Trampın bu paylaşımı Çin səfərindən qayıtdıqdan dərhal sonraya təsadüf edir. Hazırda dünya Vaşinqtonun fevralın 28-də İsrail ilə birlikdə İrana qarşı başlatdığı müharibədə növbəti addımının nə olacağını maraqla gözləyir. ABŞ mediası Trampın Pekin səfəri zamanı "heç bir nəzərəçarpan irəliləyiş" əldə edə bilmədiyini yazsa da, prezident çinli həmkarı Si Cinpinin Tehranın Hörmüz boğazını yenidən açmalı olduğu fikri ilə razılaşdığını bildirib. Lakin Çin tərəfi bu məsələyə müdaxilə edəcəyinə dair hələlik heç bir rəsmi işarə verməyib.
VOA analitika: Geosiyasi təhlillər
Qlobal maliyyə sistemində son illər müşahidə olunan dəyişikliklər beynəlxalq iqtisadi münasibətlərdə yeni mərhələnin başlanmasından xəbər verir. Xüsusilə Çin milli valyutası olan yuanın beynəlxalq ehtiyatlarda və ticarət əməliyyatlarında daha geniş istifadə olunması artıq təkcə iqtisadi məsələ deyil, həm də geosiyasi transformasiyanın əlaməti kimi qiymətləndirilir.
ABŞ və Çin rəhbərlərinin İran məsələsinə yanaşmaları bir-birinə yaxın görünmür. Buna baxmayaraq, Prezident Donald Tramp Pekinin iranlıları Hörmüz boğazını yenidən açmağa və ABŞ ilə genişmiqyaslı razılaşmaya gəlməyə razı sala biləcəyinə ümid edir.
ABŞ-ın paytaxtı Vaşinqtonda bu gün Livan və İsrail arasında yeni danışıqlar raundu keçirilir. ABŞ vasitəçiliyi ilə baş tutan görüşlər İsrailin Livana qarşı həyata keçirdiyi genişmiqyaslı hücumlardan cəmi bir gün sonraya təsadüf edir. Son hücumlar nəticəsində azı 22 nəfər, o cümlədən 8 uşaq həyatını itirib. İsrail ordusunun endirdiyi zərbələr Livanın cənubundakı yaşayış məntəqələrini, avtomobilləri və Beyrutla ölkənin cənubunu birləşdirən sahil yolunu hədəfə alıb. Gərginliyin artması ötən ilin aprel ayında ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş atəşkəs razılaşmasına baxmayaraq baş verir. İsrail ordusu bildirib ki, əməliyyatlar zamanı “Hizbullaha məxsus silah anbarları, raket qurğuları və hərbi infrastruktur” vurulub. Buna cavab olaraq Hizbullah İsrail qüvvələrinin Həddəta yaşayış məntəqəsi istiqamətində irəliləməsinin qarşısını aldıqlarını, həmçinin İsrail hərbi mövqelərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiklərini açıqlayıb.
Çinin Afrika ölkələri üçün tətbiq etdiyi “sıfır gömrük” siyasəti qlobal iqtisadiyyatda yeni müzakirələr yaradıb. Pekin 2026-cı il mayın 1-dən etibarən diplomatik münasibətlər saxladığı 53 Afrika ölkəsindən idxal olunan məhsullara tam gömrük rüsumunun ləğvini tətbiq etməyə başlayıb. Yeni qərar Afrika ölkələrinə dünyanın ən böyük bazarlarından birinə rüsumsuz çıxış imkanı versə də, bunun Pekinin qitədə iqtisadi və geosiyasi təsirini daha da gücləndirəcəyi barədə narahatlıqlar da artır.
Keniyanın paytaxtı Nayrobidə keçirilən “Afrika İrəli” sammiti Fransanın Afrikadakı zəifləyən təsirini yenidən formalaşdırmaq cəhdi kimi qiymətləndirilir. Fransa prezidenti Emmanuel Makron və Keniya prezidenti Uilyam Ruto tərəfindən açılışı edilən sammit Fransa-Afrika münasibətlərində yeni mərhələ kimi təqdim olunur. Bu tədbir həm də Fransanın ingilisdilli Afrika ölkəsində təşkil etdiyi ilk böyük Afrika sammiti hesab edilir.
ABŞ prezidenti Donald Trampın Avropa ilə tarixi tərəfdaşlığı yenidən nəzərdən keçirməsi Vaşinqtonun qlobal nüfuzu və təhlükəsizlik strategiyası ilə bağlı ciddi müzakirələrə səbəb olub. Son dövrlərdə ABŞ ilə Almaniya arasında yaranan gərginlik transatlantik münasibətlərdə dərin çatların meydana çıxdığını göstərir. Almaniya kansleri Fridrix Mertsin ABŞ-ın İran siyasətini tənqid etməsindən sonra Donald Tramp sərt cavab verərək əlavə gömrük rüsumları tətbiq edib və Almaniyadan 5 min ABŞ hərbçisinin çıxarılması planını gündəmə gətirib.
İraqda 2003-cü ildən sonra formalaşan siyasi sistemin doqquzuncu hökumətinə rəhbərlik etməyə hazırlaşan Əli əz-Zeydi həm daxili, həm də regional səviyyədə son dərəcə mürəkkəb siyasi balanslarla üz-üzə qalıb.
ABŞ ilə İran arasında davam edən geosiyasi qarşıdurma artıq yalnız hərbi və siyasi müstəvidə deyil, rəqəmsal informasiya məkanında da yeni mərhələyə keçib. Süni intellekt texnologiyalarının sürətli inkişafı Vaşinqton və Tehran arasında aparılan informasiya savaşını daha mürəkkəb və təhlükəli hala gətirib.
Uzun illər davam edən və ölkəni dağıntıya sürükləyən vətəndaş müharibəsindən sonra Suriya yeni mərhələyə daxil olub. Maraqlıdır ki, regionda ABŞ-İsrail-İran qarşıdurmasının kəskinləşdiyi bir dövrdə, əvvəllər müharibənin əsas meydanlarından biri olan bu ölkə indi özünü “təhlükəsiz zona” və strateji keçid dəhlizi kimi təqdim etməyə çalışır.
2024-cü ilin sonunda Suriyada Əsəd rejiminin süqutundan sonra Dəməşq və Vaşinqton arasında baş verənlər sadəcə münasibətlərin yaxşılaşması deyil, onilliklər boyu davam edən modeldən tamamilə fərqli yeni bir mərhələyə kəskin keçid idi. Bu yeni mərhələ artıq nəzarət və sanksiyalar deyil, yeni təşəbbüslər və koordinasiya üzərində qurulub. Lakin bu keçid sürətli olsa da, sabit deyil və tərəflərdən daha geniş olan mürəkkəb faktorların təsiri altında davamlı sınaqdan keçir.
ABŞ, İsrail və İran arasında davam edən qarşıdurmanı sadəcə hərbi zərbələrin ardıcıllığı və ya pərakəndə gərginlik dalğaları kimi xülasə etmək mümkündür, lakin mahiyyət etibarilə bu, regional sistemin strukturunun və onu uzunmüddətli perspektivdə idarə edəcək təhlükəsizlik məntiqinin yenidən müəyyən edilməsi ətrafında gedən dərin bir mübarizədir.