Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    Misir Türkiyə istehsalı Polad Günbəz istifadə edəcək

    6 Sentyabr 2024 16:33
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Misir Türkiyə istehsalı Polad Günbəz istifadə edəcək
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Ankara,  Misir prezidenti Əbdülfəttah əs-Sisinin ölkəyə səfərinin ilk nəticəsi kimi Misirlə uçuşların iki dəfədən çox artdığını açıqlayıb.

    AzerVoice ArabAZ -a istinadən xəbər verir ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu iki ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası zamanı mülki aviasiya sahəsində imzalanan anlaşma memorandumuna əsasən, Türkiyə ilə Misir arasında uçuşlar ikiqat artacaq.

    Türkiyəli nazir açıqlamasında əlavə edib ki, Türkiyə ilə Misir arasında dəmir yolu, mülki aviasiya və informasiya-kommunikasiya texnologiyaları sahələrində 3 mühüm anlaşma memorandumu imzalanıb.

    O, iki mülki aviasiya departamenti arasında anlaşma memorandumuna əsasən, Misir və Ankara arasında uçuşların sayının həftədə 30-dan 67-yə çatdırıldığına diqqət çəkərək, Türk Hava Yollarının (THY) Şarm Əl-Şeyx, Hurqadaya və İsgəndəriyyə də uçuşlar təşkil etdiyini bildirib..

    “Biz inanırıq ki, bu memorandum bir çox sektorlarda, xüsusilə də iki ölkə arasında iqtisadi fəaliyyət, ticarət və turizm sahələrində müsbət töhfə verəcək”-deyə Uraloğlu bildirib.

    Sisi və Ərdoğanın sədrliyi ilə keçirilən Strateji Şuranın iclasında Misir və Türkiyə mülki aviasiya, informasiya texnologiyaları, dəmir yolları, rabitə, maliyyə, ətraf mühit, şəhərsalma, səhiyyə, enerji və digər sahələrdə 17 anlaşma protokolu imzalayıb.

    Bununla bağlı Türkiyənin “Aselsan” Müdafiə Sənayesi Şirkətinin baş direktoru Əhməd Akyol, “Polad günbəz” kimi tanınan yerli hava hücumundan müdafiə sistemini Türkiyədə tamamlandıqdan sonra dost və müttəfiq ölkələrlə paylaşmağa qərarlı olduqlarını söylədi.

    Cümə axşamı günü Əl-Alameyndə başa çatan Misir Beynəlxalq Hava Sərgisinə qatılan Akyol bildirib ki , Misir səmasında Türk Aviasiya Sənayesi Təşkilatı (Tuşaş) tərəfindən istehsal olunan təlim və yüngül hücum təyyarəsinin (Harjet) uçduğunu görməkdən qürur duyub.

    Qeyd edək ki, Türkiyə Müdafiə Sənayesi İcraiyyə Komitəsi avqustun 6-da prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi iclasda Türkiyə hava məkanının təhlükəsizliyini artırmaq üçün “Polad günbəz” layihəsinin hazırlanması barədə qərar qəbul edib.

    Türkiyənin müdafiə sənayesi şirkətləri Aselsan, Roketsan, MKE və Tubitak Saga, “ən mükəmməl sistem” olaraq xarakterizə edilən “Polad Günbəz” layihəsini həyata keçirmək üçün əməkdaşlıq edir. Bu system bir neçə sistemi və müxtəlif xüsusiyyətlərə malik silahları özündə birləşdirir.

    Misir Türkiyə istehsalı Polad Günbəz istifadə edəcək
    #Türkiyə #Misir #Polad Günbəz
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyəyə səfər edib

    20 İyul 2026 19:44

    Türkiyədə yeni şadırvan tikintisi üçün tender elan edilib

    20 İyul 2026 16:30

    Bordo Berelilər dünyanın ən güclü xüsusi təyinatlı qüvvələri arasında 4-cü yerdə qərarlaşıb

    19 İyul 2026 19:15

    Türkiyə təhlükəsizlik qüvvələri İŞİD şəbəkəsinə zərbə endirib

    18 İyul 2026 21:20

    Ukraynaya son dərəcə səmərəli səfər həyata keçirdik - Hakan Fidan

    17 İyul 2026 11:48

    Türkiyədə 4 mindən çox şagirdin daşınması üçün tender elan olunub

    16 İyul 2026 16:55

    CANiK PRIME RADIAN Türkiyədə satışa çıxarılıb

    16 İyul 2026 16:27

    Türkiyə bələdiyyəsindən yeni tender elanı — Azərbaycan şirkətləri də iştirak edə bilər

    16 İyul 2026 10:30

    FETÖ artıq istifadə dəyərini itirmiş bir quruluşdur - Hakan Fidan

    15 İyul 2026 14:56

    Hakan Fidan Ukraynaya gedəcək

    15 İyul 2026 13:22

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərə səfər edib

    14 İyul 2026 17:39

    Ərdoğan Pakistan Silahlı Qüvvələrinin komandanını qəbul edib

    14 İyul 2026 13:01
    XƏBƏR LENTİ

    Fələstin şirkətləri Türkiyəyə 140 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    Prezident İlham Əliyev Böyük Britaniyanın yeni Baş nazirini təbrik edib

    Çin necə müharibə aparır? Qədim strateji düşüncədən müasir hərbi doktrinaya gedən yol

    “Əsrin məhkəməsi” son gününə çatdı - təkamül mübahisəsi tarixdə iz qoydu

    Tarixdə bu gün - 21 İyul

    Fransa parlament komitəsi 15 yaşdan aşağı uşaqlar üçün sosial media qadağasını təsdiqləyib

    İordaniya İrandan buraxılan üç raketi zərərsizləşdirib

    Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

    ABŞ məhkəməsi 110 milyard dollarlıq media sövdələşməsini dayandırdı

    Əfqanıstanda sel fəlakəti nəticəsində azı 20 nəfər ölüb, 100 nəfər itkin düşüb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.