Xəbər lenti

ABŞ-də istehlak inflyasiyası apreldə illik ifadədə 3,8 faizə yüksəlib. Rəsmi məlumatlara görə, enerji və yanacaq qiymətlərindəki artım, eləcə də İranla bağlı geosiyasi gərginlik inflyasiya təzyiqlərinin güclənməsinə təsir göstərib.

Türkiyənin Malatya vilayətində tikinti materiallarının alınması ilə bağlı açıq tender elan edilib. Məlumata görə, tender 85 növ tikinti materialının satın alınmasını əhatə edir. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Qeyd olunub ki, materialların çatdırılması müqavilənin qüvvəyə minməsindən sonra 150 gün ərzində mərhələli şəkildə həyata keçiriləcək.Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də Bakı Olimpiya Stadionunun ərazisində mayın 17-22-də keçiriləcək "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı görülən işlərlə tanış olub.övlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verdilər. Qeyd edək ki, tədbir məkanı Bakı Olimpiya Stadionu və onun ətrafında formalaşdırılan ümumi əməliyyat əhatə dairəsi üzrə 53 hektar təşkil edir. Bunun 43 hektarı əsas tədbir məkanı, 10 hektarı isə əsas nəqliyyat terminalı və parklanma-transfer zonası kimi planlaşdırılıb. Qeydiyyat, sessiya, sərgi, media, nəqliyyat, texniki təminat, könüllülər və məkan xidmətləri vahid əməliyyat sistemi kimi təşkil olunub.

Hakan Fidan Qətərin xarici işlər naziri Məhammed bin Əbdulrəhman Al Tani ilə keçirdiyi birgə mətbuat konfransında İsrailin yayılma siyasətinin region üçün əsas təhlükəsizlik və sabitlik problemi olaraq qaldığını bildirib. Məlumata görə, Türkiyə XİN rəhbəri Körfəz bölgəsində yaşanan gərginliyin Qəzza məsələsini gündəmdən çıxarmamalı olduğunu vurğulayıb.

Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putin ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüşün yalnız münaqişənin həlli prosesinin yekun mərhələsində mümkün ola biləcəyini bildirib. Peskov qeyd edib ki, belə bir görüşün baş tutması üçün əvvəlcədən geniş hazırlıq işləri və danışıqlar prosesinin tamamlanması vacibdir.

Mayın 11-i İçərişəhər ərazisində yerləşən “Almond Cake & Bakery”nin 8-ci filialının rəsmi açılış mərasimi keçirilib. Açılış mərasimi geniş formatda baş tutub. Tədbirdə şirkət nümayəndələri, tərəfdaşlar, yerli və xarici qonaqlar iştirak edərək, brendin inkişaf dinamikası və gələcək planları ilə yaxından tanış olublar. Açılış çərçivəsində qonaqlara təqdim olunan məhsullar və xidmət yanaşması “Almond”un əsas prinsiplərini bir daha nümayiş etdirib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, hazırda hantavirusla bağlı daha geniş miqyaslı yoluxma dalğasının başladığına dair heç bir əlamət müşahidə olunmur. Bununla belə, o, vəziyyətin dəyişə biləcəyini və yaxın həftələrdə yoluxma sayının arta biləcəyini istisna etməyib.

Məlumata görə, Hakan Fidan ilk olaraq Qətər əmiri Təmim bin Həməd Al Tani tərəfindən qəbul edilib. Görüşdə Türkiyədə keçirilməsi planlaşdırılan Yüksək Strateji Komitə toplantısının hazırlıqları da nəzərdən keçirilib. Qeyd olunub ki, görüşlərdə Qəzza, Livan və İsrail-Fələstin məsələləri də əsas gündəm mövzularından biri olub. Türkiyə və Qətər bölgədə sabitliyin qorunması və humanitar vəziyyətin diqqətdə saxlanmasının vacibliyini vurğulayıblar.

Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanunu mediasiyanın könüllülük, bərabərlik, qərəzsizlik və məxfilik prinsiplərinə əsaslandığını müəyyən edir. Bu prinsiplər vətəndaşların hüquqi mədəniyyətinin formalaşmasına da müsbət təsir göstərir. Praktikada görürük ki, mediasiya prosesindən keçən şəxslər gələcəkdə hüquqi problemləri məhkəməyə çatdırmadan dialoq yolu ilə həll etməyə daha meylli olurlar. Bu isə həm hüquqi düşüncə tərzini inkişaf etdirir, həm də cəmiyyətdə barış və qarşılıqlı anlaşma mədəniyyətini gücləndirir.

Müasir avtomobil sənayesi analoq sürüş həzzi ilə rəqəmsal təkmilləşdirmə arasındakı bitmək bilməyən müharibənin meydanına çevrilib. Bu debatın tam mərkəzində isə hamıdan çox BMW dayanır. Brend bir tərəfdən klassik "sürücü avtomobili" vəd edir, digər tərəfdən isə sürücünü həddindən artıq rəqəmsallaşmış, bəzən isə bezdirici texnologiyalarla üz-üzə qoyur. 2026 BMW 550e xDrive brendin orta ölçülü sedanları arasında "M" emblemi daşımayan ən yüksək elektrikləşdirilmiş zirvəni təmsil edir.

İspaniyanın “Barselona” futbol klubunun İspaniya çempionluğunu qeyd etdiyi tədbir zamanı komandanın gənc ulduzu Lamin Yamalın Fələstin bayrağını qaldırması geniş rezonans doğurub. Mayın 11-də Barselona şəhərində keçirilən çempionluq yürüşündə baş verən hadisə sosial şəbəkələrdə və beynəlxalq mediada geniş yayılıb, xüsusilə İsraildə ciddi narazılığa səbəb olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də bp şirkətinin baş icraçı direktoru Meq O’Nili qəbul edib. Prezident İlham Əliyev Meq O’Nili bp şirkətinin baş icraçı direktoru vəzifəsinə təyin olunması münasibəti ilə təbrik etdi, onun rəhbərliyi ilə SOCAR-bp uğurlu əməkdaşlığının gələcəkdə də davam edəcəyinə əminliyini bildirdi. Prezident İlham Əliyev ölkəmizlə bp arasında 30 ildən artıqdır ki, nadir tərəfdaşlıq tarixçəsinin olduğunu dedi. Dövlətimizin başçısı vurğuladı ki, bu müddətdə həyata keçirilmiş bütün layihələrdən əldə edilən gəlir əsasən Azərbaycanın sosial-iqtisadi inkişafı üçün istifadə olunub.

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rızai ölkəsinin yenidən hücuma məruz qalacağı təqdirdə uranı 90 faiz zənginləşdirmə variantını nəzərdən keçirə biləcəyini bildirib. Rızai sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bu məsələnin parlamentdə müzakirəyə çıxarıla biləcəyini qeyd edib.

İsrail Knesseti 2023-cü il 7 oktyabr hücumlarında iştirakda ittiham olunan fələstinlilərin mühakiməsi üçün xüsusi tribunalın yaradılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Məlumata görə, qanun layihəsi 120 yerlik parlamentdə 93 səslə qəbul olunub. Səsvermədə əleyhinə səs verən olmayıb, qalan deputatlar isə ya iclasda iştirak etməyib, ya da bitərəf qalıb.