Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    ABŞ Suriyadan 150 İŞİD üzvünü İraqa köçürdü

    21 Yanvar 2026 22:04
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    ABŞ Suriyadan 150 İŞİD üzvünü İraqa köçürdü
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    ABŞ hərbi qüvvələri Suriyada saxlanılan 150 nəfər İŞİD üzvünün İraqa köçürüldüyünü açıqlayıb.

    AzerVoice xəbər verir ki, ABŞ ordusunun yaydığı bəyanata görə, Həsəkə vilayətində yerləşən saxlanma müəssisəsində tutulan 150 İŞİD döyüşçüsü təhlükəsiz şəkildə İraq ərazisində nəzarət olunan obyektlərdən birinə daşınıb. Qeyd olunub ki, Suriyanın şimal-şərqində kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələrinin sürətli şəkildə mövqelərini itirməsi bölgədəki həbsxana və düşərgələrin təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq yaradıb.

    Bəyanatda bildirilib ki, gələcək mərhələdə Suriyadan İraqın nəzarətində olan obyektlərə ümumilikdə 7 minədək İŞİD üzvünün köçürülməsi mümkündür. ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper bu prosesdə İraq hökuməti də daxil olmaqla regional tərəfdaşlarla sıx koordinasiyanın aparıldığını vurğulayıb və onların İŞİD-in uzunmüddətli məğlubiyyətində rolunu yüksək qiymətləndirib.

    Məlumata görə, Suriya hökuməti bu həftə kürd qüvvələri ilə atəşkəs elan edib və şimal-şərqdə ələ keçirilən ərazilər fonunda onlara mərkəzi hakimiyyətə inteqrasiya üçün dörd gün vaxt verib. ABŞ isə kürd qüvvələrini bu çağırışı qəbul etməyə təşviq edib.

    Son günlər hökumət qüvvələrinin sürətli irəliləyişi və ABŞ-ın Suriya Demokratik Qüvvələrinə dəstəyinin azalması ölkədə nəzarət balansında son 13 ayın ən ciddi dəyişikliklərindən biri kimi qiymətləndirilir.

    #ABD #ABŞ Suriyadan 150 İŞİD üzvünü İraqa köçürdü #Vaşinqton İŞİD məhbuslarının Suriyadan çıxarılmasına başlayıb #ABŞ ordusu Həsəkədən 150 İŞİD döyüşçüsünü İraqa apardı #Suriyada təhlükəsizlik böhranı: İŞİD üzvləri İraqa daşınır #ABŞ Suriyada saxlanılan İŞİD üzvlərini İraq nəzarətinə verir #Həsəkədə saxlanılan İŞİD məhbusları İraqa köçürülüb #Suriye’den 150 DEAŞ mensubunu Irak’a taşıdı #DEAŞ tutukluları Suriye’den Irak’a naklediliyor #ABD ordusu Haseke’den 150 DEAŞ üyesini çıkardı #Suriye’deki DEAŞ tutukluları Irak’a sevk edildi #ABD’den DEAŞ hamlesi: Tutuklular Irak’a götürüldü #DEAŞ üyeleri Suriye’den Irak kontrolüne geçti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qərb sahilində İsrail qüvvələrin hücumları davam edir

    3 İyun 2026 21:39

    İraq baş naziri kürd bölgəsində neft şirkətlərinin fəaliyyətinin bərpasını əmr edib

    3 İyun 2026 20:49

    Livanda martın 2-dən bəri ölənlərin sayı 3 500-i ötüb

    3 İyun 2026 20:09

    ABŞ İran pilotsuz aparatını vurub

    3 Fevral 2026 23:06

    2026-cı ildə dünyanın ən güclü tank orduları açıqlanıb

    30 Yanvar 2026 04:00

    Bu gün Corc Buş Konqresdə çıxışı zamanı İraq, İran və Şimali Koreyanı “şər oxu” adlandırdı

    29 Yanvar 2026 02:00

    İraq Avropa ölkələrini İŞİD üzvlərini geri almağa çağırıb

    24 Yanvar 2026 09:35

    Tramp administrasiyası Misir, İordaniya və Livandakı “İxvan” qollarını terror təşkilatı kimi tanıdı

    13 Yanvar 2026 20:03

    “Putin Trampı yorub?” — Vaşinqton Rusiyaya qarşı sərt addımlar atır

    10 Yanvar 2026 18:43

    ABŞ Venesuela təzyiq kampaniyası çərçivəsində beşinci neft tankerini ələ keçirdi

    9 Yanvar 2026 20:47

    ABŞ hərbçiləri Rusiya bayrağı altında üzən neft tankerini ələ keçirib

    7 Yanvar 2026 19:59

    Netanyahu Yeni İli ABŞ-də keçirəcək

    27 Dekabr 2025 22:15
    XƏBƏR LENTİ

    İndoneziyada rəqəmsal zəkat üçün startap - Kitabisa haqqında nə bilirik?

    Türkiyədə maraqlı araşdırma - Hamı doğulduğu şəhərdə yaşasaydı əhali xəritəsi necə dəyişərdi?

    Bu gün Henri Ford ilk avtomobilini sınaqdan keçirdi

    Tarixdə bu gün - 4 İyun

    İran İnqilab Keşikçiləri Korpusu Küveyt hava limanındakı ziyana görə məsuliyyəti rədd edib

    Bəhreyndə İranla əlaqədə ittiham olunan 15 nəfər saxlanılıb

    Fransa niyə Livanın gələcəyinə bu qədər önəm verir?

    2026 Dünya Kuboku öncəsi İran milli futbol komandası üçün vizalar verilib

    İranın Xarici İşlər naziri Küveyt və Bəhreynə hücumları “özünü müdafiə” adlandırıb

    Qərb sahilində İsrail qüvvələrin hücumları davam edir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.