#Mersin

Sinop Baş Prokurorluğunun koordinasiyası ilə jandarma tərəfindən Sinop mərkəzli Mersin, Adana, Elazığ, Qaziantep və Hatay rayonlarında cinayətkar şəbəkəyə qarşı genişmiqyaslı əməliyyat həyata keçirilib. Bildirilib ki, əməliyyat zamanı hesablarda 643 milyon TL dəyərində pul dövriyyəsi aşkar edilib. Əməliyyat nəticəsində şəbəkənin başçısı da daxil olmaqla 20 nəfər saxlanılıb. Onlardan 11-i barəsində həbs qərarı çıxarılıb, 9 nəfərə isə məhkəmə nəzarəti tədbirləri tətbiq olunub.

Daxili işlər naziri Ali Yerlikaya əməliyyatların Aydın, Hakkari, Ankara, Balıkəsir və Mersin vilayətlərində keçirildiyini açıqlayıb. Onun sözlərinə görə, saxlanılan şəxslərdən 26-sı barəsində həbs qərarı çıxarılıb, 9 nəfərə məhkəmə nəzarəti tədbiri tətbiq edilib, digər şəxslərlə bağlı istintaq davam etdirilir. Maliyyə Cinayətləri İstintaq İdarəsinin (MASAK) məlumatına görə, həbs edilən şübhəlilərin bank hesablarında ümumilikdə 1,2 milyard türk lirəsi həcmində pul dövriyyəsi aşkarlanıb və həmin hesablara qarşı ehtiyat tədbirləri görülüb.

Mersinin Silifke və Anamur rayonlarında avqustun 13-də başlayan meşə yanğınlarının söndürülməsi istiqamətində hava və quru əməliyyatları fasiləsiz davam edir. Yanğın Balandız və Kırtıl məhəllələri ətrafında meşəlik sahədə başlayıb, güclü külək səbəbindən sürətlə yayılıb. Hadisə nəticəsində altı məhəllədə və yeddi yaşayış məntəqəsində ümumilikdə 984 evdən 1 851 nəfər təxliyə olunub. Yanğının söndürülməsinə 10 helikopter, iki təyyarə, 122 yanğınsöndürmə texnikası və 344 nəfərlik heyət cəlb olunub. Ətraf əyalətlərdən də əlavə qüvvələr göndərilib.

Türkiyənin Hatay vilayətinin Hassa və Mersinin Silifke rayonlarında dünən başlayan meşə yanğınlarının söndürülməsi istiqamətində havadan və yerdən intensiv işlər aparılır. Güclü külək səbəbindən alovun sürətlə yayılması nəticəsində Hatayda Yukarıbucak və Bademli məhəllələrindən 540 sakin, Silifkedə isə altı məhəllə və beş yaşayış məntəqəsi ehtiyat tədbiri olaraq təxliyə edilib. Yanğınsöndürmə əməliyyatlarına helikopterlər, təyyarələr, 173 texnika və yüzlərlə canlı qüvvə cəlb olunub.

Kozaağacı yaylasının Kabaağaç ərazisindəki meşədə hələlik səbəbi məlum olmayan yanğın nəticəsində tüstü qalxıb. Bölgəyə dərhal Bozyazı Meşə Əməliyyat Müdirliyinin personalı, jandarma qrupları, yanğınsöndürmə vertolyotu və su maşınları göndərilib. Havadan və yerdən aparılan müdaxilələrlə yanğının nəzarət altına alınması üçün işlər davam etdirilir.

MÜSİAD Mersin Şöbəsinin sədri Mehmet Sait Kaya başçılıq etdiyi nümayəndə heyəti ilə birlikdə MÜSİAD Azərbaycan Dərnəyinin Baş Qərargahında təşkil olunan görüşdə iştirak edib. Onları MÜSİAD Azərbaycan rəhbəri Reşad Cabirli və idarə heyətinin üzvləri qarşılayıb. Görüş zamanı Azərbaycan və Türkiyə iş adamları təqdimatlarla çıxış edərək birgə investisiya sahələrini, strateji layihələri və əməkdaşlıq modellərini müzakirə ediblər.