Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət / Mədəniyyət
    Mədəniyyət

    Ayasofya günbəzi xüsusi texnologiya ilə bərpa ediləcək

    15 Aprel 2025 16:50
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Ayasofya günbəzi xüsusi texnologiya ilə bərpa ediləcək
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Ayasofya Ulu Məscidinin əsas günbəzi tarixinin ən əhatəli bərpasına başlanılır.

    AzerVoice xəbər verir ki, Türkiyənin Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy 1486 illik Ayasofya Ulu Məscidinin əsas günbəzinə zəlzələyə davamlılıq baxımından tarixinin ən geniş və elmi əsaslı bərpa prosesinin tətbiq ediləcəyini açıqlayıb.

    Nazir qeyd edib ki, bərpa işləri ibadətləri dayandırmadan və tarixi quruluşu qoruyaraq həyata keçiriləcək.

    Nazirin sözlərinə görə, günbəzin daxili hissəsindəki mozaikalara zərər verilməməsi üçün bütün işlər xarici səth üzərində aparılacaq. Qurğuşun örtükləri yenilənəcək, günbəzin üstü isə müvəqqəti olaraq polad konstruksiya və xüsusi brezentlə örtüləcək. Eyni zamanda, ibadətin fasiləsiz davam etməsi üçün 4 əsas sütunun üzərində 43,5 metr hündürlükdə platforma qurulacaq.

    Ayasofya kompleksinin bütün strukturları üçölçülü sənədləşdirilərək rəqəmsal mühitə köçürülüb və bununla da Ayasofyanın “rəqəmsal əkizi” yaradılıb. Keçmiş arxiv sənədləri üzərində aparılan geniş araşdırmalarla strukturun zəlzələyə qarşı dayanıqlılığı analiz olunub. Elmi Şura nəzarəti ilə hazırlanan layihə mərhələsinə keçid edilib.

    Açıqlamada bildirilir ki, strukturun daşıyıcı sistemləri üzərində aparılan təhlillər nəticəsində əsas və yarım günbəzdə gücləndirmə işlərinə ehtiyac müəyyən edilib. İşlərin təhlükəsiz və operativ aparılması üçün 41 metr hündürlüyündə və 60 metrlik qolu olan qülləli kran qurulacaq. Kranın təhlükəsizlik məsafəsi nəzərə alınmaqla, layihə sonunda sökülməsi də planlaşdırılıb.

    Qeyd edək ki, 2020-ci ildə Ayasofya Ulu Məscidi Dövlət Şurasının qərarı və Prezident Fərmanı ilə yenidən ibadətə açılıb. Hazırda aparılan bərpa prosesi yalnız günbəzi əhatə etmir, həmçinin türbələr, ibtidai məktəb və digər yardımçı strukturlar da bu layihəyə daxildir. Məqsəd tarixi mirası qorumaqla yanaşı, onu gələcək nəsillərə dəyişmədən ötürməkdir.

    #Türkiyə #Türkiyə Mədəniyyət və Turizm Nazirliyi #məscid #Ayasofya #Tarixi abidələrin bərpası #Günbəz bərpası #Tarixi bərpa #Mozaika bərpası #Türkiyə mədəni irsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    AK Partiya 25 illiyi münasibətilə yeni loqosunu təqdim edib

    28 İyul 2026 15:50

    Zəlzələdən sui-istifadə edənlər indi qanun qarşısında cavab verirlər - Ərdoğan

    28 İyul 2026 15:44

    Türkiyə Fransaya iki yanğınsöndürmə təyyarəsi göndərib

    28 İyul 2026 11:55

    Tramp Türkiyəni tərifləyib, Ərdoğanı "dost" adlandırıb

    27 İyul 2026 21:59

    Nazir Məcnun Məmmədov Türkiyənin Dövlət Su İşləri İdarəsinin Baş direktor müavini ilə görüşüb

    27 İyul 2026 18:29

    Azərbaycanda torpaqların konsolidasiyası mexanizminin yaradılması ilə bağlı Türkiyə təcrübəsi öyrənilir

    27 İyul 2026 18:11

    Türk pilotlar Eurofighter təlimləri üçün avqustda Böyük Britaniyaya gedir

    23 İyul 2026 14:50

    Səudiyyəli investorların Türkiyəyə yatırımı 311 milyon lirəni keçib – ÖZƏL

    23 İyul 2026 13:00

    HƏMAS-ın yeni lideri vasitəçi ölkələrə təşəkkür edib

    22 İyul 2026 20:05

    Türkiyə XİN Husilərin Səudiyyə blokadasını qınadı

    22 İyul 2026 16:54

    Ankarada təlim helikopteri qəzaya uğrayıb - Pilot həlak olub

    22 İyul 2026 12:04

    Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyəyə səfər edib

    20 İyul 2026 19:44
    XƏBƏR LENTİ

    ABŞ qüvvələri İran blokadası çərçivəsində 18 ticarət gəmisinin istiqamətini dəyişib - CENTCOM

    ABŞ hücumları mühüm infrastruktur obyektlərini sıradan çıxarıb - İran

    Avropadakı meşə yanğınları sığortaya tələbatı artıra bilər

    Vens, Rubio və Heqset Tramp-Netanyahu görüşündə iştirak ediblər

    Tramp ilə "Patriot" raketlərinin Ukraynada istehsalını müzakirə etdik - Zelenski

    Trampın Netanyahu və Zelenski ilə görüşləri "müsbət və məhsuldar" keçib - Ağ Ev

    Hörmüz boğazı üzərində suverenliyimizi qorumaq üçün istənilən addımı ata bilərik - Kazım Qəribabadi

    Bezalel Smotriç istefa ehtimalından danışıb

    Ionic Digital Nasdaq debütündə dəyər itirib, bazar dəyəri 2,25 milyard dollar olub

    Tramp-Netanyahu görüşünün gündəliyində hansı məsələlər var?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.