Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    İraq İrana məxsus silahlı dini qruplardan narahatdır

    5 Yanvar 2025 00:35
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İraq İrana məxsus silahlı dini qruplardan narahatdır
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice / Arab.AZ

    İraqın baş naziri Məhəmməd Şia əl-Sudani İrana səfərini gələn həftəyə təxirə salıb. O İrana səfəri zamanı İraqda İranın dəstəklədiyi milislərin ləğvi də daxil olmaqla əsas regional və daxili məsələləri müzakirə edəcək və silahların dövlət nəzarətinə məhdudlaşdırılması ilə bağlı molla rejimi ilə müzakirələr aparacaq.

    Məslə ondadır ki, artıq Bağdad ipi İranın əlində olan müxtəlif dini silahlı qruplardan ehtiyatlanmağa başlayıb. Bundan əvvəl adı açıqlanmayan İraq rəsmiləri bu qruplaşmaların İraq və ölkədə olan bütün digər azlıqlar üçün (sünnilər və xristianlar) real təhlükə olduğunu bildirmişdi.

    İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, səfərin məqsədi əlaqələri gücləndirmək və regional hadisələri müzakirə etməkdir. Əl-Sudani səfəri zamanı İranın yüksək səviyyəli rəsmiləri ilə danışıqlar aparacaq. Ahıl yaşlarında olan Xameneyinin onu qəbul edib etməyəcəyi hələ ki sual altındadır.

    İraq hökuməti bu xəbərləri təsdiq və ya təkzib etməyib, lakin həm İraqda, həm də İranda narahatlıqlar artmaqdadır.

    İranın ali lideri Əli Xameneyi bu yaxınlarda Bəşər Əsəd rejiminin devrilməsindən sonra “Müqavimət oxu” ilə bağlı məsələlərə toxunub.

    Bağdadda yayılan təsdiqlənməmiş məlumatlara görə, İraq ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampdan “xəbərdarlıq” və “qulaqburması” alıb.

    Milli Hikmət Hərəkatının lideri Əmmar əl-Həkim cümə axşamı bəzi detalları açıqlaylayaraq deyib ki, ABŞ-ın İraqla bağlı siyasətində dəyişikliyə işarə edən mesaj gizli səfir və ya Trampın telefon zəngi ilə çatdırılmış ola bilər.

    Şiə Koordinasiya Çərçivəsinin tanınmış simalarından olan Əl-Həkim təsdiqləyib ki, ABŞ administrasiyası İraqın bəzi silahlı qruplaşmalarını hədəfə alır.

    Bununla belə, o, yeni gələn Tramp administrasiyasının İran rejimini devirmək və ya İraqda siyasi sistemi pozmaq niyyətində olmadığını vurğulayıb.

    Əl-Həkim Bağdadın cənubunda, Nəcəfdə keçirilən toplantıda deyib: “Silahlı şiə Fraksiyalara qarşı qərar veriləcək… Bu, ABŞ-dan və silahlı qruplaşmalarla Koordinasiya Çərçivəsindəki bəzi qruplardan eşitdiklərimizdir. Bu, əsasən Kataib Hizbullah və Əl-Nucaba kimi İranın dəstəklədiyi silahlı qruplara qarşı yönəlib”

    Əl-Həkim həmçinin İraqın siyasi sistemini hədəfə almamaq üçün “beynəlxalq iradə”nin olduğunu əmin edib.

    “Məqsəd İraqın sabitliyini qorumaqdır, çünki oradakı xaos regional təhlükəsizliyi pozacaq, qonşu ölkələr bunu rədd edir. Mövcud sistemin qalacağı gözlənilir”, o təsdiqləyib.

    #İran #İraq #Məhəmməd Şia Əl-Sudani
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Səudiyyə Ərəbistanı İranın Bəhreyn və Küveytə hücumlarını pisləyib

    6 İyun 2026 22:05

    Pakistanın daxili işlər naziri danışıqlar üçün Tehrana gəlib

    6 İyun 2026 21:27

    İran Körfəz hücumlarını ABŞ blokadası fonunda “strateji baxımdan çox önəmli” sayır

    6 İyun 2026 20:53

    İran milli komandası Meksikaya yola çıxıb

    6 İyun 2026 20:27

    ABŞ Hörmüz boğazı ilə bağlı İranın mövqeyinə qarşı çıxır

    6 İyun 2026 20:07

    İsmayıl Bəqaidən Livandakı hadisə ilə bağlı açıqlama

    6 İyun 2026 20:02

    İranın qırmızı xətti: Neft ixracı məsələsi bölgədə yeni böhrana səbəb ola bilərmi?

    6 İyun 2026 19:25

    İran ABŞ-ı atəşkəsi pozmaqda ittiham edib

    6 İyun 2026 19:19

    Misir İranın Küveyt və Bəhreynə hücumlarını pisləyib

    6 İyun 2026 18:31

    Küveyt İranın yeddi ballistik raketinə qarşı tədbir görüldüyünü açıqlayıb

    6 İyun 2026 18:26

    Qətər İranın Küveyt və Bəhreynə hücumlarını pisləyib

    6 İyun 2026 18:23

    Livanlı siyasətçi İranın ölkədəki təsirinə son qoyulmasını tələb edib

    6 İyun 2026 18:18
    XƏBƏR LENTİ

    Vatikanın yaranmasından 97 il ötür

    300 at güclü hibrid kupe: Yeni Toyota GR86 nələr vəd edir?

    Osmanlı-Məmlük rəqabətinin başlanğıcı və Əmir Teymur təhlükəsi

    Tarixdə bu gün - 7 İyun

    Almaniya XIN:Hər iki Körfəz ölkəsinə səfərlər risklidir

    1701 saylı qətnamənin əhəmiyyəti nədir?

    Hindistanda “Tarakanlar Partiyası”nın tərəfdarları ilk böyük etiraz aksiyasını keçirib

    Səudiyyə Ərəbistanı İranın Bəhreyn və Küveytə hücumlarını pisləyib

    “Rosneft” rəhbəri:ABŞ şirkətləri Hörmüz böhranından qazanc götürür

    Pakistanın daxili işlər naziri danışıqlar üçün Tehrana gəlib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.