Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA analitika: Geosiyasi təhlillər
    VOA analitika: Geosiyasi təhlillər

    Trampın hədələri reallaşarsa - İranın hədəfdə olan strateji infrastrukturu hansılardır?

    7 Aprel 2026 15:11
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Trampın hədələri reallaşarsa - İranın hədəfdə olan strateji infrastrukturu hansılardır?
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Orxan Qədirzadə

    ABŞ Prezidenti Donald Trampın İrana qarşı müəyyən etdiyi müddətin başa çatmasına saatlar qalmış, Vaşinqtonun hədəf seçə biləcəyi strateji infrastruktur obyektlərinin xəritəsi məlum olub.

    ABŞ-ın hədəf siyahısında ənənəvi hərbi obyektlərlə yanaşı, ölkənin enerji və nəqliyyat sisteminin onurğa sütununu təşkil edən mülki infrastrukturun da yer alacağı gözlənilir. Bu hədəflər arasında elektrik stansiyaları və strateji körpülər xüsusi çəkiyə malikdir. Bu obyektlərin sıradan çıxarılması milyonlarla iranlının gündəlik həyatını iflic etmək və dövlətin iqtisadi dayaqlarını sarsıtmaq məqsədi daşıyır.

    Enerji sektoru: Elektrik stansiyaları

    İranın elektrik şəbəkəsi iri şəhərlərin və sənaye zonalarının qidalandırılmasında həlledici rol oynayan bir neçə nəhəng stansiyadan asılıdır:

    Dəmavənd stansiyası - Tehranın şərqində yerləşən bu obyekt ölkənin ən böyük elektrik stansiyalarından biridir və paytaxtın əsas enerji mənbəyidir.

    Şəhid Rəcai stansiyası - Qəzvin vilayətində yerləşən bu stansiya ölkənin mərkəzini qərb regionları ilə birləşdirən enerji qovşağıdır.

    Neka stansiyası - Mazandaran vilayətində, Xəzər dənizi sahilində yerləşən bu müəssisə şimal bölgələrinin enerji sabitliyini təmin edir.

    Buşəhr Atom Elektrik Stansiyası - Ölkənin cənubunda yerləşən yeganə nüvə enerji obyekti olması səbəbindən həm strateji, həm də geosiyasi baxımdan ən həssas hədəf hesab olunur.

    Nəqliyyat sektoru: Strateji körpülər

    İkinci əsas hədəf qrupu ölkə daxilində yük və insan daşımalarını təmin edən nəqliyyat qovşaqlarıdır.

    Tehran-Kərəc bağlantısı Paytaxtı şimal-qərb bölgələri ilə birləşdirən körpülər ticarət dövriyyəsinin əsas arteriyasıdır.

    Şimal dəhlizi: Paytaxtı Xəzər sahili ilə birləşdirən dağlıq keçidlərdəki körpülər strateji təchizat zəncirinin bir hissəsidir.

    Qərb və cənub yolları - Sənaye zonalarına və sərhəd bölgələrinə gedən magistrallardakı körpülər iqtisadiyyatın fəaliyyəti üçün kritik əhəmiyyət kəsb edir.

    Ekspertlərin fikrincə, bu infrastrukturun hədəf alınması təkcə enerji kəsintilərinə deyil, həm də su təchizatı, rabitə və sənaye istehsalının tamamilə dayanmasına səbəb ola bilər.

    #Trampın İrana qarşı infrastruktur hədələri 2026 #İranın ən böyük elektrik stansiyaları və enerji şəbəkəsi #Buşəhr Atom Elektrik Stansiyası strateji əhəmiyyəti #Tehranın enerji təminatı və Dəmavənd stansiyası #İranın nəqliyyat dəhlizləri və strateji körpülər #ABŞ-İran gərginliyində hədəf alınan mülki infrastruktur #Şəhid Rəcai stansiyası və sənaye enerji təchizatı #İranın şimal bölgələrinin elektrik təminatı və Neka #İran iqtisadiyyatına qarşı enerji müharibəsi ssenariləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İraq ABŞ və İran arasında necə siyasət yürüdür?

    31 İyul 2026 09:00

    Almaniya gəncləri yenidən kazarmaya çağırır - Məcburi hərbi xidmət niyə narahatlıq yaradıb?

    31 İyul 2026 06:00

    TPAO-nun Kərkük addımı: Türkiyənin enerji xəritəsində mövqeyi güclənir

    30 İyul 2026 14:21

    Kamera önündəki tərəddüd: “İnkişaf Yolu”-nun arxasındakı nüfuz döyüşü və Bakı-Ankara-Bağdad oxu

    30 İyul 2026 14:06

    Avropanın xristian irsi və İslamın artan görünürlüğü: əsas problem nədir?

    30 İyul 2026 09:00

    Afrika Buynuzunda yeni dinamika - Somali sabitlik və inkişaf üçün mübarizə aparır

    30 İyul 2026 06:00

    Şəraanın regional mesajları: İsrail, Livan və İraqla bağlı açıqlamalar necə qiymətləndirilir?

    29 İyul 2026 09:00

    Qətəri nə qlobal sülh vasitəçisinə çevirdi? - Pulu yoxsa diplomatik əlaqələri?

    28 İyul 2026 09:00

    Türkiyə və Səudiyyə Ərəbistanı yeni ticarət dəhlizində önə çıxır – İsrail marşrutu zəifləyir

    27 İyul 2026 11:40

    Əs-Sistani sonrası Nəcəf Hövzəsini gözləyən tarixi sınaq

    26 İyul 2026 18:56

    İslam sivilizasiyası Qərb təhsil sisteminə necə yol açdı?

    26 İyul 2026 09:00

    Tramp onu hər gün oxuyur... Dünyanın ən məxfi qəzetində nələr var?

    25 İyul 2026 09:00
    XƏBƏR LENTİ

    ABŞ-də F-35B qırıcı təyyarəsi qəzaya uğradı, pilot xilas oldu

    Tarixdə bu gün - 1 Avqust

    BMT Baş katibi HƏMAS-la bağlı razılaşmanı müsbət qiymətləndirib

    Ağ Ev FIFA Dünya Çempionatı ilə bağlı təhlükəsizlik nəticələrini açıqlayıb

    Perunun yeni xarici işlər naziri ABŞ ilə münasibətlərin gücləndiriləcəyini bildirib

    İsrailin pilotsuz uçuş aparatının zərbəsi nəticəsində Deyr əl-Bələhdə bir neçə nəfər yaralanıb

    Hörmüz boğazı açıqdır, İran ona nəzarət etmir - ABŞ

    NXP şirkəti Ambarella-nı satın almaq üçün danışıqlar aparır

    İranın aktivlərini bütün dünyada axtarırıq - Skott Bessent

    Netanyahunun siyasəti İsraildə yenidən tənqid hədəfinə çevrilib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.