Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Rəsmi Xronika
    Rəsmi Xronika

    Prezident İlham Əliyev bp şirkətinin baş icraçı direktorunu qəbul edib

    12 May 2026 11:59
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Prezident İlham Əliyev bp şirkətinin baş icraçı direktorunu qəbul edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI. VOA:

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də bp şirkətinin baş icraçı direktoru Meq O’Nili qəbul edib.

    VOA xəbər verir ki, Prezident İlham Əliyev Meq O’Nili bp şirkətinin baş icraçı direktoru vəzifəsinə təyin olunması münasibəti ilə təbrik etdi, onun rəhbərliyi ilə SOCAR-bp uğurlu əməkdaşlığının gələcəkdə də davam edəcəyinə əminliyini bildirdi.

    Prezident İlham Əliyev ölkəmizlə bp arasında 30 ildən artıqdır ki, nadir tərəfdaşlıq tarixçəsinin olduğunu dedi. Dövlətimizin başçısı vurğuladı ki, bu müddətdə həyata keçirilmiş bütün layihələrdən əldə edilən gəlir əsasən Azərbaycanın sosial-iqtisadi inkişafı üçün istifadə olunub.

    Ölkəmizlə bp arasında icra olunan layihələrin sayının artmaqda olduğunu deyən Prezident İlham Əliyev bunun əməkdaşlığın hər iki tərəf üçün faydalı olduğunu nümayiş etdirdiyini vurğuladı və tərəfdaşlığımızın strateji xarakter daşıdığını diqqətə çatdırdı.

    Təbriklərə görə təşəkkürünü bildirən Meq O’Nil Bakıda olmaqdan şərəf hissi keçirdiyini dedi.

    Bp şirkətinin baş icraçı direktoru Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə neft və qazdan əldə edilən gəlirin ölkənin inkişafına sərf olunması ilə bağlı uzaqgörən liderliklərini xüsusi vurğuladı.

    Meq O’Nil bu xüsusda Bakının inkişafına, o cümlədən yollara və infrastruktura yatırılan sərmayəyə toxundu.

    Prezident İlham Əliyev qeyd etdi ki, bəzi hallarda neft və qazdan əldə edilən gəlir sosial qeyri-bərabərliyə səbəb olur. Azərbaycanın timsalında isə bu, ölkənin tərəqqisinə kömək edib. Müstəqilliyimizi bərpa etdikdən bir müddət sonra "Əsrin müqaviləsi"nin imzalandığını xatırladan Prezident İlham Əliyev Birinci Qarabağ müharibəsindən sonra ölkəmizdə vəziyyətin çətin olduğunu dedi, ərazilərimizin itkisinə məruz qaldığımızı və humanitar fəlakətlə üzləşdiyimizi vurğuladı. Prezident İlham Əliyev bildirdi ki, o zaman büdcəmiz sıfır səviyyəsində idi və bu vəziyyətdən çıxmağın yeganə yolu əsas beynəlxalq şirkətləri ölkəmizə cəlb etmək, onları investisiya yatırmağa inandırmaq idi. Prezident İlham Əliyev bu xüsusda bp-yə göstərdiyi etimada görə minnətdarlığını bildirdi.

    Söhbət zamanı bp-nin ölkəmizdə icra etdiyi enerji, o cümlədən bərpaolunan enerji layihələri qeyd olundu, şirkətin işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirdiyi layihənin önəminə toxunuldu.

    Görüşdə ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu qeyd edildi, SOCAR-bp əməkdaşlığının perspektivləri müzakirə olundu.

    Prezident İlham Əliyev bp şirkətinin baş icraçı direktorunu qəbul edib
    Prezident İlham Əliyev bp şirkətinin baş icraçı direktorunu qəbul edib
    Prezident İlham Əliyev bp şirkətinin baş icraçı direktorunu qəbul edib
    Prezident İlham Əliyev bp şirkətinin baş icraçı direktorunu qəbul edib
    Prezident İlham Əliyev bp şirkətinin baş icraçı direktorunu qəbul edib
    Prezident İlham Əliyev bp şirkətinin baş icraçı direktorunu qəbul edib
    Prezident İlham Əliyev bp şirkətinin baş icraçı direktorunu qəbul edib
    #Prezident İlham Əliyev
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib

    30 İyul 2026 16:36

    Bəzi qadağan olunmuş məlumatları yerləşdirən saytlara giriş məhdudlaşdırılacaq

    30 İyul 2026 13:27

    Prezident İlham Əliyev Mərakeş Kralına məktub ünvanlayıb

    30 İyul 2026 11:08

    Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

    29 İyul 2026 16:23

    Elxan Qəhrəman Azərbaycanın Tacikistandakı səfiri təyin edilib

    28 İyul 2026 15:00

    Azərbaycan ilə Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında Müqavilə təsdiqlənib

    28 İyul 2026 13:57

    Prezident İlham Əliyev "Aviasiya haqqında" qanuna edilən dəyişiklikləri təsdiqləyib

    28 İyul 2026 13:42

    Vladimir Putin Prezident İlham Əliyevə zəng edib

    28 İyul 2026 13:16

    Prezident İlham Əliyev Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalı ilə bağlı Sərəncam imzalayıb

    27 İyul 2026 13:59

    İstanbul şəhərinə yeni baş konsul təyin edilib

    27 İyul 2026 13:58

    Azərbaycanın İstanbuldakı baş konsulu geri çağırılıb

    27 İyul 2026 13:53

    Prezident İlham Əliyev Maldiv Prezidentini təbrik edib

    26 İyul 2026 13:28
    XƏBƏR LENTİ

    Qətərin LNG tankeri üç həftədən sonra ilk dəfə Hörmüz boğazından keçib

    Azərbaycanın Türkmənistandakı səfiri Aşqabad şəhərinin hakimi ilə görüşüb

    Hücumların ölkə ərazisindən həyata keçirildiyinə dair sübut yoxdur - İraq

    Livan ordusu ölkənin birliyini qoruyur, İsrailin "pilot zonalarını" deyil - Nəbih Berri

    İran üç ABŞ qırıcısını məhv etdiyini açıqlayıb

    ABŞ-nin raket hücumu nəticəsində üç hərbçimiz həlak olub - SEPAH

    London sığortaçıları Qırmızı dəniz üzrə yeni risk xəritəsi açıqlayıb

    Ölənlərin sayı 73 341 nəfərə çatıb - Qəzza Səhiyyə Nazirliyi

    Pakistan ABŞ və İranı yenidən razılaşma çərçivəsində danışıqlara qaytarmağa çalışır

    Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.