BAKI,VOA
VOA xəbər verir ki,Ağ Ev İranla pərdəarxası aparılan danışıqlarda mühüm irəliləyişin olduğunu bəyan edib. Rəsmi məlumata görə, Tehran tərəfi münaqişəni sonlandırmaq üçün ABŞ administrasiyasının irəli sürdüyü bəzi strateji bəndlər və şərtlərlə razılaşıb.
ABŞ rəsmiləri vurğulayıblar ki, qapalı qapılar arxasında keçirilən görüşlərdə əldə olunan bu razılıqlar İran rejimindəki "mötədil ünsürlərin" hərbi və iqtisadi dağıntıları dayandırmaq istəyini əks etdirir. Bildirilib ki, xüsusi görüşlərdə nümayiş etdirilən bu çeviklik rejimin ictimaiyyət qarşısında səsləndirdiyi sərt bəyanatlarla kəskin ziddiyyət təşkil edir.