Amerikalı aktyor və müğənni Cəfər Cekson "Versace" brendinin geyimində "GQ Middle East" jurnalının sentyabr buraxılışının üz qabığında yer alıb. Cermeyn Ceksonun 30 yaşlı oğlu amerikalı kinorejissor Antuan Fukuanın çəkdiyi və mərhum müğənniyə həsr olunmuş "Maykl" (Michael) bioqrafik filmində baş rolu canlandırıb. Film ABŞ premyerasından iki gün əvvəl - 22 aprel tarixində Səudiyyə Ərəbistanı kinoteatrlarında nümayişə girib və iyul ayında kassa gəlirləri üzrə 1 milyard dollar həddini keçib.
Üz qabığı çəkilişi üçün o, qırmızı yaxalıqlı uzun qara "Versace" paltosu, zolaqlı qara kostyum, ağ köynək və naxışlı qalstuk geyinib.
Müsahibəsində Cekson bu rola hazırlaşarkən arxiv görüntülərini və əmisinin gündəliklərini dərindən araşdırdığını bildirib.
O, ailəsinin şöhrətini ilk dəfə beş yaşında olarkən "Madison Square Garden" arenasında "Jackson 5" qrupunun yenidən birləşməsini izləyərkən anladığını qeyd edib.
Aktyor bu təcrübənin onun şəxsi musiqi iddialarına son qoyduğunu deyib: "Mən bir sənətçi kimi səhnədə yaşaya biləcəyim ən möhtəşəm hissləri Maykl olaraq yaşadım. Bunu Cəfər kimi etmək sadəcə qəribə görünərdi", - deyə o jurnala bildirib.
O, bundan sonra Daniel Dey-Lyuis, Leonardo DiKaprio və Xoakin Feniksi misal çəkərək tamamilə "dəyişməyi və çevrilməyi" tələb edən rollarda oynamaq istədiyini vurğulayıb.
Ceksonun "Lionsgate" şirkətinin hazırlıq mərhələsində olan "Maykl 2" (Michael 2) sikvelində yenidən eyni rola qayıdacağı gözlənilir.
View this post on Instagram
A post shared by GQ Middle East (@gqmiddleeast)
#Versace #Cəfər Cekson #musiqi karyerası #Amerikalı aktyor #Amerikalı aktyor və müğənni #GQ Middle East #Madison Square Garden #Daniel Dey-Lyuis #Cəfər Cekson GQ Middle East sentyabr #Maykl filmi kassa gəliri 1 milyard dollar #Cermeyn Ceksonun oğlu Cəfər Cekson #Antuan Fukua Maykl bioqrafik filmi #Jaafar Jackson GQ Middle East September cover #Jaafar Jackson Versace coat styling #Jaafar Jackson stuns in Versace for GQ Middle East September cover featureOxşar Xəbərər
© 2026 Azervoice.