran maraqları və Ankaranı yeni müharibəyə sövq etmək cəhdləri

    15 İyul 2025 18:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrailin Druz kartı – İran maraqları və Ankaranı yeni müharibəyə sövq etmək cəhdləri
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi

    İsrailin Suriya siyasətində “druzları qorumaq”, “Suriyanı parçalanmaqdan xilas etmək”, “Türkiyə təsirini neytrallaşdırmaq” və “ekstremistlərlə mübarizə” kimi tezislərlə müdaxilələrini əsaslandırması son aylarda daha aydın şəkildə görünməyə başlayıb. Bu müdaxilələr təkcə hərbi toqquşmalarla məhdudlaşmır, eyni zamanda siyasi və ictimai mühitin manipulyasiyası ilə də müşayiət olunur.

    Suriya prezidenti hədəfdə: İsrailin hava zərbələri davam edir

    İsrail ordusu 2 may cümə günü səhər saatlarında Dəməşqdəki prezident sarayına xəbərdarlıq xarakterli zərbə endirib. Bu hücum, İsrailin Suriya ərazisindəki hərbi və hava hücumundan müdafiə infrastrukturuna qarşı həyata keçirdiyi genişmiqyaslı zərbələrin bir hissəsi olub. Rəsmi məlumata görə, həmin gün Rifah, Dəraa və Həma ətrafında yerləşən bir neçə hərbi mövqelər də hədəf alınıb. İsrail ordusu bəyan edib ki, hücumlar Dəməşq yaxınlığındakı Harasta hərbi xəstəxanasının yanındakı 41-ci alaya, Dəraanın İzrə şəhəri yaxınlığındakı 175-ci alaya və Əs-Sənmən yaxınlığındakı raket bazasına yönəlib. Həmçinin Həmanın Şəttə kəndi ətrafına endirilən zərbələr nəticəsində dörd nəfər yaralanıb.

    İsrail ordusu bildirib ki, zərbələr “hərbi obyektlərə, hava hücumundan müdafiə sistemlərinə və yer-hava raket infrastrukturuna” qarşı yönəldilib. Ordunun açıqlamasına əsasən, bu əməliyyatlar İsrail vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün davam etdiriləcək.

    Sülhə zərbə vuran strategiya: Druzlar bəhanə, maraqlar isə gizlidir

    İsrail, druzların qorunması fikrini bölgəyə hərbi müdaxilənin əsas səbəbi kimi təqdim edir. Baş nazir Benyamin Netanyahu bu məsələni dəfələrlə gündəmə gətirib, İsraildəki druz lideri Müvəffəq Tarif vasitəsilə bu arqumenti legitimləşdirməyə çalışıb. Lakin Suriyadakı druz icmasının əksəriyyəti bu bəhanəni rədd edir.
    İsrailin bu narrativi Suriyada milli birliyi və dini mozaikanı təhdid edir. Bu, eyni zamanda Suriya və Livandakı druzlar arasında parçalanma riski yaradır, suriyalılar arasında isə druzlara qarşı narahatlıq formalaşdıra bilər. İsrailin “qoruma” adı altında həyata keçirdiyi bu müdaxilələrin nəticəsi həm druz icmasında, həm də suriyalılar arasında qarşıdurma ehtimalını artırır.

    Suriya hökuməti və druz icması: Konsensus axtarışı

    Suriya hökuməti və druz icması arasında qarşılıqlı anlaşmaya əsaslanan bir mexanizm formalaşıb. Hökumət, Suveyda bölgəsində yerli özünüidarə modelinə razı olub, bu isə silahlı qrupların silahı yalnız öz bölgələrində daşıması prinsipinə ziddir. Hökumət eyni modeli “QSD” ilə razılaşmaqdan imtina etmişdi. Bununla yanaşı, Suriya rəhbərliyi “Bağdad Bəyannaməsi” çərçivəsində milli dialoq təşəbbüsünü də gündəmə gətirib.

    Silahı birləşdirmək cəhdi və daxili narahatlıqlar

    İsrailin hava zərbələri və daxili siyasi təlatümlər hökumətin cənub bölgələrindəki yerli silahlı dəstələrlə danışıqlar prosesinə mane olur. Suriya Müdafiə Nazirliyindən bir rəsmi qeyd edir ki, bəzi silahlı dəstələr İsrailin druzları qoruma bəhanəsindən qəzəblənərək Suveydaya doğru hərəkətə keçmək istəmişdi. Bu təhlükəli vəziyyət hökumət qüvvələrinin müdaxiləsi ilə dayandırılıb. Təhlükəsizlik qüvvələri bir çox bölgədə silahların toplanması və potensial toqquşmaların qarşısının alınması istiqamətində fəaliyyət göstərir.

    İranın fürsət axtarışı: xaosda təsir gücünü artırmaq

    İsrailin yaratdığı xaotik mühitdən İranın da istifadə etməyə çalışdığı bildirilir. İran bu mühitdən iki istiqamətdə yararlanır: birincisi, Suriya hökumətini İsrail hücumları qarşısında susmaqda ittiham edərək onu nüfuzdan salmaq, ikincisi isə bombardman zamanı yaranan boşluqlardan istifadə edərək öz silah axınını və yerli şəbəkələrinin möhkəmləndirilməsini təmin etmək.

    Suriya hökuməti son günlərdə Suveyda və Dəraaya minlərlə təhlükəsizlik qüvvəsi göndərərək bölgədə hər hansı sektaar və etnik qarşıdurmanın qarşısını almağa çalışır. Lakin insan resurslarının məhdudluğu səbəbindən bu tədbirlər bəzi coğrafi boşluqları aradan qaldıra bilmir ki, bu da İranın imkanlarını artırır.

    Hərbi zəiflik və yeni təhlükələr: Suriyada sabitliyin qarşısında maneələr

    İsrailin ardıcıl hücumları nəticəsində Suriya ordusu və təhlükəsizlik qurumlarının bəzi hissələri daha arxa bölgələrə çəkilmək məcburiyyətində qalıb. Bu isə təkcə İranın deyil, həm də “İŞİD” və digər silahlı qrupların yenidən canlanması üçün şərait yaradır. Deyr əz-Zorda baş verən son hücumlar bu ehtimalları gücləndirir.Bütün bu vəziyyət Suriyada milli sabitliyin bərpası yönündə atılan addımları zəiflədir və beynəlxalq təşkilatların sülh təşəbbüslərini daha da çətinləşdirir.

    İsrailin məqsədi: Türkiyə nüfuzunu zəiflətmək və Suriyanı parçalanmış saxlamaq

    İsrailin Suriyaya müdaxiləsinin əsas hədəflərindən biri də Türkiyənin bölgədə artan təsirini cilovlamaqdır. İsrailin ötən ay “T4” hava bazasını bombalaması da bu siyasətin tərkib hissəsidir. Bu baza barədə Türkiyənin orada hərbi mövcudluq qurmaq istədiyinə dair (rəsmi təsdiqlənməyən) məlumatlar var idi. İsrail Vaşinqtonu inandırmağa çalışır ki, Türkiyənin artan təsiri İsrail üçün təhlükə yaradır və bu səbəbdən Rusiyanın bölgədəki təsirinin artırılmasına razılıq verilməlidir.

    Avropa və ərəb ölkələri: İsrail planlarına qarşı mövqe

    Avropa İttifaqı və Böyük Britaniya isə Suriyada Rusiya təsirini məhdudlaşdırmaq üçün Dəməşq hökumətinə dəstək verir. İsrailin müdaxilələrinin isə ərəb ölkələri, xüsusilə Körfəz ölkələri və ABŞ tərəfindən də razılıqla qarşılanmadığı bildirilir. Bu müdaxilələrin İranı yenidən Suriya və Livanda “işğalçıya qarşı müqavimət” adı ilə önə çıxarma ehtimalı da narahatlıq yaradır.

    İsrailin “druzları qorumaq” adı altında həyata keçirdiyi Suriyadakı bu strategiya qısa müddətdə müəyyən taktiki qazanc gətirə bilər, lakin uzunmüddətli perspektivdə həm Suriyanı, həm regionu, həm də birbaşa İsrailin özünü təhlükəyə atır. Bu siyasət Yaxın Şərqdə yeni və daha dağıdıcı qarşıdurmaların təməlini qoya bilər.

    #Türkiyə #İsrail #Suriya #Dəməşq #Druz #Suriyalı druzlar və İsrailin mövqeyi #Druz icması #druzlar #Dürzilər #Suriyada Dürzilər #İsrail və Dürzilər #Dürzilərin Silahlı Mübarizəsi #Suriyada Mərkəzi Hakimiyyət və Dürzilər #İsrail Suriyadan nə istəyir? #İsrail Suriyada niyə hücumlar həyata keçirir? #İsrail Suriyada Dürzi icmasını niyə dəstəkləyir? #İsrail Suriyada hava hücumları #təhlükəsizlik qüvvələri #İsrail Suriyada hərbi əməliyyatlar #İsrail Suriya siyasəti #İsrail-Suriya gərginliyi #İsrail Suriya hücumu #İsrailin Suriya müdaxiləsi #Druzların qorunması bəhanəsi #İsrail hava zərbələri Suriya #Dəməşq prezident sarayı hücumu #Suveyda hadisələri #İsrail-Türkiyə rəqabəti Suriyada #Suriyada etnik parçalanma riski #Suriya ordusu və druz icması #Suriya daxili sabitlik #İsrail druz siyasəti #İsrailin Həma və Dəraa hücumları #Suveyda idarəetmə modeli #Druzların İsrailə münasibəti #Bəşər Əsəd və İsrail münasibətləri #Suriya-Türkiyə-İsrail gərginliyi #Rusiya və Avropa Suriyada #Körfəz ölkələri və Suriya sabitliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    31 Avqust 2026 22:33

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    31 Avqust 2026 22:12

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    31 Avqust 2026 20:42

    İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Əl-Əqsa məscidinə daxil olub

    31 Avqust 2026 20:16

    İsrail hakimiyyəti Cənin bölgəsində yeni yaşayış məntəqəsi yaradıb

    31 Avqust 2026 19:43

    Türkiyə nümayəndə heyəti DOST Agentliyində olub

    31 Avqust 2026 19:32

    Müharibə tərəfləri bölgəni məhv edən prosesi davam etdirir - Hakan Fidan

    31 Avqust 2026 18:58

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    İordan çayının qərb sahilində yüzlərlə bina dağıdılıb - BMT

    31 Avqust 2026 18:33

    Hakan Fidan İstanbul görüşündən sonra açıqlama verib

    31 Avqust 2026 18:26

    Qəzzada ölənlərin sayı artıb

    31 Avqust 2026 18:20

    İsrailli ravvin Qərb Sahilində fələstinlilərin qovulmasına çağırıb

    31 Avqust 2026 10:39
    XƏBƏR LENTİ

    Bu gün Müəmmər əl-Qəzzafi Liviyada inqilab nəticısində hakimiyyətə gəldi

    Tarixdə bu gün — 1 Sentyabr

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens

    SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib

    Anthropic-in Claude modeli ilə bağlı yeni müəllif hüquqları mübahisəsi başlayıb

    Sanksiyaların məqsədi İranı danışıqlar masasına gətirməkdir - Skott Bessent

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    CENTCOM SEPAH-ın Hörmüz boğazında tanker insidenti barədə iddiasını rədd edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.