#Orta Əsrlərdə Yaşamış AZƏRBAYCANLI ALİMLƏR

Azərbaycanın qədim və zəngin mədəniyyət mərkəzlərindən olan Bərdə şəhəri orta əsrlərdə İslam dünyasına onlarla görkəmli alim bəxş etmişdir. Bu ustad elmi xadimlərdən biri də tam adı Hafiz Əbu Əli Hüseyn ibn Əli ibn Muhəmməd ibn Hüseyn ibn Tahir ibn Xalid ibn İdris ibn Bəkir ibn Həbib ibn Zəhir ibn Asim ibn Müdərrək Bərdəi olan böyük hədis hafizidir.

Orta əsrlər Şərq elmi və ədəbi mühitinin formalaşmasında Azərbaycan mənşəli alimlərin müstəsna xidmətləri olmuşdur. Yaşadığı dövrün tanınmış ədiblərindən və görkəmli dilçilərindən biri də tam adı İzzəddin Əbu Muhəmməd Əbdülvəhhab ibn İbrahim ibn Muhəmməd əl-Xəraci Zəncani olan böyük elmi xadimdir. Zəncanda dünyaya göz açan alim, sonradan elmi mühitin daha qaynar olduğu Təbriz şəhərinə köçərək orada məskunlaşmışdır.

IX əsrdə yaşamış Əbu Hənifə Muhəmməd ibn Əbdürrəhman əl-Bərdəi, İslam elminin inkişaf etdiyi dövrdə Azərbaycanın Bərdə şəhərindən çıxaraq İslam dünyasının mərkəzi hesab olunan Məkkəyə yollanmış görkəmli hədis ravilərindən biridir. Onun həyatı və fəaliyyəti Azərbaycanın orta əsrlər elm tarixində tutduğu mühüm yeri bir daha sübut edir.

Azərbaycanın orta əsrlər elm tarixində xüsusi yer tutan şəxsiyyətlərdən biri də Mahmud əl-Arranidir. Hülagülərin (İlhaniyyə) hakimiyyəti dövründə yaşamış əl-Arrani, dövrünün tanınmış filoloqu və ədəbiyyatşünası kimi şöhrət qazanmışdır. Onun elmi fəaliyyəti əsasən ərəb dilçiliyinin tədqiqi və klassik əsərlərin şərhi üzərində qurulmuşdur.

Şeyx Səlahəddin Həsən Naxçıvani Azərbaycanın tanınmış təsəvvüf şeyxlərindən olmuşdur. O, hicri 603-cü (1206-cı) ildə Naxçıvanda dünyaya gəlmişdir. Yeniyetməlik çağlarında atasını itirən Səlahəddin Naxçıvani anası və qardaşı ilə birlikdə Azərbaycanın Xoy şəhərinə köçərək orada məskunlaşmışdır. 23 yaşında ikən anasını da itirmişdir. Bundan iki il sonra, 1231-ci ildə, moğol noyanı Cormağunun Azərbaycanın işğalı zamanı Şeyx Səlahəddin Naxçıvani moğollara əsir düşmüşdür. Təxminən yeddi il əsirlikdə qaldıqdan sonra azadlığa buraxılmış və bundan sonra doqquz il Bolqar ölkəsində yaşamışdır. Məhz bu səbəbdən o, “Bulğari” nisbəsi ilə tanınmışdır. Bu dövrdə təsəvvüfə meyl göstərmiş və mənəvi axtarışlara yönəlmişdir.

Əbu Bəkr Məhəmməd ibn Yəhya ibn Hilal Bərdəi öz dövrünün tanınmış mühəddislərindən, fəzilət sahibi bir alim, həmçinin yüksək ədəbi zövqə malik şair kimi məşhur olmuşdur. O, həyatının böyük bir hissəsini elm mərkəzlərindən biri sayılan Bağdadda keçirmiş və burada bir çox müəllimlərlə ünsiyyətdə olmuşdur. Hicri 350-ci (miladi 961) ildə Bərdəi Səmərqəndə köçmüş, bu şəhərdə həm elmi fəaliyyətini davam etdirmiş, həm də tələbələr yetişdirmişdir.

XI əsrin elmi mühitində öz izini qoyan azərbaycanlı tarixçi alimlərdən biri idi. Onun qələmə aldığı əsərlər təkcə faktların toplandığı mənbə deyil, həm də keçmiş sivilizasiyaların ruhunu yaşadan tarixi yaddaşdır. Əl-Azərinin fars dilində yazdığı “Müxtəsər ələ Təbəqatü’l-Müluk” və “Əxbaru Müluki-Əcəm və Xüləfa” əsərləri xüsusilə qiymətləndirilir.