İrlandiya–Qətər futbol oyunu zamanı Fələstinə dəstək məqsədilə keçirilən etiraz aksiyası qarşılaşmanın gedişinə təsir göstərib. Etirazçılar meydana Fələstin bayrağı təsvir edilmiş tennis topları atıb, tribunada isə müharibəyə etiraz məzmunlu bannerlər nümayiş etdiriblər. İrlandiya millisinin baş məşqçisi Heymir Hallqrimsson hər kəsin etiraz hüququna malik olduğunu desə də, aksiyanın oyunun axarına mənfi təsir göstərdiyini bildirib. Hadisə idman və siyasi etirazlar arasındakı sərhədlərlə bağlı müzakirələri yenidən gündəmə gətirib.
#UEFA Millətlər Liqası
Ronaldo milli səviyyədə Avropa çempionluğu və iki UEFA Millətlər Liqası qazanmasına baxmayaraq, Dünya Kuboku hələ də onun karyerasında yeganə çatışmayan uğur olaraq qalır. ABŞ, Kanada və Meksikada keçiriləcək 2026 Dünya Çempionatı, Portuqaliyanın "qızıl nəsil"i ilə birlikdə bu boşluğu doldurmaq üçün ən böyük şans kimi görülür.
Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən "Qarabağ" Futbol Klubunun növbəti matçı ilə əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək. Bildirilib ki, Oktyabrın 1-də "Gənclik" stansiyasının yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçla əlaqədar paytaxtımızda təşkil edilən kütləvi tədbirlər və Bakı metropoliteninin əməliyyat planına uyğun olaraq, gücləndirilmiş iş rejimi tətbiq olunacaq.
Porto rəhbərliyi Qalatasarayın təklifini oyunçunun real dəyərindən çox aşağı hesab edərək danışıqlar aparmaqdan imtina edib. Yeni baş məşqçi Françesko Fariolinin komandasında əsas fiqur olan Kostanın satılması gündəmdə deyil.
Hazırda Fənərbaxçanı çalışdıran məşhur portuqaliyalı mütəxəssis Joze Mourinyo milli komanda ilə bağlı iddialı açıqlama verib.
Trendyol Super Liqasında 2025–2026 mövsümünə səfərdə Göztəpə oyunu ilə başlayacaq Fenerbahçe, mövsüm öncəsi ümumilikdə 8 qarşılaşma keçirdi. Fənərlilər bu müddət ərzində 6 yoxlama oyunu, 2 isə rəsmi matç oynadı. İlk oyununu Fenerbahçe Can Bartu Təlim Mərkəzində Karagümrüklə keçirən komanda, bu görüşdən 2:2 bərabərliklə ayrıldı. Bu oyundan sonra Portuqaliyaya təlim-məşq toplanışına yollanan Fenerbahçe burada da 4 yoxlama matçında iştirak etdi.
Fenerbahçe, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda Hollandiyanın Feyenoord komandasını Kadıköy stadionunda qəbul edəcək. Avropada 49-cu mövsümünü keçirən Fenerbahçe, son illərdə öz meydanında Avropa komandalarına qarşı üstünlük əldə etməyi bacarıb. Son 3 mövsümdə Avropa turnirlərində qrup mərhələsini keçən İstanbul təmsilçisi, bu dövrdə bir dəfə 1/4 finalda, iki dəfə isə 1/8 finalda mübarizə aparıb.
1998-ci ilin dünya və 2000-ci ilin Avropa çempionu Zinəddin Zidan 2026-cı il dünya çempionatından sonra Fransa millisinin baş məşqçisi olacaq. Bu barədə “Defensa Central” portalı məlumat yayıb.
İspaniya milli komandasının kapitanı və Qalatasarayın hücumçusu Alvaro Morata və ailəsini ölüm təhdidi ilə hədələyən 19 yaşlı ispan gənc polis tərəfindən həbs edilib