Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    Türkiyə rəsmisindən Azərbaycan mətbuatının 150 illiyinə təbrik mesajı

    30 May 2025 11:29
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyə rəsmisindən Azərbaycan mətbuatının 150 illiyinə təbrik mesajı
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun Azərbaycan mətbuatının 150 illiyi münasibətilə xüsusi videomesaj yayımlayaraq Azərbaycan xalqını və media nümayəndələrini təbrik edib.

    AzerVoice xəbər verir ki, Altun Azərbaycan mətbuatının cəmiyyətə düzgün, obyektiv və vaxtında məlumat çatdırmaq baxımından mühüm rol oynadığını vurğulayaraq, jurnalistləri "həqiqətin uca səsi" adlandırıb.

    O, bildirib ki, Azərbaycan mətbuatı yalnız xəbər verməklə kifayətlənməyib, eyni zamanda xalqın səsi, mədəni irsin qoruyucusu və fikir azadlığının müdafiəçisi olub.

    Fahrettin Altun qeyd edib ki, dezinformasiyanın artdığı dövrdə Azərbaycan mediası həqiqətin yayılmasına önəmli töhfə verib. Xüsusilə, II Qarabağ müharibəsi zamanı Azərbaycanın haqq səsini dünyaya çatdırmaqda medianın mühüm rol oynadığını vurğulayan Altun, Həsən bəy Zərdabinin 1875-ci ildə nəşr etdiyi “Əkinçi” qəzeti ilə başlayan Azərbaycan mətbuatının bu gün də uğurla davam etdiyini bildirib.

    Altun, Türkiyə və Azərbaycan liderlərinin iştirakı ilə imzalanan “Azərbaycan–Türkiyə arasında Media Sahəsində Strateji Əməkdaşlığa dair Anlaşma Memorandumu”nun iki ölkə arasında media əməkdaşlığını daha da möhkəmləndirdiyini qeyd edib.

    O bildirib ki, Türkiyə və Azərbaycan ortaq tarix, mədəniyyət və dəyərlər əsasında qurulan sıx əlaqələrə malikdir. Münasibətlər “Bir millət, iki dövlət” şüarı ilə hər sahədə inkişaf edir.

    “Prezidentlərimizin güclü iradəsi ilə media sahəsində əməkdaşlığımızı daha da inkişaf etdirəcəyik” – deyə Altun əlavə edib.

    O, çıxışını Azərbaycan mətbuatının 150 illik yubileyi münasibətilə jurnalistləri bir daha təbrik edərək, onlara uğurlar və rifah arzulamaqla yekunlaşdırıb.

    #Türkiyə #Azərbaycan #Fahrettin Altun #Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi #Türkiyə - Azərbaycan əlaqələri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Rusiyanın Azərbaycanla həmişə çox yaxşı münasibətləri olub və bu davam edir - Vladimir Putin

    4 İyun 2026 22:44

    Azərbaycan-İran ikitərəfli münasibətlərinin cari vəziyyəti müzakirə edilib

    4 İyun 2026 19:35

    Ceyhun Bayramov qırğızıstanlı həmkarını təbrik edib

    4 İyun 2026 19:16

    Yeni səfir etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

    4 İyun 2026 18:51

    Ankarada Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyətinə həsr olunmuş tədbirlər keçirilib

    4 İyun 2026 17:34

    Cənubi Koreya Türkiyə ilə nüvə enerjisi sahəsində əməkdaşlığı artırır

    4 İyun 2026 16:48

    Azərbaycandan keçməklə Ermənistana gübrə və buğda göndərilib

    4 İyun 2026 14:37

    Birləşmiş Krallığın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

    3 İyun 2026 18:29

    Aİ və Azərbaycan yeni ikitərəfli saziş üzrə danışıqları bərpa edib

    3 İyun 2026 18:20

    TDT ölkələrinin mərkəzi banklarının Şurasının növbəti toplantısı Bakıda keçiriləcək

    3 İyun 2026 16:19

    Türkiyədə 4,4 bal gücündə zəlzələ olub

    3 İyun 2026 14:54

    Yaxın şərqdə qalan təyyarəmiz yoxdur - Uraloğlu

    3 İyun 2026 11:23
    XƏBƏR LENTİ

    Britaniyanın Avropa İttifaqından çıxmasının iqtisadi təsirləri - 10 il sonra qiymətləndirmə

    Qlobal İslam İqtisadiyyatı İndeksində lider ölkələr hansılardır?

    Bu gün altıgünlük müharibə başladı

    720 at güclü AC Cobra GT təqdim olundu

    Tarixdə bu gün - 5 İyun

    Rusiya Prezidenti İrana humanitar yardımın çatdırılmasında köməyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib

    Rusiyanın Azərbaycanla həmişə çox yaxşı münasibətləri olub və bu davam edir - Vladimir Putin

    Birləşmiş Krallıqda Milli Sağlamlıq Xidməti əməkdaşları üçün siyasi nişanların istifadəsi qadağan edilə bilər

    Riçard Nil: İranla müharibə amerikalı ailələrə baha başa gəlir

    Bu gün Qəzzadan 26 xəstə müalicə üçün xaricə aparılıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.