ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Prezident Donald Tramp NATO-nun İran müharibəsinə verdiyi reaksiyadan çox məyusdur. İspaniyanın ABŞ–İsrail əməliyyatları zamanı Amerika ordusuna hərbi bazalardan istifadə etməyə icazə verməməsi NATO daxilində narazılığı artırıb. Rubio qeyd edib ki, bu məhdudiyyət alyansın məqsədini sual altına qoyur və Trampın narazılığı diplomatik gərginliyi daha da dərinləşdirir.
#ABŞ hərbi bazaları
ABŞ prezidenti Donald Trampın Avropa ilə tarixi tərəfdaşlığı yenidən nəzərdən keçirməsi Vaşinqtonun qlobal nüfuzu və təhlükəsizlik strategiyası ilə bağlı ciddi müzakirələrə səbəb olub. Son dövrlərdə ABŞ ilə Almaniya arasında yaranan gərginlik transatlantik münasibətlərdə dərin çatların meydana çıxdığını göstərir. Almaniya kansleri Fridrix Mertsin ABŞ-ın İran siyasətini tənqid etməsindən sonra Donald Tramp sərt cavab verərək əlavə gömrük rüsumları tətbiq edib və Almaniyadan 5 min ABŞ hərbçisinin çıxarılması planını gündəmə gətirib.
ABŞ hökumətinin İsrailin Qəzza sərhədinə yaxın ərazidə hərbi baza inşa etməyi planlaşdırdığı bildirilir. ABŞ administrasiyası İsrail hökuməti və Ordusu (IDF) ilə aparılan danışıqlar çərçivəsində layihə təklifi təqdim edib və Qəzza ətrafında potensial yerlərin araşdırılmasına başlanılıb.
ABŞ prezidenti Donald Trampın administrasiyası qeyri-qanuni miqrantların saxlanılması üçün hərbi bazalarda xüsusi obyektlərin yaradılması istiqamətində praktiki addımlar atmağa başlayıb. İlk belə mərkəzin Texas ştatının Meksika sərhədində yerləşən El Paso bölgəsindəki “Fort Bli” hərbi bazasında qurulması nəzərdə tutulur.