Putin və Netanyahu telefon danışığında Suriya, İran və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər. Rusiya Suriyanın ərazi bütövlüyünü müdafiə edir və İranın nüvə proqramı üzrə vasitəçiliyə hazır olduğunu bildirib.
#İsrail Suriya siyasəti
Suriya xarici işlər naziri Əsəd Şeybani və İsrailin strateji məsələlər naziri Ron Dermer Parisdə ABŞ-ın təşəbbüsü ilə görüş keçiriblər. Görüşdə bölgədə gərginliyin azaldılması məqsədi ilə dialoqun davam etdirilməsinə dair razılıq əldə olunub.
İsrail Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus qırıcı təyyarələr Suriyanın mərkəzində yerləşən Hums vilayətində Suriya Silahlı Qüvvələrinə məxsus anbarlara hava zərbələri endirib.
İsrail və Suriya rəsmiləri arasında cümə axşamı Suriyanın cənubundakı gərginliklə bağlı görüş keçiriləcək.
ABŞ-ın qonşu ölkələrə bir-birlərinə nə etməli olduqlarını diktə etmək kimi bir işi və ya bu sahədə bir marağı yoxdur.
Suriyanın parçalanmasına qətiyyən icazə verməyəcəyik.
BMT-nin Baş katibi Antoniu Quterreş İsrailin Suriya ərazisinə endirdiyi hava zərbələrini qınayıb və Suriyanın suverenliyi və ərazi bütövlüyünün pozulmasına dərhal son qoyulmasına çağırıb.
Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Suriyaya hücumlarını qətiyyətlə pisləyib.Nazirlik bəyan edib ki, bu hücumlar Suriyada sülh, sabitlik və təhlükəsizlik səylərinə qarşı təxribat xarakteri daşıyır.
İsrailin Suriya siyasətində “druzları qorumaq”, “Suriyanı parçalanmaqdan xilas etmək”, “Türkiyə təsirini neytrallaşdırmaq” və “ekstremistlərlə mübarizə” kimi tezislərlə müdaxilələrini əsaslandırması son aylarda daha aydın şəkildə görünməyə başlayıb.
İsrailin Baş naziri və Müdafiə naziri, İsrail ordusuna Suriyanın cənubundakı Əs-Süveyda şəhərinə daxil olan Suriyanın təhlükəsizlik qüvvələrinə hücum əmri verdiklərini bildiriblər.
İraq Baş naziri Məhəmməd Şiə əs-Sudani bildirib ki, 7 oktyabr hadisələrindən sonra Qəzza, Livan və Suriyada baş verənlər, eləcə də İrana qarşı hücumlar bölgədə yeni güc balansları barədə ehtimalları gündəmə gətirib.
İsrailin bəzi media orqanlarının verdiyi məlumata görə, "məlumatlı suriyalı mənbə"yə istinadən, Suriya və İsrailin 2025-ci ilin sonuna qədər sülh sazişi imzalayacağı gözlənilir. Bu açıqlamalar, Suriya prezidenti Əhməd əş-Şəraanın bir neçə gün əvvəl verdiyi bəyanatın ardınca gəlib. Prezident həmin çıxışında Dəməşqin beynəlxalq vasitəçilər və diplomatik kanallar vasitəsilə İsrailin cənub bölgələrdəki hücumlarını və müdaxilələrini dayandırmaq üçün çalışdığını, və "Suriya suverenliyinin qorunmasının hər şeydən üstün olduğunu" vurğulamışdı.