BAKI,VOA, Fərid Mikayılov
ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsindəki rəsmi hesabında strateji əhəmiyyətli Hörmüz boğazının xəritəsini paylaşıb.
VOA xəbər verir ki, paylaşılan fotoda Hörmüz boğazının üzərində “Yeni ABŞ ərazisi” (“New U.S. Territory”) ifadəsi qeyd olunub.
Bu paylaşım Trampın Nyu-Yorkda keçirilən tədbirdə Vaşinqtonun boğaz üzərində tam nəzarət yaratması və buranı ABŞ ərazisi elan edəcəyi barədə bəyanatlarından sonra reallaşıb. İran tərəfi isə bu iddiaları qətiyyətlə rədd edərək, Hörmüz boğazının yalnız İrana məxsus olduğunu və bu tür bəyanatların hüquqi əsası olmadığını bildirib.