BAKI,VOA Orxan Qədirzadə
Misir millisinin və İngiltərənin "Liverpul" klubunun ulduz futbolçusu Məhəmməd Salahın "Trabzonspor"a transferi idmanla yanaşı, iqtisadi və turizm baxımından da mühüm nəticələr doğura bilər.
Türk ekspertlərin fikrincə Salahın "Trabzonspor"a gəlişi təkcə futbol transferi kimi qiymətləndirilməməlidir.
Onların sözlərinə görə, Salah dünyanın ən tanınmış müsəlman futbolçularından biri hesab olunur və bu transfer Qara dəniz bölgəsinə, xüsusilə ərəb turistlərin üstünlük verdiyi Trabzona turist axınını əhəmiyyətli dərəcədə artıra bilər.
Ekspertlər hesab edir ki, transfer bölgənin turizm sektoruna ciddi iqtisadi töhfə verəcək və ərəb turistlərin sayının ən azı iki dəfə artmasına səbəb ola bilər.
Həmçinin qeyd edilib ki, Məhəmməd Salah Türkiyə çempionatında da uğurlu çıxış edəcək səviyyədə futbolçudur və bu transferin "Trabzonspor" üçün faydalı olacaq.