Bakı,AzerVoice
Küveyt və Azərbaycan arasında qarşılıqlı olaraq viza rejiminin ləği istisna edilmir. AzerVoice xəbər verir ki, bunu Küveyt Dövləti Milli Assambleyasının Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Mihammed Hayef deyib.
O qeyd edib ki , Azərbaycanala əlaqələrin inkişafı çox vacibdir.
“Küveyt keçirilməsi planlaşdırılan iki ölkə arasında birgə hökumət komitəsinin üçüncü sessiyasının keçirilməsində maraqlı olduğunu təsdiqləyib, çünki bu, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın müxtəlif aspektlərini genişləndirmək üçün bir fürsətdir”-deyə o bildirb.
Hayef onu da qeyd edib ki , gələcəkdə iki ölkə, iş adamları və investorlar üçün forumlar təşkil edilməsi də nəzərdə tutulur.
“ Son bir ildə Küveytdən Azərbaycana 30 minə yuaxın turist gəlib. Azərbaycan küyeytli turistlər üçün ən cazib regionlardan biridir”-deyə o qeyd edib.
Qeyd edək ki , yanarın 22-də Küveyt Dövləti Milli Assambleyasının Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Məhəmməd Haif Əl-Muteyrinin başçılıq etdiyi nümayəndə heyəti Bakıya gəlib.