Bakı. AzerVoice:
Fransalı millət vəkilləri 2024-cü il Paris Olimpiadasında İsrailə qarşı sanksiya tələb ediblər.
AzerVoice-nin məlumatına görə, millət vəkilləri 2024-cü il Paris Olimpiadasında iştirak edəcək israillilərin “neytral idmançı” statusuna malik olmasını tələb ediblər.
Fransada solçu NUPES alyansına daxil olan “Yaşıl Fransa” (LFI) və Yaşıllar Partiyasından (EELV) 26 deputat Beynəlxalq Olimpiya Komitəsi (BOK) prezidenti Tomas Baxa məktub göndərib.
“Birləşmiş Millətlər Təşkilatının (BMT) 2023-cü ilin noyabrında dərc etdiyi məlumatlara görə, Ukraynada müharibənin başlamasından bu yana təxminən 2 il ərzində 560-ı uşaq olmaqla, təxminən 10 min mülki şəxsin həyatını itirdiyi məlumdur. Digər tərəfdən Qəzzada 'cəmi 4 aylıq' hücumlardan sonra əksəriyyəti qadın və uşaqlardan ibarət ölən və itkin düşən fələstinlilərin sayı 40 minə yaxınlaşıb və çoxu uşaq olan 70 min insan isə yaralanıb." – deyə məktubda qeyd edilib.
Deputatlar Rusiya və Belarusa qarşı tətbiq edilən eyni sanksiyaların 2024-cü il Paris Olimpiadasında İsrailə də tətbiq olunmasını tələb ediblər.
Sanksiyaların yalnız İsrailin uzunmüddətli atəşkəs qərarı verəcəyi təqdirdə ləğv edilməsi lazım olduğunu bildirən millət vəkilləri, İsrail idmançılarının da ruslar və belaruslar kimi öz ölkələrinin emblem və bayraqlarını daşımadan “neytral idmançı” kimi yarışmalarını istəyib.
Məlumat üçün qeyd edək ki, BOK Rusiya və Belarus idmançılarının 2024-cü il Paris Olimpiadasında “neytral idmançılar” kimi iştirak edə biləcəklərini, Rusiyanın Ukraynaya qarşı müharibəsini fəal şəkildə dəstəkləyən idmançıların isə Olimpiadaya buraxılmayacağını elan edib.
Hafiz Rufizoğlu