Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Tarixdə bu gün
    Tarixdə bu gün

    Bu gün Corc Buş Konqresdə çıxışı zamanı İraq, İran və Şimali Koreyanı “şər oxu” adlandırdı

    29 Yanvar 2026 02:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Bu gün Corc Buş Konqresdə çıxışı zamanı İraq, İran və Şimali Koreyanı “şər oxu” adlandırdı
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,AzerVoice, Orxan Qədirzadə

    2002-ci il yanvarın 29-da ABŞ Prezidenti Corc Uoker Buş 11 sentyabr terror aktlarından sonra Konqresdə ilk “Ölkənin vəziyyəti haqqında” çıxışı zamanı İraq, İran və Şimali Koreyanı “şər oxu” adlandırdı.

    Corc Buş prezidentliyinin birinci ilini yenicə tamamladığı, ABŞ ordusunun isə Əfqanıstanda hərbi əməliyyatlara başladığı bir dövrdə çıxış edərək bu üç dövləti ABŞ və beynəlxalq təhlükəsizlik üçün əsas təhdid mənbələri kimi təqdim etdi. Bu bəyanat sonradan ABŞ xarici siyasətinin onilliklər ərzində istiqamətini müəyyən edən “terrora qarşı müharibə” doktrinasının ideoloji əsaslarından biri oldu.

    Buş administrasiyası iddia edirdi ki, İraq, İran və Şimali Koreya kütləvi qırğın silahları hazırlayır və terrorçu qruplaşmaları dəstəkləyir. “Şər oxu” ifadəsi ABŞ-ın İkinci Dünya müharibəsində mübarizə apardığı ox dövlətlərinə açıq istinad kimi formalaşdırılmışdı. Bu termin prezidentin çıxış mətninin müəlliflərindən biri olan Devid Frum tərəfindən irəli sürülmüşdü.

    Qeyd edək ki, Corc Buşun atası, ABŞ-ın keçmiş prezidenti Corc Herbert Uoker Buş 1990-cı ildə Küveyti işğal edən İraqa qarşı hərbi əməliyyata rəhbərlik etmiş, lakin Səddam Hüseyni hakimiyyətdə saxlamışdı. 11 sentyabr hadisələrindən sonra isə Buş administrasiyası əvvəlcə Əfqanıstana müdaxilə etdi, ardınca diqqəti İraqda rejim dəyişikliyinə yönəltdi.

    Maraqlıdır ki, “şər oxu”na daxil edilən dövlətlər arasında real hərbi-siyasi ittifaq mövcud deyildi. Xüsusilə İraq və İran uzun illər bir-birinə düşmən mövqedə olmuşdu. Buna baxmayaraq, bu anlayış ABŞ cəmiyyətində və beynəlxalq arenada İraqa qarşı ikinci hərbi müdaxilənin əsaslandırılması üçün geniş istifadə olundu.

    #ABD #Irak #29 yanvar: ABŞ şər oxu anlayışını irəli sürdü #Corc Buş İraq #İran və Şimali Koreyanı hədəf göstərdi #Şər oxu: ABŞ xarici siyasətində dönüş nöqtəsi #ABŞ-ın terrora qarşı müharibə doktrinasının başlanğıcı #Tarixdə bu gün: şər oxu anlayışının yaranması #29 Ocak: Bush şer ekseni kavramını açıkladı #İran ve Kuzey Kore’yi hedef aldı #Şer ekseni ABD dış politikasında dönüm noktası oldu #Bush’un 2002 konuşmasının etkileri #Teröre karşı savaş doktrininin temeli #Tarihte bugün: Şer ekseni söylemi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Bu gün ABŞ prezidenti Riçard Niksonun impiçment prosesi başladı

    27 İyul 2026 02:00

    Süveyş kanalının milliləşdirilməsi Yaxın Şərqdə geosiyasi böhrana yol açdı

    26 İyul 2026 01:51

    Tarixdə bu gün - 26 İyul

    26 İyul 2026 00:01

    ABŞ İran pilotsuz aparatını vurub

    3 Fevral 2026 23:06

    2026-cı ildə dünyanın ən güclü tank orduları açıqlanıb

    30 Yanvar 2026 04:00

    ABŞ Suriyadan 150 İŞİD üzvünü İraqa köçürdü

    21 Yanvar 2026 22:04

    Tramp administrasiyası Misir, İordaniya və Livandakı “İxvan” qollarını terror təşkilatı kimi tanıdı

    13 Yanvar 2026 20:03

    “Putin Trampı yorub?” — Vaşinqton Rusiyaya qarşı sərt addımlar atır

    10 Yanvar 2026 18:43

    ABŞ Venesuela təzyiq kampaniyası çərçivəsində beşinci neft tankerini ələ keçirdi

    9 Yanvar 2026 20:47

    İraq Lukoil aktivl'rini dövlət nəzarətinə götürüb

    9 Yanvar 2026 04:00

    ABŞ hərbçiləri Rusiya bayrağı altında üzən neft tankerini ələ keçirib

    7 Yanvar 2026 19:59

    Netanyahu Yeni İli ABŞ-də keçirəcək

    27 Dekabr 2025 22:15
    XƏBƏR LENTİ

    Mədəniyyət naziri Adil Kərimli Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla görüşüb

    Orange və Morrison Fransada süni intellekt üçün iri məlumat mərkəzi layihəsinə başlayır

    ABŞ Maliyyə Nazirliyi sanksiya siyahısından daha 84 şəxs və şirkəti çıxarıb

    Maldini və Leonardo İtaliya Futbol Federasiyasındakı vəzifələrindən istefa veriblər

    Tramp Türkiyəni tərifləyib, Ərdoğanı "dost" adlandırıb

    Azərbaycan və Pakistan mədəni əməkdaşlığın genişləndirilməsini müzakirə edib

    Putindən Rusiyanın İrana peyk dəstəyi verib-vermədiyini soruşacağam - Tramp

    ABŞ-nin böyük həcmdə sursat ehtiyatı var - Tramp

    ABŞ hazırda İranla danışıqlar aparır - Tramp

    Qətərin Baş naziri və Kanadanın xarici işlər naziri regional gərginliyin azaldılmasını müzakirə ediblər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.