Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Azərbaycan İslam Ensiklopediyası
    Azərbaycan İslam Ensiklopediyası

    Şeyx Səlahəddin Həsən ibn Ömər Bulğari Naxçıvani

    28 Dekabr 2025 13:50
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Şeyx Səlahəddin Həsən ibn Ömər Bulğari Naxçıvani
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Azərbaycan İslam Ensiklopediyası

    Şeyx Səlahəddin Həsən Naxçıvani Azərbaycanın tanınmış təsəvvüf şeyxlərindən olmuşdur. O, hicri 603-cü (1206-cı) ildə Naxçıvanda dünyaya gəlmişdir. Yeniyetməlik çağlarında atasını itirən Səlahəddin Naxçıvani anası və qardaşı ilə birlikdə Azərbaycanın Xoy şəhərinə köçərək orada məskunlaşmışdır. 23 yaşında ikən anasını da itirmişdir. Bundan iki il sonra, 1231-ci ildə, moğol noyanı Cormağunun Azərbaycanın işğalı zamanı Şeyx Səlahəddin Naxçıvani moğollara əsir düşmüşdür. Təxminən yeddi il əsirlikdə qaldıqdan sonra azadlığa buraxılmış və bundan sonra doqquz il Bolqar ölkəsində yaşamışdır. Məhz bu səbəbdən o, “Bulğari” nisbəsi ilə tanınmışdır. Bu dövrdə təsəvvüfə meyl göstərmiş və mənəvi axtarışlara yönəlmişdir.

    Tədqiqatçı Səid Nəfisi Şeyx Səlahəddin Naxçıvaninin fütuvvət şeyxi Əbu’n-Nəcib Sührəvərdinin dostlarından biri olduğunu qeyd edir. Lakin Əbu’n-Nəcib Sührəvərdinin hicri 563-cü ildə (1168-ci ildə), yəni Şeyx Səlahəddin Naxçıvaninin doğumundan 38 il əvvəl vəfat etdiyini nəzərə alsaq, bunun mümkün olmadığı aydın olur. Ehtimal etmək olar ki, Şeyx Səlahəddin Naxçıvani təsəvvüfdə fütuvvət əhlinin yolunu mənimsəmiş və Əbu’n-Nəcib Sührəvərdinin də daxil olduğu bir məşayix silsiləsinə mənsub olmuşdur.

    Görünür ki, Şeyx Səlahəddin Naxçıvani Kübrəviyyə təriqətinin şeyxi Sə’dəddin Həmmuyənin (ö. 1254) müridlərindən biri olmuş və fütuvvət məşrəbini də bu vasitə ilə qəbul etmişdir. Bu fikri təsdiqləyən məqamlardan biri də Səid Nəfisinin onun Şeyx Sə’dəddin Həmmuyəyə məxsus “Risaləyi-Qəlbü’l-Münqəlib” adlı əsəri ərəb dilindən fars dilinə tərcümə etdiyini bildirməsidir.

    Şeyx Səlahəddin Naxçıvani Bolqar ölkəsindən Mavəraünnəhrə gəlmiş və üç il Buxarada yaşamışdır. Daha sonra, təxminən hicri 648-ci (1250-ci) ildə Azərbaycana qayıtmış, hicri 672-ci (1273-cü) ildə isə Azərbaycandan İrana gedərək 24 il Kirman şəhərində yaşamışdır. Hicri 697-ci ilin cəmadiələvvəl ayında (fevral 1298-ci il) yenidən Azərbaycana dönmüş və Təbriz şəhərində məskunlaşmışdır.

    Şeyx Səlahəddin Naxçıvani hicri 698-ci ilin 2 rəbiələvvəl tarixində (8 dekabr 1298-ci il) Təbrizdə vəfat etmiş və Surxab qəbiristanlığında dəfn olunmuşdur. O, yuxarıda qeyd olunan tərcümə əsəri ilə yanaşı, fars dilində qələmə aldığı təsəvvüfi şeirlərin də müəllifi olmuşdur.

    Mənbə: Dosent Elnur Nəsirov/ Orta Əsrlərdə Yaşamış AZƏRBAYCANLI ALİMLƏR, fəqihlər, müfəssirlər, mühəddislər, mütəkəllimlər, ravilər, qarilər …

    #İslam irsi #Orta Əsrlərdə Yaşamış AZƏRBAYCANLI ALİMLƏR #Azərbaycan İslam ensiklopediyası #Şeyx Səlahəddin Naxçıvani: əsirlikdən irfana uzanan ömür #Bulğari Naxçıvani kim idi? XIII əsrin sufi alimi #Azərbaycan təsəvvüf tarixində Şeyx Səlahəddin Naxçıvani #Naxçıvandan Təbrizə: Şeyx Səlahəddin Bulğarinin həyatı #Kübrəviyyə təriqətinin Azərbaycan nümayəndəsi #Moğol əsirliyindən sufi məktəbinə #Şeyx Səlahəddin Bulğari və fütuvvət ənənəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Əbu Hənifə Muhəmməd ibn Əbdürrəhman ibn Malik əl-Bərdəi: Məkkədə bir azərbaycanlı mühəddis

    31 May 2026 22:00

    Abdullah ibn Səlam: Tövratdan Qurana uzanan həqiqət yolu

    31 May 2026 18:00

    İslam tarixində unudulan qələmlər: Qadın müəlliflərin izi ilə

    31 May 2026 09:00

    İstanbulun fəthi xristian dünyasında necə qarşılandı?

    29 May 2026 06:00

    Qədim palçıq məscidlər: Tarixin səssiz şahidləri

    21 May 2026 10:56

    İskəndəriyyədən Cündişapura: Səlibçilərin məhv etdiyi, müsəlmanların qoruduğu elm

    20 May 2026 18:00

    Yəhudilik, Xristianlıq və İslamda QÜDS - bir şəhər, üç fərqli baxış

    17 May 2026 21:00

    İbn Məsud: Peyğəmbər sirlərinin sadiq daşıyıcısı

    10 May 2026 13:02

    Düha namazı nədir?

    3 May 2026 15:42

    Allahın ilk olaraq yaratdığı şey nə idi?

    26 Aprel 2026 16:52

    Uhud döyüşü haqqında nə bilirik?

    26 Aprel 2026 10:53

    Quranın qəlbi Yasin surəsi: Ayələrin mənası və əsas mövzuları

    19 Aprel 2026 13:03
    XƏBƏR LENTİ

    Livandakı atəşkəs müharibənin sonu üçün vacibdir - İran

    Rusiyada təyyarə yanacağı ixracı dayandırılıb

    Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciət ünvanlayıb

    Hazırda yayılan məlumatlar yalnız spekulyasiyadır - Əraqçi

    Prezident İlham Əliyev: Zəngəzur dəhlizi mütləq inşa ediləcək

    Prezident İlham Əliyev: Bu gün tərəfdaşlarımızla enerji kabelləri ilə bağlı sıx əməkdaşlıq edirik

    ASELSAN 845 milyon dollarlıq yeni müqavilə imzladı

    Prezident İlham Əliyev: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq

    Prezident İlham Əliyev: Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz

    Prezident İlham Əliyev: Bu gün Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.