Bakı, AzerVoice
Bütün sualtı qayıqlarımızı 2029-cu ilə qədər istifadəyə verəcəyik.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Sualtı qayıqlarımız Hərbi Dəniz Qüvvələrimizin strateji elementlərindəndir. Bu gün xidmətə girən TCG Pirireis, havadan asılı olmayan hərəkət sistemli 6 sualtı qayıqımızın ilkidir.” – deyə o qeyd edib.
Ərdoğan bildirib ki, Pirireis sualtı qayıqlarında indiyədək 380-dən çox zavod limanı və naviqasiya qəbulu sınaqları uğurla həyata keçirilib.
"Bayraq qaldırma və naviqasiya təcrübələrinə başladığımız Hızırreis sualtı qayığımızı 2025-ci ildə, hovuz avadanlığı fəaliyyətinə başladığımız Murat Rəis sualtı qayıqımızı isə 2026-cı ildə xidmətə verməyi planlaşdırırıq. 4-cü sualtı qayığımız Aydınreis, 5-ci sualtı qayığımız Seydi Alireis və 6-cı sualtı qayıqımız Selmanreisin tikinti işləri sürətlə davam edir.” – deyə o qeyd edib.
Ərdoğan, 2029-cu ilə qədər layihə çərçivəsində olan bütün sualtı qayıqların istifadəyə veriləcəyini vurğulayıb.
Hafiz Rufizoğlu