Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Ankara şəhərində HƏMAS nümayəndə heyəti ilə görüşüb. Müzakirə çərçivəsində Qurban bayramı zamanı İsrail ordusunun Qəzza zolağına həyata keçirdiyi hücumlar, atəşkəsin təmin edilməsi üçün Türkiyənin həyata keçirdiyi vasitəçilik və humanitar yardım fəaliyyətləri də müzakirə edildi.
#MİT
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində İŞİD terror təşkilatının intihar aktı törətmək üçün tapşırıq verdiyi Mehmet Gören Əfqanıstan–Pakistan bölgəsində saxlanılaraq Türkiyəyə gətirilib. MİT-in apardığı kəşfiyyat tədbirləri çərçivəsində Əfqanıstan–Pakistan bölgəsində İŞİD-in tərkibində fəaliyyət göstərən türk mənşəli şəxsin olduğu müəyyən edilib. Araşdırmalar zamanı məlum olub ki, sözügedən şəxs İŞİD-ə məxsus düşərgələrdə aktiv fəaliyyət göstərib və zamanla təşkilat daxilində rəhbər vəzifəyə qədər yüksəlib.
Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı əməliyyatları davam edir. Təşkilatın gizli strukturlarında yüksək vəzifə tutan və barəsində məhkəmə hökmü və axtarış qərarı olan Hakan Kahraman xaricə qaçmaq istəyərkən MİT-in keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılıb.
AzerVoice xəbər verir ki, Türkiye Büyük Millet Meclisi (TBMM) sədri Numan Kurtulmuş Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalının siyasi partiyalarla "Terrorsuz Türkiyə" danışıqları Cümhuriyyət Xalq Partiyası (CHP) ilə dünənki görüşü ilə yekunlaşıb.
İbrahim Kalın İraqın şimalındakı Kürd Muxtar Regionunun paytaxtı Ərbil şəhərinə səfər edib.
Massaçusets Texnologiya İnstitutu (MIT) tərəfindən aparılan son araşdırma süni intellektdən, xüsusən ChatGPT-dən istifadə edən insanların daha aşağı beyin aktivliyi göstərdiyini üzə çıxarıb.
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) rəhbəri İbrahim Kalın HƏMAS siyasi bürosu ilə telefon danışığı aparıb.
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın Sincar bölgəsində həyata keçirdiyi əməliyyatla PKK/KCK terror təşkilatının liderlərindən birini zərərsizləşdirib.