Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Arab+ / ArabSport
    ArabSport

    Cənubi Afrika millisinin futbolçusu Ceyden Adams 25 yaşında vəfat edib

    11 İyul 2026 19:23
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Cənubi Afrika millisinin futbolçusu Ceyden Adams 25 yaşında vəfat edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA,Yusif Şərifzadə

    2026-cı il dünya çempionatında Cənubi Afrika millisinin heyətində çıxış etmiş yarımmüdafiəçi Ceyden Adams 25 yaşında vəfat edib. Bu barədə ölkənin İdman Nazirliyi məlumat yayıb.

    VOA xəbər verir ki, futbolçunun ölüm səbəbi açıqlanmayıb. Ceyden Adams dünya çempionatının A qrupunda Meksika və Çexiya ilə keçirilən oyunlara start heyətində çıxıb, Cənubi Koreya üzərində 1:0 hesablı qələbə ilə başa çatan görüşdə isə sonradan meydana daxil olub. Həmin qələbə Cənubi Afrika millisinə tarixində ilk dəfə dünya çempionatının pley-off mərhələsinə yüksəlmək imkanı qazandırıb. Komanda növbəti mərhələdə Kanadaya məğlub olaraq mübarizəni dayandırıb.

    Çexiya ilə qarşılaşmadan bir gün əvvəl futbolçunun nənəsi vəfat edib. Adams həmin görüşdə ilk hissədən sonra əvəzlənib.

    Ceyden Adams Cənubi Afrikanın "Mamelodi Sandaunz" klubunun formasını geyinirdi. O, 2025–2026 mövsümündə komandasının Afrika Çempionlar Liqasının qalibi olmasına mühüm töhfə verib.

    Cənubi Afrika Futbolçular Birliyi yaydığı bəyanatda ölkə futbolunun istedadlı oyunçu, oyuna sədaqətlə xidmət edən idmançı və gələcəyi parlaq olan gənc bir insanı itirdiyini bildirib.

    Cənubi Afrikanın idman naziri Qeyton Makkenzi də futbolçunun ailəsinə, komanda yoldaşlarına və azarkeşlərə başsağlığı verib. Beynəlxalq Futbol Federasiyasının prezidenti Canni İnfantino da sosial şəbəkədə paylaşım edərək Adamsın ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı diləyib.

    Ceyden Adams peşəkar futbol karyerasına "Stellenboş" klubunun futbol akademiyasında başlayıb və 2025-ci ilin yanvarında "Mamelodi Sandaunz"a transfer olunub. O, Cənubi Afrika millisində 13 oyun keçirib, 2026-cı il dünya çempionatının seçmə mərhələsində iki qol vurub.

    #Canni İnfantino #Cənubi Afrika #Futbol #dünya çempionatı #Ceyden Adams #Mamelodi Sandaunz #Afrika Çempionlar Liqası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İnfantinonun vəzifədən uzaqlaşdırılması “dəhşətli səhv” olar - Tramp

    11 Avqust 2026 10:45

    Misir qadın həndbol yığması dünya dördüncüsü oldu

    10 Avqust 2026 07:22

    Keyptaun hava limanında əsas uçuş-enmə zolağı təyyarə insidentinə görə bağlanıb

    4 Avqust 2026 20:57

    "Nyukasl Yunayted"in baş məşqçisi Eddi Hau vəzifəsindən ayrılıb

    31 İyul 2026 19:58

    Maldini və Leonardo İtaliya Futbol Federasiyasındakı vəzifələrindən istefa veriblər

    27 İyul 2026 22:14

    Cənubi Afrikanın maliyyə naziri dövlət investisiya şirkətinə yeni idarə heyəti təyin edəcək

    24 İyul 2026 20:33

    Qanalı vətəndaşlar Cənubi Afrikadakı ksenofob zorakılıqla bağlı BCM-yə müraciət ediblər

    22 İyul 2026 20:52

    Tramp İnfantinonu BMT-nin Baş katibi vəzifəsinə təklif etmək istəyir

    22 İyul 2026 10:36

    2030-cu il dünya çempionatı altı ölkədə keçiriləcək

    20 İyul 2026 10:54

    Dünya Kuboku zamanı futbolçular sosial mediada kütləvi hücumlarla üzləşib - FİFA

    18 İyul 2026 19:27

    ABŞ millisinin futbolçusu Folarin Baloqun Dünya Çempionatında siyasi müzakirələrin mərkəzinə düşüb

    6 İyul 2026 22:47

    ABŞ-da Dünya Çempionatı zamanı 600-dən çox pilotsuz uçuş aparatı müsadirə edilib

    6 İyul 2026 21:54
    XƏBƏR LENTİ

    Bu gün “Mona Liza”nın oğurlanması üzə çıxdı

    Qəzzanın milyardlıq büdcəsini kim idarə edəcək?

    Kəbənin yerləşdiyi müqəddəs Məkkənin tarixi, coğrafiyası və dini əhəmiyyəti

    Tarixdə bu gün – 22 Avqust

    Tramp bal zalını “hərbi mərkəz” adlandırır - Layihənin 65 faizi tamamlanıb

    Lula Trampa xəbərdarlıq edib - Tariflər hər iki iqtisadiyyata zərər verəcək

    ABŞ-nin İrana qarşı iqtisadi təzyiq siyasəti uğursuzluğa məhkumdur - Abbas Əraqçi

    Hərbi təchizat zəncirimiz fəaliyyətini davam etdirir - İran

    NATO ölkələri Hörmüz boğazı üçün planları müzakirə edib

    İran və Oman Hörmüz boğazı üzrə danışıqların bərpasını müzakirə edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.