Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Arab+ / ArabSport
    ArabSport

    Dünya Çempionatında Portuqaliyanı çalışdırmaq mənim taleyimdir - Mourinho

    19 Avqust 2025 17:25
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Dünya Çempionatında Portuqaliyanı çalışdırmaq mənim taleyimdir - Mourinho
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Fərid Mikayılov

    Hazırda Fənərbaxçanı çalışdıran məşhur portuqaliyalı mütəxəssis Joze Mourinyo milli komanda ilə bağlı iddialı açıqlama verib.

    AzerVoice xəbər verir ki, təcrübəli məşqçi, Dünya Çempionatında Portuqaliya yığmasının sükanı arxasında dayanmağın onun taleyi olduğunu bildirib.

    “2004-cü ildən bəri Portuqaliyadan kənardayam və hesab edirəm ki, vətənim mənim başqa bir milli komandanı çalışdırmağımı qəbul etməz. Mənim taleyim Portuqaliya ilə Dünya Çempionatında iştirak etməkdir. İlk təcrübəm öz millimlə olmalıdır. Sonrasında isə peşəkarlıq baxımından digər komandaları da çalışdıra bilərəm, amma yalnız mənə bağlılıq hissi yaratdığı ölkələri – Braziliya, İngiltərə və İtaliya kimi. Amma birinci milli təcrübəm mütləq Portuqaliya ilə olacaq”- deyə o bildirib.

    Xatırladaq ki, hazırda Portuqaliyanın baş məşqçisi Roberto Martinesdir və o, komandanı bu yay Millətlər Liqasında qələbəyə daşıyıb. Lakin mediada Martinesin postunu Mourinyoya təhvil verə biləcəyi barədə ehtimallar gündəmdədir. Portuqaliya sentyabrda 2026-cı il Dünya Çempionatının seçmə mərhələsində Ermənistan və Macarıstana qarşı oyunlara çıxacaq.

    Digər tərəfdən, Mourinyo hələlik klub karyerasını davam etdirir. Onun rəhbərlik etdiyi Fənərbaxça hazırda Çempionlar Liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparır.

    #FİFA #İtaliya #İngiltərə #Braziliya #Portuqaliya #Fənərbağça #UEFA Millətlər Liqası #Joze Mourinyo #2026 Dünya Çempionatı seçmə mərhələ #Türkiyə Super Liqası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Lula Trampa xəbərdarlıq edib - Tariflər hər iki iqtisadiyyata zərər verəcək

    21 Avqust 2026 22:06

    Qapısında 15 qol görən Misir yığmasında istefa: Məhəmməd Kamalın səlahiyyətinə son qoyuldu

    19 Avqust 2026 12:09

    Martinelli "Qalatasaray"ı rədd etdi

    15 Avqust 2026 13:16

    Meydana çıxmayacaq, amma rəsmən heyətdədir - Ronaldinyodan sürpriz addım

    13 Avqust 2026 10:57

    İngiltərə və Uelsdə məhkəmələrə “Meta” eynəkləri ilə giriş qadağan edildi

    12 Avqust 2026 16:33

    “Fənərbağça” Lukakunu heyətinə qatır

    11 Avqust 2026 14:09

    İnfantinonun vəzifədən uzaqlaşdırılması “dəhşətli səhv” olar - Tramp

    11 Avqust 2026 10:45

    “İnter Mayami” Neymarı transfer etmək istəyir

    10 Avqust 2026 11:18

    İtaliya XİN başçısı İranı Hörmüz boğazı üzrə dialoqu davam etdirməyə çağırıb

    5 Avqust 2026 19:03

    Salahın "Trabzonspor" transferi Türkiyə turizminə necə təsir edəcək?

    5 Avqust 2026 16:01

    İtaliyanın bütün iri şəhərlərində ən yüksək istilik xəbərdarlığı elan edilib

    4 Avqust 2026 20:02

    "Liverpul" Qakponu satmaq niyyətində deyil

    3 Avqust 2026 16:03
    XƏBƏR LENTİ

    Diplomatik dönüşlər və hərbi toqquşmalar -26 avqustda ərəb dövlətlərində nə baş verdi?

    Tarixdə bu gün – 26 Avqust

    "Sabah" Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazandı

    İran və Qətər bölgədə gərginliyin azaldılması yollarını müzakirə edib

    Suriya İsrail qüvvələrinin ölkə ərazisindən tam çıxmasını tələb edib

    Səudiyyə Yəməndə mina təmizləmə əməliyyatları aparır - 1 836 partlayıcı zərərsizləşdirildi

    ABŞ–Kanada ticarət qarşıdurması kəskinləşir - Kanada dolları bahalaşıb

    Anthropic 30 trilyon dollarlıq bazar hesablamasını nəyə əsaslandırır?

    İrana qarşı birtərəfli məhdudiyyətləri qanuni hesab etmirik - Çin

    Aleksandr Lukaşenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.