Suriyada baş verən son hadisələr fonunda terror təşkilatları PYD/YPG-nin (PKK terror təşkilatının Suriya qolu) nəzarətində formalaşdırılmış “Suriya Demokratik Qüvvələri”nin (SDQ) gələcəyi ilə bağlı ciddi fikir ayrılıqları müşahidə olunur. Müzakirələrdə yaşanan proseslər ya regional və beynəlxalq güc balansının dəyişməsi nəticəsində yaranmış siyasi geriləmə, ya da yeni razılaşmalar ərəfəsində məcburi yenidən mövqelənmə kimi qiymətləndirilir.
VOA analitika: Geosiyasi təhlillər
Son həftələrdə İranın müxtəlif şəhərlərində yenidən alovlanan etirazlar müşahidəçilər arasında tanış bir sualı gündəmə gətirib: İslam Respublikasının süqutu yaxınlaşırmı? Qiymət artımı, milli valyutanın dəyərdən düşməsi, işçi tətilləri və dini hakimiyyətə qarşı açıq meydan oxumalar əslində əksər rejimləri sarsıda biləcək səviyyədədir. Lakin "Nüvə İrana Qarşı Birləşmiş Şəxslər" təşkilatının baş məsləhətçisi və siyasi elmlər üzrə professor Səid Qolkarın "Foreign Policy"də dərc olunan məqaləsinə görə, İrandakı kütləvi etiraz dalğaları hələ də siyasi parçalanmaya çevrilməyib. Problemin mahiyyəti geniş müxalifətin olmamasında deyil; məsələ İrandakı hakimiyyət sisteminin elə başlanğıcdan məhz bu cür böhranlara qarşı davamlı qurulmasındadır.
Mən Suriyadakı son proseslərin və baş verənlərin geosiyasi analizini aparmaq, pərdəarxası məqamları açmaq və Türkiyənin bu mərhələdəki rolundan bəhs etmək niyyətində idim. Lakin Suriyanın rifah dövrünə, vətəndaş müharibəsinə, inqilab günlərinə şahidlik etmiş, milyonlarla suriyalı ərəb, türkmən və kürd qaçqının yaşadığı ağrı-acını dinləmiş bir insan kimi hiss etdim ki, məsələyə fərqli bucaqdan baxmalıyam.
Zahirən elə görünürdü ki, "Suriya Demokratik Qüvvələri"nin (SDQ/ PKK terror təşkilatının Suriya qolu) nüfuzunun süqutu cəmi bir neçə gün ərzində Şimali və Şərqi Suriyada güc balansını dəyişən sürətli hərbi əməliyyatın nəticəsidir. Lakin yerdə baş verənlər, əslində ölkədəki nüfuz xəritəsini yenidən formalaşdıran, diqqətdən kənarda, bir sıra məxfi görüşlər və gizli razılaşmalar vasitəsilə qurulan mürəkkəb siyasi və diplomatik yolun son halqası idi.
ABŞ və İran arasında etiraz aksiyalarını yatırmaq üçün həyata keçirilən təhlükəsizlik əməliyyatları fonunda gərginliyin artmasından sonra analitiklər xəbərdarlıq edirlər ki, İranda hakimiyyəti sarsıdan daxili iğtişaşlar nüvə silahlarının yayılması ilə bağlı risklər daşıya bilər. "Associated Press" agentliyinin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp son günlərdə İrana hərbi zərbə endirməkdən çəkilmiş kimi görünsə də, şənbə günü ölkədə Ali Rəhbər Əli Xameneinin təxminən qırx illik hakimiyyətinə son qoymağa çağırıb.
Suriyanın devrilmiş prezidenti Bəşər əl-Əsədin əmisi, ölkənin keçmiş idarəetmə sisteminin ən tanınmış simalarından biri olan Rifət əl-Əsəd 88 yaşında vəfat edib. Çərşənbə günü xəbər agentliklərinin yaydığı məlumata görə, onun siyasi və təhlükəsizlik fəaliyyəti 1982-ci il Həma hadisələri zamanı kütləvi qətllər və işgəncələrdə birbaşa məsuliyyət daşıması ilə yadda qalıb.
Suriyanın şərqində – Rakka, Deyr əz-Zor və Həsəkə xəttində baş verən son hadisələr bir daha göstərdi ki, bölgədə silahlı gücdən daha vacib olan faktor sosial legitimlik və yerli dayaqlardır. Suriya Ordusunun YPG/SDG-yə qarşı apardığı əməliyyatların qısa müddətdə nəticə verməsinin əsas səbəbi məhz Ərəb qəbilələrinin açıq şəkildə Dəməşqin yanında yer alması oldu. Bu proses təkcə hərbi əməliyyat kimi deyil, regional siyasi düzənin yenidən formalaşması baxımından oxunmalıdır.
Ortaq Tarix və Vahid Kimlik Suriyada ərəblər və kürdlər arasındakı inteqrasiya köklü və dərindir. Bu, 1260-cı ildə monqollara qarşı qazanılan Eyn Calut zəfərində olduğu kimi, eyni məqsəd uğrunda birləşən xalqların tarixidir. Bu tarix elə bir toxumadır ki, orada ərəbi digərindən ayırmaq qeyri-mümkündür. Suriya və İraq torpaqlarında 15-dən çox sivilizasiya yaşamış və bu gün mövcud olan sarsılmaz milli birliyi formalaşdırmışdır.
Tarix boyu Rusiya imperiyası, Sovet İttifaqı və müasir Rusiya Federasiyası müxtəlif dövrlərdə onlarla xalqa, dövlətdə və etnik qrupa qarşı həyata keçirdiyi zorakılıqlar, hərbi müdaxilələr və insanlıq əleyhinə cinayətlərlə yadda qalıb. Qafqazda etnik təmizləmələrdən tutmuş Şərqi Avropada işğallara, Orta Asiyada zorla köçürmələrdən tutmuş Yaxın Şərqdə qanlı müdaxilələrə qədər uzanan bu tarix, təkcə siyasi məqsədlərlə deyil, həm də imperiya zehniyyətinin davamı olaraq həyata keçirilib.
Hələb vilayətinin şərqində yerləşən Tel Həfər və Məskənə bölgələrində, eləcə də Fəratın şərqində baş verən son hadisələr, ondan əvvəl isə cari ilin yanvarın əvvəlində Suriya hökuməti ilə “Suriya Demokratik Qüvvələri” (SDQ/PKK terror təşkilatının Suriya qolu) arasında Hələbdə Şeyx Məqsud və Əl-Əşrəfiyyə məhəllələri uğrunda gedən döyüş, iki tərəf arasında danışıqlar yolunun taleyi ilə bağlı narahatlıq və sualları artırır. Sözügedən danışıqlar xətti Suriya Prezidenti Əhməd əş-Şaraa və “Suriya Demokratik Qüvvələri”nin (SDQ) komandanı Məzlum Abdi arasında 10 mart tarixli razılaşmanın imzalanması ilə başlamışdı. Lakin bu razılaşmanın icrası istiqamətində real irəliləyiş əldə edilməyib.
Suriya Demokratik Qüvvələrinin dövlət institutlarına inteqrasiyasını və atəşkəsin qüvvəyə minməsini nəzərdə tutan razılaşmanın elan olunmasından sonra Dəməşq regional və beynəlxalq miqyasda intensiv diplomatik fəallıqla xarakterizə olunan yeni siyasi və təhlükəsizlik mərhələsinə daxil olub. Suriya Prezidenti Əhməd əş-Şəraa razılaşmanın nəticələrini möhkəmləndirmək, tərəfdaşları arxayın etmək və dövlətin bütün Suriya ərazisində suverenliyinin bərpası prosesinə siyasi dəstəyi genişləndirmək məqsədilə region və dünya liderləri ilə bir sıra telefon danışıqları aparıb.
Donald Trampın təxminən bir il əvvəl yenidən Ağ Evə qayıdışından sonra ABŞ-də siyasi həyatın ənənələrinə zidd olan, konstitusion institutlara meydan oxuyan qərar və addımların sürətli artımı müşahidə olunur. Onun “Amerika əvvəl” şüarı getdikcə “Mən və Amerika əvvəl” anlayışına çevrilib.