Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Tarixdə bu gün
    Tarixdə bu gün

    Bu gün Sinayda məscidə terror aktı nəticəsində 300-dən çox insan öldü

    24 Noyabr 2025 00:10
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Bu gün Sinayda məscidə terror aktı nəticəsində 300-dən çox insan öldü
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    2017-ci il noyabrın 24-də Misirin Şimali Sinay bölgəsində yerləşən Əl-Ravda məscidində partlayış baş verdi və terrorçular cümə namazını yenicə bitirən dindarlara atəş açdılar. Hücum nəticəsində 27 uşaq da daxil olmaqla 305 nəfər həlak olub, 120 nəfər yaralandı. Bu, ölkənin son illərdə qeydə alınan ən qanlı terror aktı hesab edilir.

    Hücum Misirdə dönüş nöqtəsi kimi qiymətləndirilir. 2013-cü ildə hazırkı prezident tərəfindən Müsəlman Qardaşları hərəkatının lideri Məhəmməd Mursi devrildikdən sonra ölkədə terror hücumları artmışdı. Lakin İslam ibadətgahlarına hücum nadir hallarda baş verirdi. Bu terror aktlarının “Müsəlman Qardaşlar” hərəkatı ilə əlaqəsi olmasa da Misir hakimiyyəti hərəkata təzyiqləri daha da artıtdılar. Bundan əvvəl terror qrupları əsasən Qipti kilsələrini və təhlükəsizlik qüvvələrini hədəfə alırdı, lakin məscidlərə qarşı hücum etməkdən çəkinirdilər.

    Əl-Ravda məscidinin camaatının əksəriyyəti İslamın mistik təriqəti olan Sufi müsəlmanlardan ibarət idi.

    Hücum Məhəmməd peyğəmbərin mövludu günündən bir neçə gün əvvəl, məscidin dolu olduğu vaxt həyata keçirilib. Dörd yolsuzluq avtomobilində gələn 25–30 silahlı şəxs məscidin əsas girişindən və 12 böyük pəncərəsindən içəridəkilərə atəş açıb. Qaçmağa çalışanlara qarşı bombalar və tank əleyhinə qumbaraatanlarla hücum edilib. Terrorçular məscidin qarşısında dayanmış avtomobilləri yandırıb və hadisə yerinə gələn təcili tibbi yardım maşınlarına atəş açaraq xilasetməni əngəlləyib.

    Hücuma görə heç bir təşkilat rəsmi məsuliyyəti üzərinə götürməsə də, faktlar hadisənin arxasında İŞİD-in dayandığını göstərirdi. İŞİD-ə bağlı bir nəşrdə təşkilatın Sinay nümayəndəsi Sufilərə nifrət etdiklərini və Əl-Ravdanın hədəf olduğunu açıq şəkildə bildirmişdi.

    Misir prezidenti Əbdülfəttah əs-Sisi televiziya müraciətində hücuma “aqressiv güclə” cavab veriləcəyini açıqladı. Təhlükəsizlik məsələsi prezidentə dəstəyin əsas səbəblərindən biri olduğundan və qarşıda mümkün seçkilər dayandığından, qəti cavab gözlənilirdi.

    Hücumdan bir neçə saat sonra Misir ordusu bölgədəki dağ massivlərinə hava zərbələri endirib. Ölkədə üç günlük matəm elan olunub.

    #Tarixdə bu gün #terror hücumu Sinay #Misirdə məscidə hücum #Əl-Ravda məscidi terror #İŞİD Sinay hücumu #Sufi müsəlmanlar Misir #Misirdə partlayış 2017 #Sinay terror aktı #Əbdülfəttah əs-Sisi açıqlama #Egypt mosque attack #Sinai terrorism 2017 #ISIS Sinai attack #Al-Rawda mosque massacre #Egypt terror casualties #ISIS attacks Muslims #Egypt security forces response #теракты ИГИЛ Египет #Misirdə Sufi məscidinə hücum: 305 nəfər öldürüldü #İŞİD-in Sufilərə nifrətinin səbəbi nədir? #Misirdə Sufi məscidinə edilən hücumun səbəbləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tarixdə bu gün - 30 İyul

    30 İyul 2026 00:01

    Tarixdə bu gün - 29 İyul

    29 İyul 2026 00:01

    Tarixdə bu gün - 28 İyul

    28 İyul 2026 00:01

    Tarixdə bu gün - 26 İyul

    26 İyul 2026 00:01

    Tarixdə bu gün - 25 İyul

    25 İyul 2026 00:01

    Tarixdə bu gün - 24 İyul

    24 İyul 2026 00:01

    Tarixdə bu gün - 23 İyul

    23 İyul 2026 00:01

    Tarixdə bu gün - 22 İyul

    22 İyul 2026 00:01

    Tarixdə bu gün - 21 İyul

    21 İyul 2026 00:01

    Tarixdə bu gün - 20 İyul

    20 İyul 2026 00:01

    Tarixdə bu gün - 19 İyul

    19 İyul 2026 00:01

    Tarixdə bu gün - 18 İyul

    18 İyul 2026 00:01
    XƏBƏR LENTİ

    Azərbaycan Jurnalistlər Birliyi media azadlığı ilə bağlı bəyanat yayıb

    İsrail Qəzzada "Sarı xətt" adlandırılan məhdud ərazini genişləndirməyə davam edir - BMT

    Amerikalıların üçdə ikisi İranla müharibəni mənasız hesab edir

    İran Bolqarıstanı ABŞ-ın hərbi bazadan istifadəsi ilə bağlı qərara yenidən baxmağa çağırıb

    Hörmüz boğazı ilə bağlı İran–Oman danışıqları neftin qiymətini aşağı salıb

    Çin İrana silah göndərilməsi ilə bağlı iddiaları rədd edib

    ABŞ Senatı İranla bağlı yeni qətnaməni müzakirə edəcək

    İran cənub-qərbdə pilotsuz uçuş aparatının məhv edildiyini bildirib

    Körfəz Əməkdaşlıq Şurası İranın Küveyt və İordaniyaya hücumlarını kəskin pisləyib

    İsrail ordusunda daxili narazılıq döyüş hazırlığına təsir göstərib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.