Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    ABŞ İran pilotsuz aparatını vurub

    3 Fevral 2026 23:06
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    ABŞ İran pilotsuz aparatını vurub
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Hörmüz boğazı və Oman dənizi ətrafında ABŞ–İran gərginliyi təhlükəli mərhələyə keçib.

    AzerVoice xəbər verir ki, ABŞ mediasının məlumatına görə, bu gün səhər saatlarında 50 kalibrli silahlarla təchiz olunmuş 6 İran hücum qayığı Hörmüz boğazında ABŞ-a məxsus neft tankerinə yaxınlaşaraq gəmiyə dayanmaq əmri verib. Bildirilir ki, qayıqlar tankerin mühərriklərini söndürməsini və göyərtəyə çıxış üçün hazırlaşmasını tələb edib. Tanker sürətini artıraraq ərazidən uzaqlaşıb və sonradan ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisinin müşayiəti ilə yoluna davam edib.

    Eyni zamanda ABŞ tərəfi Oman dənizində baş verən başqa bir insident barədə də məlumat yayıb. Reuters agentliyinin xəbərinə görə, ABŞ-ın “USS Abraham Lincoln” aviadaşıyıcısına yaxınlaşan İran Silahlı Qüvvələrinə məxsus “Şəhid-139” tipli pilotsuz uçuş aparatı ABŞ Hərbi Hava Qüvvələrinin F-35 döyüş təyyarəsi tərəfindən vurulub.

    ABŞ Mərkəzi Qüvvələr Komandanlığının sözçüsü Tim Hovkins bildirib ki, aviadaşıyıcıdan havaya qalxan F-35C təyyarəsi özünü müdafiə məqsədilə pilotsuz aparatı zərərsizləşdirib və bu addım gəminin və heyətin təhlükəsizliyini təmin etmək üçün atılıb. İran tərəfi hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

    Qeyd olunur ki, insident İran İnqilab Keşikçilərinin Hörmüz boğazı ətrafında keçirdiyi hərbi təlimlər və ABŞ aviadaşıyıcı qruplaşmasının bölgədə mövcudluğu fonunda baş verib. Hadisənin İranın strateji təhlükəsizlik zonasına yaxın ərazidə qeydə alınması bölgədə hərbi fəallığı maksimum səviyyəyə yüksəldib.

    Bundan əvvəl İran İnqilab Keşikçiləri Ordusunun komandan müavini Əhməd Vahidi ABŞ donanmasının bölgədəki mövcudluğunu “psixoloji əməliyyat” kimi qiymətləndirmiş və İran silahlı qüvvələrinin bütün xarici hərəkətləri tam nəzarət altında saxladığını bildirmişdi.

    #ABD #ABŞ: İran Hörmüz boğazında tankerə dayanma əmri verib #Hörmüz boğazında gərginlik: İran qayıqları ABŞ tankerinə yaxınlaşıb #ABŞ–İran qarşıdurması dənizdə təhlükəli mərhələyə keçdi #ABŞ aviadaşıyıcısına yaxınlaşan İran pilotsuz aparatı məhv edildi #Hörmüz və Oman dənizində paralel hərbi insidentlər #ABD: İran Hürmüz Boğazı’nda tankere dur emri verdi #Umman Denizi’nde İran İHA’sını düşürdü #Hürmüz Boğazı’nda tehlikeli gerilim #ABD–İran deniz krizinde yeni gelişme #ABD savaş uçağı İran drone’unu vurdu #İran botları ABD tankerini durdurmak istedi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Kim Çen In donanmaya 10 min tonluq esmines inşa etməyi tapşırıb

    6 İyun 2026 12:06

    ABŞ İranın hücumlarına cavab verib

    6 İyun 2026 11:35

    İran ABŞ hərbi bazalarına zərbələr endirdiyini açıqlayıb

    6 İyun 2026 11:30

    Pentaqon İsrail kəşfiyyatının ABŞ rəsmilərini izləməsindən narahatdır - Əks-kəşfiyyat təhdidi ən yüksək həddə

    6 İyun 2026 11:29

    2026-cı ildə dünyanın ən güclü tank orduları açıqlanıb

    30 Yanvar 2026 04:00

    Bu gün Corc Buş Konqresdə çıxışı zamanı İraq, İran və Şimali Koreyanı “şər oxu” adlandırdı

    29 Yanvar 2026 02:00

    ABŞ Suriyadan 150 İŞİD üzvünü İraqa köçürdü

    21 Yanvar 2026 22:04

    Tramp administrasiyası Misir, İordaniya və Livandakı “İxvan” qollarını terror təşkilatı kimi tanıdı

    13 Yanvar 2026 20:03

    “Putin Trampı yorub?” — Vaşinqton Rusiyaya qarşı sərt addımlar atır

    10 Yanvar 2026 18:43

    ABŞ Venesuela təzyiq kampaniyası çərçivəsində beşinci neft tankerini ələ keçirdi

    9 Yanvar 2026 20:47

    ABŞ hərbçiləri Rusiya bayrağı altında üzən neft tankerini ələ keçirib

    7 Yanvar 2026 19:59

    Netanyahu Yeni İli ABŞ-də keçirəcək

    27 Dekabr 2025 22:15
    XƏBƏR LENTİ

    Adil Kərimli Türkmənistanın xarici işlər naziri ilə görüşüb

    Millimizin heyətindən iki oyunçu çıxarıldı

    Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir

    Türkmənistan Prezidenti Azərbaycanın mədəniyyət nazirini qəbul edib

    Kim Çen In donanmaya 10 min tonluq esmines inşa etməyi tapşırıb

    ABŞ İranın hücumlarına cavab verib

    366 at güclü hibrid , 2026 Lexus RX500h modelinin müsbət və mənfi tərəfləri

    İran ABŞ hərbi bazalarına zərbələr endirdiyini açıqlayıb

    Prezident İlham Əliyev İsveç Kralını təbrik edib

    Pentaqon İsrail kəşfiyyatının ABŞ rəsmilərini izləməsindən narahatdır - Əks-kəşfiyyat təhdidi ən yüksək həddə

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.