Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Azərbaycan İslam Ensiklopediyası
    Azərbaycan İslam Ensiklopediyası

    Mövlana Kəmaləddin Məsud ibn Hüseyn Şirvani

    13 Oktyabr 2025 18:12
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Mövlana Kəmaləddin Məsud ibn Hüseyn Şirvani
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Teymurilər dövlətində (1368-1501) yaşamış məşhur həkim və mütəfəkkirlərindən biri idi. O, mövlana Fəthullah əş-Şabrani Şirvaninin (öl. 1486) tələbələrindən biri olmuşdur. Səid Nəfisi onun həmçinin Molla Caminin yetirmələrindən biri olduğunu qeyd etmişdir.
    O, Teymurilərin idarəsi altındakı Xorasana getmiş və Heratdakı mədrəsələrdə tədrislə məşğul olmuşdu. Bu şəhərdəki İxlasiyyə və Gövhərşad mədrəsələrində kəlam, məntiq və hikmət dərsləri vermişdi. Onun dərslərini dinləmək üçün hər gün yüzlərlə tələbə toplaşırdı.

    Həkim Kəmaləddin Şirvani bir müddət sonra Gövhərşad mədrəsəsini tərk etmiş və Qiyasiyyə mədrəsəsində dərs verməyə başlamışdı. Dərin bilik və dünyagörüşünə sahib alim kimi onun şöhrəti bütün Xorasana yayılmışdı. Teymurilər dövrünün bir çox tanınmış alimi, o cümlədən Nizaməddin Əlişir Nəvai (1441-1501) onun şöhrətini duyub dərslərində iştirak etmişdilər.

    Onun qələmə aldığı əsərlərdən biri təbib Şəmsəddin Muhəmməd ibn Əşrəf Səmərqəndinin (öl. təqribən 1204) əxlaq fəlsəfəsinə dair ‚Adabü’l-Fazil adlı əsərinə yazdığı şərhdir.
    Türkiyənin əlyazma əsər kitabxanalarında bu əsərin bir neçə əlyazma nüsxəsi mövcuddur. Bunlardan biri İstanbul Atif əfəndi kitabxanasında saxlanılır. Müəyyən edə bildiyimiz digər iki əsəri isə Əzudəddin əl-İcinin (öl. 1355) əxlaq və ictimaiyyətə dair‚Risalə fi Adabü’l-Bəhs‛ və ‚Risalətü’l-Və’ziyyə‛ adlı əsərlərinə yazdığı şərhlərdir.
    Bu iki şərhdən birincisinin nüsxələri Türkiyədə Manisa İHK və Ankara Milli kitabxana, ikincisi isə İstanbul Nuriosmaniyyə əlyazmalar kitabxanasında saxlanılır. Bundan başqa mövlana Kəmaləddin Məsud Şirvani ‚Haşiyə ələ Hikmətü’l-Əyn‛, ‚Haşiyə ələ Şərhü’l- Məvaqif‛ adlı əsərlərin də müəllifi idi. Bu iki əsərin əlyazma nüsxələri Konya Yusifağa kitabxanasında mövcuddur.

    Alim h. 905-cü ildə (1499) vəfat etmiş, onun cənazə mərasimində öz dövrünün məşhur alim və mütəfəkkirləri iştirak etmişdilər. Nişancı Mehmed Paşa öz əsərində onun Osmanlı sultanı II Bayəzidin (1481-1512) dövründə vəfat etmiş alimlərdən biri olduğunu yazmış, lakin onun Osmanlı ölkəsində yaşayıb yaşamamasına dair hər hansı bir şey qeyd etməmişdir. Alimin ‚Şərhu-Risalə fi Adabü’l-Bəhs‛ adlı əsərinin Türkiyədəki əlyazma əsər kitabxanalarından onlarla nüsxəsi mövcuddur.

    Mənbə: Dosent Elnur Nəsirov/ Orta Əsrlərdə Yaşamış AZƏRBAYCANLI ALİMLƏR, fəqihlər, müfəssirlər, mühəddislər, mütəkəllimlər, ravilər, qarilər …

    #İslam irsi #Orta Əsrlərdə Yaşamış AZƏRBAYCANLI ALİMLƏR #Elnur Nəsirov #Mövlana Kəmaləddin Məsud ibn Hüseyn Şirvani #Şəmsəddin Muhəmməd ibn Əşrəf Səmərqəndi #II Bayəzid #Teymurilər dövləti #Fəthullah əş-Şabrani Şirvani #Səid Nəfisi #Nizaməddin Əlişir Nəvai
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Əbu Hənifə Muhəmməd ibn Əbdürrəhman ibn Malik əl-Bərdəi: Məkkədə bir azərbaycanlı mühəddis

    31 May 2026 22:00

    Abdullah ibn Səlam: Tövratdan Qurana uzanan həqiqət yolu

    31 May 2026 18:00

    İslam tarixində unudulan qələmlər: Qadın müəlliflərin izi ilə

    31 May 2026 09:00

    Qədim palçıq məscidlər: Tarixin səssiz şahidləri

    21 May 2026 10:56

    İskəndəriyyədən Cündişapura: Səlibçilərin məhv etdiyi, müsəlmanların qoruduğu elm

    20 May 2026 18:00

    İbn Məsud: Peyğəmbər sirlərinin sadiq daşıyıcısı

    10 May 2026 13:02

    Allahın ilk olaraq yaratdığı şey nə idi?

    26 Aprel 2026 16:52

    Uhud döyüşü haqqında nə bilirik?

    26 Aprel 2026 10:53

    Quranın qəlbi Yasin surəsi: Ayələrin mənası və əsas mövzuları

    19 Aprel 2026 13:03

    İslamdan əvvəlki 10 Məhəmməd: Bir adın gizli tarixi və mənşəyi

    5 Aprel 2026 19:00

    Zikr haqqında Quranda nə deyilir?

    5 Aprel 2026 10:29

    İslam və xristianlıqda pişiklərin yeri

    29 Mart 2026 12:07
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 2 İyun

    Tramp deyir ki, İranla danışıqlar “sürətli tempdə” davam edir

    Tramp: Netanyahu və Hizbullahla Livanda atəşkəs barədə danışmışam

    Ali rəhbərin müşaviri: İran dəniz blokadasına və Livandakı gərginliyə dözməyəcək

    Netanyahu və Tramp arasında gərginlik fonunda mühüm telefon danışığı baş tutdu

    Tramp: İranla danışıqların bitməsi məni narahat etmir

    Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə edib

    ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

    Avropa İttifaqı rəsmisi: Pakistan “böyük miqyaslı müharibənin” qarşısını alıb

    Tramp: İranla “razılaşma” yaxın zamanda mümkün ola bilər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.