Bakı,AzerVoice
Qazaxıstan və Özbəkistan qarşılıqlı ticarət dövriyyəsini 10 milyard dollara çatdırmaq niyyətindədirlər. AzerVoice xəbər verir ki, barədə razılıq ötən gün Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov ilə Qazaxıstanın baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleu arasında aparılan danışıqlar zamanı əldə olunub.
B.Səidovun sözlərinə görə, son illər iki ölkənin ticarət dövriyyəsi iki dəfə artıb.
“İqtisadi-ticari əlaqələr əlaqələrimizin ən mühüm sahələrindən biridir. Qazaxıstan bizim Mərkəzi Asiyada ən böyük ticarət tərəfdaşımızdır. Son illər qarşılıqlı ticarət dövriyyəsi iki dəfə artıb. Bu yaxınlarda biz bu rəqəmi daha 2-3 dəfə artırmaq yollarını müzakirə etdik”-deyə o bildirib.
Murat Nurtleu öz növbəsində bildirib ki,tərəflər hazırda 156 milyon dollar dəyərində 12 birgə layihəyə start verib
“ Bundan əlavə, dəyəri 1 milyard dollara yaxın olan 21 layihə hazırlanır. İndi növbəti mərhələlərdən biri əldə olunan nəticəni saxlayaraq, ticarət dövriyyəsini 10 milyard dollara çatdırmaqdır”, - deyə M.Nurtleu qeyd edib.