#ABD

Hörmüz boğazı və Oman dənizi ətrafında ABŞ–İran gərginliyi təhlükəli mərhələyə keçib.ABŞ mediasının məlumatına görə, bu gün səhər saatlarında 50 kalibrli silahlarla təchiz olunmuş 6 İran hücum qayığı Hörmüz boğazında ABŞ-a məxsus neft tankerinə yaxınlaşaraq gəmiyə dayanmaq əmri verib. Bildirilir ki, qayıqlar tankerin mühərriklərini söndürməsini və göyərtəyə çıxış üçün hazırlaşmasını tələb edib. Tanker sürətini artıraraq ərazidən uzaqlaşıb və sonradan ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisinin müşayiəti ilə yoluna davam edib.

2026-cı il üzrə dünyanın ən böyük və güclü tank parkına malik ölkələrinin siyahısı açıqlanıb. Yenilənmiş reytinqə əsasən, quru qoşunlarının əsas zərbə gücü hesab olunan döyüş tanklarının sayına görə Çin 5 870, Rusiya 5 630, Şimali Koreya 4 895, ABŞ 4 666, Hindistan 3 913, Misir 3 620, Pakistan 2 677, İran 2 675, Türkiyə 2 284, Vyetnam 1 999, Cənubi Koreya 1 831, İordaniya 1 508, Əlcəzair 1 485, Azərbaycan 1 354, Mərakeş 1 346, Yunanıstan 1 344, İsrail 1 300, İraq 1 188, Ukrayna 1 121, Tayvan 1 090, Səudiyyə Ərəbistanı 1 085, Sudan 1 055, Myanma 1 040, Polşa 798, Tailand 744, Yaponiya 734, Türkmənistan 654, Belarus 577, Kamboca 520, Özbəkistan 470, Rumıniya 451, Fransa 427, Monqolustan 420, Çili 386, Küveyt 367, Argentina 362, Peru 355, Birləşmiş Ərəb Əmirlikləri 354, Qazaxıstan 353, Efiopiya 338, Bolqarıstan 334, Livan 334, İndoneziya 331, Nigeriya 330, Banqladeş 320, Anqola 319, İspaniya 298, Almaniya 296, Braziliya 294, Birləşmiş Krallıq 288, Venesuela 282, Oman 264, Uqanda 259, Cənubi Afrika 248, Serbiya 242, Macarıstan 220, Qırğızıstan 215, Konqo Demokratik Respublikası 212, İtaliya 203, Ekvador 202, Finlandiya 200, Tanzaniya 200, Kuba 194, Keniya 188, Nikaraqua 186, Sinqapur 170, Suriya 168, Laos 160, Bəhreyn 150, Eritreya 148, Tunis 145, Gürcüstan 132, Cənubi Sudan 122, İsveçrə 110, Ermənistan 109, Çad 90, Şri Lanka 87, Zambiya 75, Kanada 74, Qətər 62, Uruqvay 62, Konqo Respublikası 61, Mozambik 60, Zimbabve 60, Avstriya 56, Xorvatiya 55, Liviya 55, Boliviya 54, Sloveniya 54, Mavritaniya 51, Malayziya 48, Avstraliya 46, Bosniya və Herseqovina 45, Botsvana 45, Slovakiya 45, Danimarka 44, Tacikistan 38, Norveç 36, Portuqaliya 34 tanka sahibdir.

2002-ci il yanvarın 29-da ABŞ Prezidenti Corc Uoker Buş 11 sentyabr terror aktlarından sonra Konqresdə ilk “Ölkənin vəziyyəti haqqında” çıxışı zamanı İraq, İran və Şimali Koreyanı “şər oxu” adlandırdı. Corc Buş prezidentliyinin birinci ilini yenicə tamamladığı, ABŞ ordusunun isə Əfqanıstanda hərbi əməliyyatlara başladığı bir dövrdə çıxış edərək bu üç dövləti ABŞ və beynəlxalq təhlükəsizlik üçün əsas təhdid mənbələri kimi təqdim etdi. Bu bəyanat sonradan ABŞ xarici siyasətinin onilliklər ərzində istiqamətini müəyyən edən “terrora qarşı müharibə” doktrinasının ideoloji əsaslarından biri oldu.

ABŞ hərbi qüvvələri Suriyada saxlanılan 150 nəfər İŞİD üzvünün İraqa köçürüldüyünü açıqlayıb. ABŞ ordusunun yaydığı bəyanata görə, Həsəkə vilayətində yerləşən saxlanma müəssisəsində tutulan 150 İŞİD döyüşçüsü təhlükəsiz şəkildə İraq ərazisində nəzarət olunan obyektlərdən birinə daşınıb. Qeyd olunub ki, Suriyanın şimal-şərqində kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələrinin sürətli şəkildə mövqelərini itirməsi bölgədəki həbsxana və düşərgələrin təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq yaradıb.

ABŞ Prezidenti Donald Trampın administrasiyası Yaxın Şərqdə “Müsəlman Qardaşları” (“İxvan”) hərəkatının üç qolunu terror təşkilatları kimi tanımaqla bağlı verdiyi vədi yerinə yetirib və onlara, eləcə də üzvlərinə qarşı sanksiyalar tətbiq edib. ABŞ-ın Xəzinədarlıq və Dövlət departamentləri çərşənbə axşamı yaydıqları birgə açıqlamada “İxvan”ın Livan, İordaniya və Misirdəki strukturlarına qarşı məhdudlaşdırıcı tədbirlərin qüvvəyə mindiyini bildirib. Qeyd olunub ki, bu qurumlar ABŞ və onun regional maraqları üçün təhlükə yaradır.

ABŞ Prezidenti Donald Tramp Rusiya neftinin daşınması ilə əlaqəli tankerlərin ələ keçirilməsi qərarını verib və Rusiyaya qarşı “sarsıdıcı sanksiyalar” paketinin irəlilədilməsini təsdiqləyib. Mənbələrə görə, bu addımlar Ağ Evin rəhbərinin Rusiya Prezidenti Vladimir Putin ilə bağlı artan məyusluğu fonunda atılıb. ABŞ administrasiyasında Putinin Ukraynadakı müharibənin dayandırılması yolunda əsas maneə kimi qəbul edildiyi bildirilir. Vaşinqton bu tədbirləri Moskvaya sülh yolu ilə həll üçün vaxtın azaldıldığına dair açıq siqnal kimi dəyərləndirir. Ağ Ev hesab edir ki, Rusiya tərəfi danışıqları qəsdən uzadır.

ABŞ hərbi qüvvələri Karib dənizində Venesuelaya aid və ya bu ölkənin nefti ilə əlaqəli “Olina” adlı neft tankerini ələ keçirib. Bu, Vaşinqtonun Venesuelanın neft ixracını məhdudlaşdırmaq məqsədilə həyata keçirdiyi təzyiq kampaniyasında son həftələr ərzində beşinci belə hədəfdir. ABŞ Cənubi Komandanlığının məlumatında bildirilir ki, Olina tankerinə “insident olmadan” nəzarət edilib. Xarici donanma qeydiyyatına görə əvvəllər Minerva M adı altında fəaliyyət göstərmiş bu gəmi, əvvəlki dövrlərdə Rusiya nefti daşımaqda ittiham olunaraq sanksiya siyahısına daxil edilmişdi. Onun Timor-Leste bayrağı altında yalançı qeydiyyatla üzdüyü göstərilir.

ABŞ-ın xüsusi təyinatlı qüvvələri Venesuela ilə əlaqələndirilən, Rusiya bayrağı altında üzən “Marinera” neft tankerini Şimali Atlantikdə ələ keçirib. ABŞ-ın Avropa Komandanlığı tankerə nəzarətin ABŞ sanksiyalarının pozulması iddiası ilə götürüldüyünü bildirib. Məlumata görə, tanker daha əvvəl “Bella-1” adı ilə tanınıb və ABŞ tərəfi onu sanksiyalardan yayınmaqda istifadə edilən “kölgə donanması”nın tərkib hissəsi kimi təqdim edir. ABŞ rəsmiləri bildiriblər ki, tanker Venesuelaya gedib-gələn sanksiyalı gəmilərə qarşı dəniz məhdudiyyətlərini yarıb və Sahil Mühafizəsinin göyərtəyə çıxmaq cəhdlərini rədd edib.

İsrailin Baş naziri Benyamin Netanyahu bazar ertəsi ABŞ-də Prezident Donald Tramp ilə görüşəcək. İsrailli rəsminin AFP-yə verdiyi məlumata görə, görüş Florida ştatında baş tutacaq və regional təhlükəsizlik məsələləri ilə yanaşı Qəzza zolağında atəşkəs prosesinin növbəti mərhələləri müzakirə olunacaq. Bu səfər Netanyahunun cari il ərzində Tramp ilə ABŞ-də keçirəcəyi beşinci görüş olacaq. Səfər, ABŞ administrasiyası və regional vasitəçilərin İsrail ilə HƏMAS arasında Qəzza üzrə əldə olunmuş kövrək atəşkəs razılaşmasının ikinci mərhələsinə keçidi təşviq etdiyi bir vaxta təsadüf edir.