Bakı. AzerVoice:
Türkiyə Respublikasının Konstitusiya Məhkəməsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyə Respublikası Mərkəzi Bankının sədrini səlahiyyət müddəti bitmədən əvəzləmək səlahiyyətini ləğv edib.
AzerVoice xəbər verir ki, məhkəmə 7 dekabr 2023-cü il tarixli qərarı ilə 703 saylı Fərmanın 151-ci maddəsinin (h) və (j) bəndlərini Konstitusiyanın qüvvədən düşmüş 91-ci maddəsi baxımından konstitusiyaya zidd hesab edərək ləğv etmişdir.
Konstitusiya Məhkəməsi həmçinin universitet rektorlarının prezident tərəfindən təyin edilməsinə icazə verən Fərman Qanununu və müvafiq hüquqi müddəanı da ləğv edib.