Redaktorun Seçimi

Qəzza müharibəsinin başa çatması və onun doğurduğu humanitar, siyasi və geosiyasi fəsadlardan sonra Yaxın Şərqin konturları görünməmiş şəkildə dəyişməyə başlayıb. Əgər İsrail hərbi üstünlüyünün ona yeni regional nizamda liderlik qazandıracağını düşünürdüsə, reallıq tamamilə əksini göstərdi. Əksinə, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri başda olmaqla, Körfəz ölkələri regional balansın qurulmasında əsas gücə çevrildi. Tel-Əviv isə tədricən təşəbbüsü itirdi və hərbi gücü siyasi və etik yükə çevrilməyə başladı.

XX əsrin əvvəllərində ABŞ-da “Qadağan dövrü” cinayət və korrupsiyanın simvoluna çevrildi və bu dövrün ən tanınmış fiquru Al Kapone idi. Bruklindən çıxmış sadə bir uşaq qısa zamanda Çikaqonun ən güclü mafiya liderinə çevrildi. Onun həyatı qanunsuz imperiyanın yüksəlişi, sərvət və qəddarlığın faciəvi sonluqla bitən hekayəsidir.

Sudanda davam edən vətəndaş müharibəsində mühüm dönüş nöqtəsi baş verib. “Sürətli Dəstək Qüvvələri”nin (SDQ) iki illik mühasirədən sonra Şimali Darfur vilayətinin paytaxtı Əl-Faşiri tam nəzarətə götürməsi, ölkədə 2023-cü ilin aprelindən bəri davam edən qarşıdurmanın istiqamətini dəyişə bilər.

Qədim Misirdə insanların qidalanmasının əsasını çörək və sıyıqlar təşkil edirdi. Hər iki yemək növü adətən arpa və ya emmer buğdasından (Misirin iki əsas dənli bitkisi) hazırlanırdı.Taxıl daş dəyirmanlarda əl ilə üyüdülərək un halına salınırdı. Bütün diqqətə baxmayaraq, üyütmə və daşınma zamanı qum və xırda daş hissəcikləri çox vaxt una qarışırdı. Bu səbəbdən bir çox mumiyalarda insanların çörəkdəki qum səbəbindən dişlərinin aşındığı aşkar olunub.

Əfsanələrə görə, Agaş insan beyninə və qəlbinə təsir edərək, yaxşı niyyətləri və müsbət fikirləri unutdurur, onların yerinə şübhə, paxıllıq və nifrət kimi mənfi düşüncələri yerləşdirir. O, “bəd nəzər” anlayışı ilə sıx əlaqələndirilir - yəni bir insanın pis baxışı və ya qısqanclığı ilə başqasına zərər yetirməsi inancı ilə. Agash bu mənada həm metaforik, həm də mənəvi zərər simvoludur; o, insanı öz içindəki işıqdan uzaqlaşdıran, qaranlıq düşüncələrə yönəldən qüvvə kimi təqdim olunur.

Şəmxani daha əvvəl İsrailin hücumlarında hədəf alınmışdı. O, evinə endirilən zərbədən sonra “möcüzəvi şəkildə xilas olduğu” bildirilmişdi. Son müsahibəsində isə 2020-ci ildə Ukrayna sərnişin təyyarəsinin vurulması ilə bağlı keçmiş prezident Həsən Ruhaniyə “İslam İnqilabı Keşikçiləri Korpusu”nun məsuliyyətini dərhal çatdırdığını deyərək, Ruhani və Cavad Zərifin bəyanatlarını təkzib etmişdi. Buna cavab olaraq Ruhaniyə yaxın şəxslər Şəmxanini “daxili qarşıdurmanı dərinləşdirməkdə” günahlandırıblar. Ruhaniyə yaxın “Xəbər Online” mənbəsi videonun sızdırılmasında Ruhani komandasının iştirakını təkzib edib və “bu kampaniyalar milli birliyə qarşı yönəlib” deyib.