Bakı, VOA
2024-ci ilin may ayında Türkmənistandan Türkiyəyə 12 min 840 turist səfər edib ki, bu da 2023-cu ilin may ayı ilə müqayisədə 44,16 faiz çoxdur.
Bu barədə VOA-ya Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.
Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Türkmənistan vətəndaşlarının payı 0,25 faiz təşkil edib.
2024-ci ilin yanvar-may aylarında Türkmənistandan Türkiyəyə 55 914 şəxs səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 58,06 faiz çoxdur.
2024-ci ilin yanvar-may aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Türkmənistan vətəndaşlarının payı isə 0,35 faiz təşkil edib.
Nazirliyin məlumatında qeyd edilir ki, 2024-ci ilin may Türkiyəyə 5 milyon 130 min 119 turist səfər edib ki, bu da ötən ilin mayı ilə müqayisədə 14 faiz çoxdur.
2024-ci ilin yanvar-may aylarında 15 milyon 784 min 213 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,47 faiz çoxdur.