Bakı. AzerVoice:
Bişkek Mərkəzi İstilik Elektrik Stansiyasında baş verən yanğında ağır yaralananların müalicəsi üçün Türkiyə dəstək göstərəcək.
AzerVoice-nin məlumatına görə, bu barədə Qırğızıstan səhiyyə naziri Alimkadır Beyşənəliyev deyib.
O, Qırğızıstan prezidenti Sadır Japarovun göstərişi ilə türkiyəli həmkarı ilə əlaqə saxlayıb.
“Bu gün Türkiyənin ən yaxşı yanıq mütəxəssislərindən olan Prof.Dr.Koray Daş ilə onlayn konsultasiya keçiriləcək və burada termik yanıqları olan yaralıların müalicə üsulları müzakirə olunacaq. Bundan əlavə, yaralılara yardım göstərmək üçün yerli mütəxəssislərlə birlikdə fevralın 3-də iki türk mütəxəssis həkimin gəlməsi gözlənilir” - deyə nazir qeyd edib.
Məlumat üçün qeyd edək ki, Bişkekdə evlərə isti su və qış istilik xidməti verən Mərkəzi İstilik Müəssisəsində baş verən yanğında ikisi ağır olmaqla beş nəfər xəsarət alıb.
Səhiyyə nazirinin müavini Mederbek İsmayılov mətbuat konfransında bildirib ki, ağır xəsarət alanların 80 faizinin qolları və üzlərində yanıqlar var.
Hafiz Rufizoğlu