Bakı. AzerVoice:
İran Fələstin xalqını qurban edir.
AzerVoice xəbər verir ki, bunu Fələstin Prezident Administrasiyası İranın ali dini lideri Əli Xameneyə müraciəti zamanı bildirib.
Administrasiya qeyd edib ki , İsrail müharibəsinin və onun davam etdirilməsinin bədəlini ödəyən Fələstin xalqıdır, iranlılar yox.
Administrasiya onu da bildirib ki, oktyabrın 7-dən bu yana müharibə “36 mindən çox şəhid, 83 minə yaxın yaralı, xəstəxanalar, məktəblər, məscidlər və kilsələr kimi infrastrukturun dağıdılması, minlərlə vətəndaşın didərgin düşməsi və yüzlərlə insanın məhv edilməsi ilə nəticələnib.
Qeyd edək ki, Xameneyi bazar ertəsi İranın ilk liderinin (Xomeyni) vəfatının 35-ci ildönümü münasibətilə Tehranda minlərlə tərəfdarı qarşısında deyib ki, “hücum (yəni Əl-Əqsa tufanı) Amerikanın regionda planlarını alt-üst etdi.”
Hafiz Rufizoğlu