#Irak

2002-ci il yanvarın 29-da ABŞ Prezidenti Corc Uoker Buş 11 sentyabr terror aktlarından sonra Konqresdə ilk “Ölkənin vəziyyəti haqqında” çıxışı zamanı İraq, İran və Şimali Koreyanı “şər oxu” adlandırdı. Corc Buş prezidentliyinin birinci ilini yenicə tamamladığı, ABŞ ordusunun isə Əfqanıstanda hərbi əməliyyatlara başladığı bir dövrdə çıxış edərək bu üç dövləti ABŞ və beynəlxalq təhlükəsizlik üçün əsas təhdid mənbələri kimi təqdim etdi. Bu bəyanat sonradan ABŞ xarici siyasətinin onilliklər ərzində istiqamətini müəyyən edən “terrora qarşı müharibə” doktrinasının ideoloji əsaslarından biri oldu.

İraq hökuməti “Qərbi Qurna–2” neft yatağının operatorunun milliləşdirilməsini təsdiqləyib. Qərara əsasən, aktivin idarə olunması 12 ay müddətinə dövlətə məxsus Basra Oil şirkətinə verilir. Şirkətə yaxın iki mənbə bildirib ki, addım ABŞ sanksiyaları ilə bağlı qeyri-müəyyənlik fonunda atılıb. Keçid dövründə İraq tərəfi hasilatın sabit saxlanılmasını təmin etməyi və “Lukoil”in payı üçün potensial alıcıların axtarışını planlaşdırır.