Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    Türkiyənin kəşfiyyat idarəsi İsraillə bağlı hesabat hazırladı

    4 Avqust 2024 11:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyənin kəşfiyyat idarəsi İsraillə bağlı  hesabat hazırladı
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Türkiyənin Milli Kəşfiyyat Akademiyası İsrailin Qəzzaya hücumları və İsrail siyasətindəki fanatik, zorakı ideologiyalar haqqında hesabat hazırlayıb.

    AzerVoice xəbər verir ki, bu haqda Akademiya “İsraildə Radikal Sağ” hesabatını yayımlayıb.

    Hesabatda 7 oktyabr hadisələrindən əvvəl İsrail siyasətində “radikal sağ və işğalçı məskunlaşma”nın necə yerləşib inkişaf etdiyi açıqlanır.

    Milli Kəşfiyyat Akademiyasından verilən açıqlamaya görə, akademiyanın hazırladığı “İsraildə Radikal Sağ” hesabatında, İsrailin 7 oktyabrdan sonra siyasi və hərbi əməliyyatlarının ən həlledici sosial seqmentlərindən biri kimi ölkədəki fanatik, zorakılıq tərəfdarı və ifrat sağçı qruplar olduğu təsbit edilmişdir.

    Hesabatda vurğulanıb ki, bu qruplar hazırda Qəzzanı işğal altında saxlamağı, Qəzzalıları deportasiya etməyi və bu torpaqların yeni yəhudilərin məskunlaşması üçün ayrılmasını tələb edirlər.

    Əsas motivasiya “vəd edilmiş torpaq” inancıdır.

    Hesabatda 7 oktyabrdan sonra İsrailin Fələstin coğrafiyasında və xüsusilə Qəzzada həyata keçirdiyi qanlı hücumların dini və siyasi kontekstinin təhlili aparılır.

    Hesabatda İsraildə ifrat sağçı siyasətin və işğalçı məskunlaşma prosesinin bir-biri ilə uzlaşdığı və İsrail ifrat sağçılarının əsas çıxış nöqtəsinin “dini motivlərlə İordan çayından Aralıq dənizinə qədər bölgənin bütünlüklə yəhudiləşdirilməsi olduğu” bildirilir.

    1967-ci ildən İsrail beynəlxalq hüququ pozaraq Şərqi Qüds, İordan çayının qərb sahili, Colan təpələri və 2005/2023-cü illər istisna olmaqla Qəzzanı işğal altında saxlayır.

    Hesabatda 1967-ci ildən sonra işğal edilmiş bu bölgələrdə ifrat sağçı yəhudi qrupların dini motivlərlə yeni qəsəbələr qurmağa başladığı bildirilir. Və İsrailin bu yəhudi qrupların təhlükəsizliyini bir bəhanə elementi kimi istifadə edərək bu bölgələrdə öz hərbi varlığını qurmağa çalışdığı vurğulanır. Bu baxımdan işğal edilmiş ərazilərdə İsrail dövləti tərəfindən qurulan bu yeni yaşayış yerləri əslində İsrail geosiyasi müstəvisinin polis məntəqləri vəzifəsini icra edir.

    Hesabatda həmçinin İsrailin bu yeni yaşayış yerlərində təhlükəsizliyin təmin edilməsində aciz qaldığı və bu bölgələrdə gətirib yerləşdirmək üçün kifayət qədər yəhudi əhalisinin olmadığı vurğulanıb. Bu baxımdan İordan çayının Qərb sahili və Qəzzanın ilhaq edilərək oranın birbaşa İsrailin siyasi suverenlik sahəsinə daxil edilməsi mümkün deyildir.

    İsraildə ifrat sağçı-sekulyar gərginliyi mövcuddur

    İordan çayının qərb sahilində yaşayan məskunlaşma qrupları, İsraildən bu bölgədə öz hərbi mövcudluğunu daha çox nümayiş etdirməsini tələb edir və onlar fələstinlilərə qarşı terror aktları törətməklə gərginliyi pik həddə saxlayır. Bütün bunlar isə, ciddi miqdarda hərbi və maliyyə xərci tələb edir. Bu vəziyyət də İsraildəki fanatik, ifrat sağçı qruplar ilə əhəmiyyətli bir hissəsi liberal-sekulyar israillilərdən ibarət olan yüksək rütbəli hərbçilər arasında ciddi gərginliyə səbəb olur.

    Hesabatda, 2005-ci ildə Qəzzadan çəkilən İsrailin yaşayış məntəqələrini boşaltması isə məskunlaşanların İsrail dövlətinə qarşı şübhəli və ehtiyatlı münasibət bəsləməsinə səbəb olduğu açıqlanıb.

    Hesabatda dövlətlə onun işğal etidiyi ərazilərdə sonradan məskunlaşan yəhudilər arasında mövcud olan bu güvənsizlik mühitində fanatik ifrat sağçı qrupların lazım gəldikdə dövlətə qarşı qanuni və müstəqil şəkildə maliyyə ehtiyaclarını qarşılamaq üçün müxtəlif qeyri-hökumət şəbəkələri qurduqları və dövlətdən böyük dəstək alsalar da, bu təşkilatların ifrat sağçıların İsrail siyasətinə qarışması üçün mühüm element halına gəldiyi qeyd edilir.

    İsrail radikal sağının dövlət işçiləri ilə yaşadığı gərginliyə də aydınlıq gətirən hesabatda, İsrailin ifrat sağçı koalisiyasının 2023-cü ilin yanvarında İsrail Ali Məhkəməsinin strukturunu və səlahiyyətli şəxslərini dəyişdirmək cəhdi vurğulanıb. Bildirilib ki, buna İsrail “hərbi elitaları” açıq şəkildə qarşı çıxaraq vəziyyəti daha da gərginləşdirmişdi.

    Netanyahu soyqırıma cəhd etdi

    Hesabatda 7 oktyabrdan sonra başlayan Qəzza işğalı ərzində “hərbi elita ilə sağçı koalisiya” arasında qarşıdurmanın yeni mərhələyə keçdiyi, hərbi qanadın qanlı, lakin zahirən nisbətən daha nəzarət altında saxlanılmış bir işğal prosesi həyata keçirməyi planlaşdırdığı qeyd edilib.

    İsrailin baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi hökumətin isə itirdiyi siyasi dəstəyi bərpa etmək üçün açıq şəkildə soyqırımı törətdiyi və beləcə Netanyahunun prosesin gedişatını və nəticəsini qeyri-müəyyən hala gətirdiyi vurğulanıb.

    Hesabatda qeyd edilir ki, ifrat sağçı qrupların Qəzzada işğalın qalıcı hala gətirilməsi və Qəzzanın yəhudilər üçün yeni məskunlaşma ərazisinə çevrilməsi ilə bağlı tələbləri İsrail ordusu ilə yaşadıqları gərginliyin yeni elementlərindən biridir. Ordu mövcud hökumətə qarşı müxalif mövqeyinin də təsiri altında, burada yəhudilərin varlığını təmin etmək üçün böyük hərbi və maliyyə xərclərinin olacağını iddia edir.

    Türkiyənin kəşfiyyat idarəsi İsraillə bağlı  hesabat hazırladı
    #Qəzza #İsrail #Fələstin #MİT
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail ordusu Cenin hücumunda HƏMAS komandirini öldürdüyünü iddia edir

    28 Avqust 2026 22:27

    Cenin düşərgəsi boşaldılıb və ordu tərəfindən nəzarətə götürülüb - Kats

    28 Avqust 2026 21:44

    İsrail Suriyanın cənubundakı əməliyyatlarını genişləndirir

    28 Avqust 2026 19:06

    İsrail ordusu Qəzza şəhərində iki fələstinli komandiri öldürdüyünü açıqlayıb

    28 Avqust 2026 18:32

    İsrail qüvvələri Qəzza şəhərinin cənub-şərqində genişmiqyaslı dağıntılar törədib

    28 Avqust 2026 18:25

    Qəzzanın yenidən qurulması üçün 7 milyard dollar vəd edilib

    28 Avqust 2026 18:15

    İsrail oktyabr seçkilərinə görə Livanla danışıqları uzatmağa çalışır

    28 Avqust 2026 18:12

    Şotlandiyada Fələstinə dəstək verən yeddi fəalın işi məhkəməyə çıxarılır

    28 Avqust 2026 18:05

    İsrailin Suriyadakı mövcudluğu ölkənin suverenliyini pozur - BMT

    27 Avqust 2026 20:20

    Livanın cənubunda vəziyyət yenidən gərginləşir

    27 Avqust 2026 19:54

    İsrail qüvvələri İordan çayının qərb sahilində fələstinlilərin hərəkətini məhdudlaşdırıb

    27 Avqust 2026 19:43

    Avropa İttifaqı və bir sıra ölkələr İsrailin BMT agentliyinin obyektini ələ keçirməsini pisləyib

    27 Avqust 2026 18:23
    XƏBƏR LENTİ

    İsrail ordusu Cenin hücumunda HƏMAS komandirini öldürdüyünü iddia edir

    Altı aydır nə strategiya var, nə də müharibənin sonu görünür - ABŞ senatoru

    Fransanın “Pasqal” şirkətinin səhmləri ilk gündə 73 faizədək bahalaşıb

    Cenin düşərgəsi boşaldılıb və ordu tərəfindən nəzarətə götürülüb - Kats

    İctimai birliyə zərər vuran hər bir hərəkət qadağandır - Müctəba Xamenei

    İranla maliyyə əlaqələrini davam etdirən banklar cavab verəcək - Skott Bessent

    ABŞ Yaxın Şərqdə 50 mindən çox hərbçi saxlayır

    İraq Bağdadda pilotsuz uçuş aparatlarının hazırlanması cəhdinin qarşısını alıb

    Livanın cənubunda bir həftədə 1030 mərmi uçuşu qeydə alınıb - BMT

    Vaşinqton və Tehran arasında diplomatik çıxış yolu hələ görünmür

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.