#Mavi işıq təhlükəsi

Yuxusuzluq təkcə gecə yuxusuna təsir etmir, eyni zamanda insanın gündəlik həyat keyfiyyətini də ciddi şəkildə aşağı salır. Davamlı yuxu problemi yorğunluq, diqqət yayınıqlığı və hətta psixi sağlamlıq problemlərinə səbəb ola bilər. Müasir həyat tərzi, texnologiyadan həddindən artıq istifadə və qeyri-müntəzəm həyat rejimi insanların yuxu keyfiyyətinə mənfi təsir göstərir. Marmara Universiteti Pendik Təhsil və Araşdırma Xəstəxanasının Nevrologiya Bölümünün mütəxəssisi Prof. Dr. Kadriye Ağan yuxusuzluğun səbəbləri, fəsadları və qarşısını almağın yolları haqqında danışıb.