BAKI,VOA, Fərid Mikayılov
İran ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı paylaşımına sərt reaksiya verib.
VOA xəbər verir ki, İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi sosial media hesabında Trampın boğazla bağlı “yanılğısının” tezliklə düzəldiləcəyini bildirib.
“Trampın Hörmüz boğazı ilə bağlı yanılğısı tezliklə ya düzəldiləcək, ya da biz bu xəyalpərəstin yanılğılarını düzəldəcəyik”, - deyə Qəribabadi qeyd edib.
Bundan əvvəl Donald Tramp “Truth Social” hesabında İran, Hörmüz boğazı, eləcə də Fars körfəzi və Oman dənizinin bəzi hissələrinin göstərildiyi xəritə paylaşmışdı.
Xəritənin yuxarı hissəsində “Yeni ABŞ əraziləri” ifadəsi yer alıb, Hörmüz boğazı isə dairə ilə işarələnib.
Qəribabadinin açıqlaması Trampın paylaşımından sonra İran tərəfindən Hörmüz boğazı ilə bağlı verilən sərt reaksiyalardan biri olub.