XIV əsrdə Osmanlıların və Qərbi Anadoludakı türk bəyliklərinin sürətli irəliləyişi qarşısında aciz qalan Bizans imperiyası hərbi vasitələrlə istədiyi nəticəni əldə edə bilmirdi. Muzdlu Katalon və Alan əsgərlərindən istifadə də türkmən hücumlarının qarşısını almaqda yetərli olmadı. Bu vəziyyətdə Bizans daha əvvəl sınaqdan keçirdiyi bir üsula – diplomatik ittifaqlara üz tutdu. İmperiya türkmənlərə qarşı Elxani dövlətindən istifadə etməyi planlaşdırdı. Bizans imperatoru II Andronikos nikah diplomatiyasını işə salaraq Elxani sarayına elçi göndərdi.
Tarixdə bu gün
Təşkilatın əsasını Misir, Suriya, Livan, Transiordaniya (hazırkı İordaniya), Səudiyyə Ərəbistanı, İraq və Yəmən qoyub. Regionda iqtisadi artımı stimullaşdırmaq, üzv dövlətlər arasındakı mübahisələri həll etmək və siyasi hədəfləri koordinasiya etmək məqsədilə yaradılan Liqa, hər bir dövlətin bir səs hüququna malik olduğu xüsusi şura formatında fəaliyyətə başlayıb.
Tarix bu gün qlobal miqyaslı təşkilatların qurulmasına, regionumuzda baş verən qanlı etnik təmizləmələrə və müasir dünyanı sarsıdan dəhşətli terror aktlarına şahidlik edib.
Satsuma Üsyanı, Yaponiyanın Meiji hökumətinin sürətli modernləşməsinə qarşı son böyük samuray üsyanı olub, həm Yaponiyanın iqtisadiyyatına dərin təsir etdi, həm də ölkənin hərbi və iqtisadi islahatlarının təməlini qoydu.
Hər il martın 21-də dünya ictimaiyyəti Beynəlxalq Daun Sindromu Gününü (World Down Syndrome Day - WDSD) qeyd edir.
Tarix bu gün qədim Şərqin ən böyük oyanış bayramına, qlobal irqçiliklə mübarizəyə və rəqəmsal dünyanın təməllərinin atılmasına şahidlik edib.
Karesi bəyliyi şimal-qərbi Anadoluda kökləri Danişmendlilərə gedib çıxan bir sülalə tərəfindən qurulub. Bəyliyin tənəzzülü 1334-cü ildə Qərbi Anadolunu türklərdən xilas etmək üçün hərəkətə keçən səlibçi donanmasının vurduğu ağır zərbə ilə başladı. Hökmdar Yahşi bəyin ölümündən sonra isə bəylikdə daha böyük çaxnaşma yarandı.
1995-ci il martın 20-də Yaponiyanın paytaxtı Tokio görünməmiş bir terror aktı ilə sarsılıb. Şəhərin mərkəzi metro xətlərində eyni vaxtda bir neçə nöqtədə buraxılan öldürücü zarin qazı 12 nəfərin ölümünə, 5000-dən çox insanın isə zəhərlənməsinə səbəb olub. Hücumda istifadə edilən zarin qazı ilk dəfə Nasist Almaniyasında icad edilmiş və dünyanın ən təhlükəli sinir qazlarından biri sayılır. Araşdırmalar nəticəsində bəlli olub ki, bu terrorun arxasında "Aum Şinrikyo" (Ali Həqiqət) adlı radikal dini kult dayanıb. Kultun rəhbəri, özünü İsa Məsihin ikinci gəlişi elan edən kor rahib Şoko Asahara idi. 1 milyard dollardan çox sərvətə sahib olan bu qrup, "qiyamət" ssenarisini gerçəkləşdirmək üçün Yaponiyanın müxtəlif yerlərində laboratoriyalar qurmuşdu.
Tarix bu gün qlobal siyasi xəritəni dəyişən müharibələrə, dəhşətli terror aktlarına və imperiyaların böyük zəfərlərinə şahidlik edib.
19 mart 2003-cü il tarixində ABŞ və müttəfiq qüvvələri İraqa qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Bu müharibə yaxın tarixin ən mübahisəli hərbi müdaxilələrindən biri kimi yadda qalıb. Əməliyyatın əsas bəhanəsi Səddam Hüseynin kütləvi qırğın silahlarına sahib olması iddiası idi, lakin müharibədən sonra bu iddialar öz təsdiqini tapmadı.
Tarix bu gün qlobal siyasi səhnədə qanlı işğalların başlandığı, müstəqillik uğrunda fədakarlıqların edildiyi və bəşəriyyətin yaddaşına yazılan dəhşətli terror aktlarının baş verdiyi gündür.
18 mart 1962-ci il tarixində Fransa hökuməti ilə Əlcəzair Milli Azadlıq Cəbhəsi (FLN) arasında yeddi illik qanlı müharibəyə son qoyan sülh müqaviləsi imzalanıb. Bu tarixi sənəd Əlcəzairdə 130 illik Fransa hakimiyyətinin bitməsinin əsasını qoyub. Evian-le-Ben şəhərində imzalanan bu saziş regionun siyasi xəritəsini kökündən dəyişib.