Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq / İordaniya
    İordaniya

    Şahzadə Rəcva Əmmandakı məzuniyyət günündə üslubu ilə diqqət çəkdi

    12 Avqust 2026 14:57
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Şahzadə Rəcva Əmmandakı məzuniyyət günündə üslubu ilə diqqət çəkdi
    Facebook Twitter LinkedIn Pinterest Email

    İordaniyanın Vəliəhd Şahzadəsi Hüseyn ibn Abdullah və xanımı, Səudiyyə Ərəbistanı mənşəli Şahzadə Rəcva Əl-Hüseyn bu həftə Əmmanda keçirilən universitetin məzuniyyət gününə qatılıblar. Şahzadə Rəcva tədbirə Yaponiyanın "Toga Archives" brendinə aid boz rəngli dəbdəbəli geyimdə təşrif buyurub. Şahzadə Əl-Hüseyn Texniki Universitetinin altıncı buraxılış məzunlarının tədbirində Vəliəhd Şahzadənin yanında əyləşib. Mərasimdə ölkənin 450 tələbəsinə diplomlar təqdim olunub.

    Vəliəhd Şahzadə Hüseyn "Instagram" hesabında fotoları paylaşaraq məzunları və onların ailələrini təbrik edib, həmçinin universitet heyətinə son on ildəki fədakarlıqlarına görə minnətdarlığını bildirib.

    Tədbir üçün Şahzadə Rəcva "Toga Archives" brendindən iri sivri yaxalı və boğaza qədər düymələnmiş naxışlı jakard köynək seçib. Geniş, yumşaq yığılmış qolları və tünd boz naxışları ilə bu köynək onun çiynində axıcı və zərif görünüş yaradıb.

    O, bu köynəyi eyni brendin gümüşü pileli metallik ətəyi ilə kombinləyib. Zalın tünd qırmızı oturacaqları fonunda şahzadə çiyinlərinə tünd rəngli palto salıb.

    View this post on Instagram

    A post shared by Al Hussein bin Abdullah II (@alhusseinjo)

    Şahzadə saçlarını arxadan yığaraq gicgah hissəsində bir neçə teltəl buraxıb, zinət əşyalarından isə yalnız sadə sırğalara üstünlük verib.

    O, əlində tunsli modelyer Əzzəddin Əlayanın əsasını qoyduğu və hazırda belçikalı dizayner Piter Mulye tərəfindən idarə olunan Fransanın "Alaia" moda evinin qara parlaq keçiderisindən hazırlanmış "Le Teckel" klatç çantasını gəzdirib.

    Şahzadə Rəcvanın bundan əvvəlki son ictimai görünüşü iyun ayında olub. Həmin vaxt o, Kral II Abdullah və Vəliəhd Şahzadə ilə birgə İordaniya milli futbol komandasının Mərakeşə qarşı keçirdiyi qarşılaşmanı tribunadan izləmişdi.

    1994-cü ildə Ər-Riyadda Rəcva Xalid Əl-Seyf adı ilə dünyaya gələn şahzadə Nyu-Yorkdakı Sirakuza Universitetində memarlıq təhsili alıb və 2023-cü ilin iyununda Əmmanda Vəliəhd Şahzadə Hüseynlə ailə qurmazdan əvvəl Ər-Riyaddakı dizayn studiyasında çalışıb. Cütlüyün ilk övladı Şahzadə İman 2024-cü ilin avqustunda dünyaya gəlib.

    Qızının ad günündə Vəliəhd Şahzadə "Instagram" səhifəsində səmimi bir paylaşım edib. O, "Bu gün İmanımın iki yaşı tamam olur! Tanrıdan onu hər zaman qorumasını, ona sağlamlıq və rifah bəxş etməsini diləyirəm. Ad günün mübarək!", – deyə yazıb.

    #Şahzadə Rəcva Əl Hüseyn #Vəliəhd Şahzadə Hüseyn İordaniya #Əl Hüseyn Texniki Universiteti #Toga Archives geyim brendi #Alaia çanta Le Teckel #İordaniya kral ailəsi 2026 #Şahzadə İman iki yaşı #İordaniya məzuniyyət günü #Səudiyyə mənşəli İordaniya şahzadəsi #Princess Rajwa Al Hussein Amman #Princess Rajwa style and fashion #Şahzadə Rəcva Əmmandakı tədbirdə fərqli üslubu ilə valeh etdi #İordaniyanın Vəliəhd Şahzadəsi və xanımı məzunların sevincinə şərik oldu #Şahzadə Rəcvanın geyim seçimi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İordaniya vətəndaşları Türkiyədə 25 daşınmaz aldı (ÖZƏL)

    19 Avqust 2026 18:00

    Pekin səfəri öncəsi tarixi bəyanatlar - Kral II Abdullah nələri açıqladı?

    18 Avqust 2026 12:06

    İordaniyada daşınmaz əmlak qanununa dəyişiklik niyə mübahisə yaradıb?

    18 Avqust 2026 09:00

    London və İstanbul arasında iki başlı idarəetmə - Müsəlman Qardaşların daxili qarşıdurması nə ilə nəticələnəcək?

    17 Avqust 2026 10:14

    Yaxın Şərq iqtisadiyyatı 2026-cı ildə niyə geriləyir?

    17 Avqust 2026 09:21

    İordaniyada 7 ayın nəticələri açıqlandı - milyardlarla qazanc

    15 Avqust 2026 07:50

    İordaniya şahzadəsi İmanın iki qız övladı dünyaya gəldi

    15 Avqust 2026 07:40

    Şahzadə Rəcva Əmmandakı məzuniyyət günündə üslubu ilə diqqət çəkdi

    12 Avqust 2026 14:57

    İordaniya İsrailin Qəzzadakı hücumlarını pisləyib

    4 Avqust 2026 18:29

    Dünya Çempionatında ərəb azarkeşləri nə gözləyir

    11 İyun 2026 12:50

    Yaxın Şərqdəki münaqişə İordaniya turizm bazarı üzərində təzyiq yaradır

    7 May 2026 22:00

    Açıq səma muzeyi Əl-Ula haqqında nə bilirik?

    29 Noyabr 2025 06:00
    XƏBƏR LENTİ

    HƏMAS da qəbul edilmir, Fələstin rəhbərliyi də: Bəs Qəzzanı kim idarə edəcək?

    Ronalda futboldan sonra nə işlə məşğul olacaq?

    Bu gün “Mona Liza”nın oğurlanması üzə çıxdı

    Qəzzanın milyardlıq büdcəsini kim idarə edəcək?

    Kəbənin yerləşdiyi müqəddəs Məkkənin tarixi, coğrafiyası və dini əhəmiyyəti

    Tarixdə bu gün – 22 Avqust

    Tramp bal zalını “hərbi mərkəz” adlandırır - Layihənin 65 faizi tamamlanıb

    Lula Trampa xəbərdarlıq edib - Tariflər hər iki iqtisadiyyata zərər verəcək

    ABŞ-nin İrana qarşı iqtisadi təzyiq siyasəti uğursuzluğa məhkumdur - Abbas Əraqçi

    Hərbi təchizat zəncirimiz fəaliyyətini davam etdirir - İran

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.