"Rəhbər" seçilməsi üçün müəyyən edilmiş dəqiq bir vaxt məhdudiyyəti olmasa da, boşluğu sevməyən İran rəhbərliyi sürətlə "Müvəqqəti Rəhbərlik Şurası"nı formalaşdırdı. İran konstitusiyasına görə, yeni rəhbər seçilənə qədər ölkəni idarə etmək tapşırılan bu şuraya Prezident Məsud Pezeşkian, Məhkəmə Hakimiyyətinin rəhbəri Qulam Hüseyn Möhsüni-Ejei və dini elmi mərkəzlərin rəhbəri Əli Rza Ərafi daxildir. Milli Təhlükəsizlik Ali Şurasının baş katibi Əli Laricani isə nəzarətçi rolunu icra edir.
VOA analitika: Geosiyasi təhlillər
İran özünü müqavimət oxu hesab etdiyi üçün Xameneidən sonrakı mərhələnin təsirləri onun coğrafi hüdudlarını aşaraq bütün Yaxın Şərq regionuna nüfuz edir. Bu məqamın həssaslığını anlamaq üçün Xameneinin son otuz altı il ərzində formalaşdırdığı, prioriteti inkişaf deyil, müharibə olan sistemin mahiyyətinə qayıtmaq lazımdır. O, bu sistemi iki əsas sütun üzərində qurmuşdu: proksi (vəkil) milislər vasitəsilə regional genişlənmə və daxili repressiya.
İranın ali rəhbəri Əli Xameneyinin tərəfdarları ilə İraq və ABŞ-ın maraqları arasında gərgin keçən İraq gecəsindən (bazar günü - bazar ertəsi gecəsi) sonra tərəflər şoku geridə qoyaraq qisas naminə atılan addımları bir qədər səngidiblər. Bazar ertəsinin gəlişi ilə belə görünür ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqələr bərpa olunana qədər "fraksiyaların reallığına" qayıtmaq və hamısı əlçatan olmaya biləcək "hədəflər bankı"nı daxil edən potensial uzunmüddətli müharibə planı hazırlamaq qərarı verilib.
Bu adam — yəhudi mediasının təsvir etdiyi kimi "kəşfiyyat elementi" — cibindən telefonunu çıxarır, dəyişən dünyanın ən qiymətli görüntülərindən birini, Xameneyinin cəsədinin dağıntılar altından çıxarılmasını lentə alır. Görüntülər əvvəlcə İsrailin Baş naziri Netanyahuya, sonra isə ABŞ Prezidenti Trampa çatır. Birincisi xəbəri "yüksək rütbəli mənbə" vasitəsilə sızdırır, ikincisi isə Xameneyinin öldüyünü, gələcəyin İran xalqına və sülhə məxsus olduğunu elan edir.
İndoneziya ordusunun Qəzzadakı "Sülh Şurası" layihəsində iştirakı tərəfdarlar və əleyhdarlar arasında kəskin mübahisələrə səbəb olub. Son 70 ildə İndoneziya BMT-nin sülhməramlı missiyaları çərçivəsində Afrika, Asiya və Avropanın münaqişə zonalarına qoşun göndərsə də, Qəzza missiyasının xarakteri və riskləri tamamilə fərqlidir. Qeyd edək ki, İndoneziya ordusu indiyədək göstərdiyi fəaliyyətlərə görə böyük təqdirlər alsa da, bəzi əməkdaşları qaçırılmış, bəziləri isə öldürülmüşdür.
Meksika'nın Tapalpa dağlarında El Mencho ləqəbli Nemesio Oseguera Servantesin öldürülməsi ilə nəticələnən əməliyyat, sadəcə bir cinayətkarın sonu deyil, həm də dövlət-mafiya münasibətlərinin sosioloji və siyasi təhlili üçün bir dönüş nöqtəsidir. Professor Doktor Behçet Yanözkara tərəfindən aparılan və 1000 nəfərlik məlumat bazasına əsaslanan tədqiqat, Meksika cəmiyyətinin bu qanlı struktura baxışını rəqəmlərlə ortaya qoyur.
Meksika xüsusi xidmət orqanlarının həyata keçirdiyi genişmiqyaslı əməliyyat nəticəsində dünyanın ən təhlükəli narkobaronu Nemesio Oseguera Servantes öldürülüb. On ildən artıqdır ki, beynəlxalq axtarışda olan və "Halisko Yeni Nəsil" (CJNG) kartelinin qurucusu, "El Mencho" ləqəbli Nemesio Oseguera Servantes 22 fevral 2026-cı il tarixinə keçən gecə Meksikanın Tapalpa dağlarında keçirilən qanlı əməliyyat zamanı məhv edilib. Meksika təhlükəsizlik qüvvələrinin məlumatına görə, əməliyyat "El Mencho"nun böyrək çatışmazlığından müalicə aldığı gizli dağ xəstəxanasında, sevgilisinin vasitəsilə qurulan kəşfiyyat tələsi nəticəsində baş tutub. Toqquşmalar zamanı ağır yaralanan 60 yaşlı narkobaron helikopterlə təxliyə edilərkən yolda keçinib.
Pakistan və Əfqanıstan arasında gecə saatlarında başlayan birbaşa toqquşmalar və sərhədyanı döyüşlər iki qonşu ölkə arasındakı gərginliyi pik həddə çatdırıb. Hər iki tərəfdən itkilərin olduğu bildirilir, Pakistan rəsmiləri isə mövcud vəziyyəti "açıq müharibə" kimi xarakterizə edirlər. Londonun Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) məlumatlarına əsaslanan və "Reuters" agentliyi tərəfindən yayılan bu müqayisə, Pakistanın həm arsenal, həm də canlı qüvvə baxımından Əfqanıstan üzərində mütləq hərbi üstünlüyünü nümayiş etdirir:
Dünya narkotik ticarəti ilə mübarizə pərdəsi arxasında nadir torpaq elementləri və litium yataqları uğrunda gedən amansız rəqabətin şahidi olur. ABŞ-ın Meksika hökumətinə verdiyi son ultimatum — "limanları ya siz bağlayın, ya da biz bağlayacağıq" xəbərdarlığı, Vaşinqtonun qlobal ticarət maraqlarını qorumaq üçün hərbi və siyasi təzyiq rıçaqlarını işə saldığını göstərir. Bu gərginliyin mərkəzində isə təkcə narkotik daşınması deyil, Meksikanın strateji limanlarına və kritik mineral yataqlarına nəzarət edən "Xalisko Yeni Nəsil" (CJNG) karteli dayanır.
Köhnə qitə siyasi iflic, innovasiya böhranı və demoqrafik çöküşün məngənəsində öz qlobal təsirini itirir. Avropa Mərkəzi Bankının keçmiş rəhbəri Mario Draqinin "Avropa can çəkişərək ölür" xəbərdarlığı, qitənin sadəcə iqtisadi deyil, həm də sivilizasiya olaraq geri çəkildiyini təsdiqləyir. Draqinin hesabatı göstərir ki, Avropa rəqəmsal inqilabı və süni intellekt qatarını qaçırıb, daxili bürokratiya isə yenilikçi ideyaları hələ doğulmadan boğur.
Hindistanın Baş naziri Narendra Modi İsrailə iki günlük tarixi səfərini cümə axşamı günü yekunlaşdırıb. Səfər ümumi dəyəri 10 milyard dollar qiymətləndirilən strateji əməkdaşlıq sazişlərinin imzalanması ilə yadda qalıb. Bununla belə, İsrail parlamentinin (Knesset) qonağa təqdim etdiyi və "tarixi, misilsiz təltif" kimi qələmə verilən "Knesset medalı"nın həqiqiliyi və dəyəri ətrafında yaranan şübhələr İsrail daxilində ciddi müzakirələrə yol açıb.
ABŞ-ın təhlükəsizlik siyasətində yeni mərhələnin başlandığı bildirilir. Vaşinqtonun prioritetləri artıq qlobal müdaxilələrdən daha çox milli təhlükəsizlik və strateji rəqabətə yönəlir. ABŞ-da son dövrdə formalaşan yanaşmaya əsasən, “demokratiya ixracı”, “dövlət quruculuğu” və qlobal miqyasda təhlükəsizlik təminatı kimi əvvəlki onilliklərin siyasəti arxa plana keçir. Yeni doktrina “Amerika hər şeydən əvvəl” prinsipinə əsaslanır və dünya nizamını sərt güc balansı prizmasından qiymətləndirir.