Bakı,AzerVoice
İngiltərə hələ də Yəmənə qoşun göndərmək niyyətində deyil. AzerVoice xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş nazirinin müavini Oliver Douden Reuters agentliyinə müsahibəsində bildirib.
Bununla belə, Douden hesab edir ki, Böyük Britaniyanın husilərin hədəflərinə aviazərbələri husilərin hərbi imkanlarının azalmasına səbəb olub.
Qeyd edək ki, Qəzza zolağında İsrail-Fələstin münaqişəsinin şiddətlənməsindən sonra Yəmən husiləri İsrail ərazisinə hücumlar həyata keçirəcəklərini və Fələstin anklavında əməliyyat dayandırılana qədər əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəklərini bildiriblər.