BAKI,VOA, Fərid Mikayılov
Hörmüz Boğazı açıqdır və gəmilər yalnız Tehranla əlaqə saxladıqda təhlükəsiz keçid təmin ediləcək.
VOA xəbər verir ki, bu barədə İran Xarici İşlər naziri Abbas Əraqçi bildirib.
“Biz bu boğazı bağlamamışıq. Boğaz açıqdır. Yalnız düşmən ölkələrin, bizə hücum edən dövlətlərin gəmiləri üçün bağlıdır. Digər ölkələr üçün isə gəmilər boğazdan keçə bilər”- deyə o bildirib.
XİN rəhbəri əlavə edib ki, gəmilər təhlükəsiz keçid üçün sadəcə Tehranla əlaqə saxlamalıdır.
“Əlaqə qurduqları halda onlara təhlükəsiz keçidi təmin etməyə hazırıq. Sadəcə bu marşrutun necə təşkil olunacağını müzakirə etmək üçün bizə müraciət etməlidirlər,” - deyə Əraqçi vurğulayıb.