Bakı. AzerPress:
Türkiyənin Mersin vilayətində avtobusun qəzaya uğraması nəticəsində doqquz nəfər ölüb, 30 nəfər yaralanıb.
AzerPress xəbər verir ki, Antalyadan Mersinə gedən avtobus maneəyə çırpılıb, daha sonra aşıb.
Yaralananlar xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.