Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi / VOA analitika: Geosiyasi təhlillər
    VOA analitika: Geosiyasi təhlillər

    Azərbaycan İsrail-İran münaqişəsində vasitəçi ola bilərmi?

    18 İyun 2025 14:17
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycan İsrail-İran münaqişəsində vasitəçi ola bilərmi?
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Yaxın Şərq yeni alov içindədir. İsrail və İran arasında alovlanan münaqişə təkcə bu iki ölkəni deyil, bütün regionu təhdid edən ciddi təhlükəyə çevrilib. Hərbi toqquşmaların bir neçə gündür davam etməsinə baxmayaraq, tərəflərin malik olduğu real güc balansı qarşıdurmanın miqyasını daha da böyüdə bilər. Bu qarşıdurma, xüsusilə də İranda yaşayan milyonlarla azərbaycanlının taleyi baxımından narahatedici hal alır. Belə bir gərgin fonda diqqət çəkən əsas suallardan biri də budur: Münaqişənin diplomatik həlli mümkündürmü? Əgər mümkündürsə, burada vasitəçi qismində çıxış edə biləcək ölkələrdən biri məhz Azərbaycan ola bilər. Həm Tehran, həm də Tel-Əvivlə münasibətləri qoruyub saxlayan Bakı üçün bu münaqişənin sülh yolu ilə həlli mühüm əhəmiyyət daşıyır. Bəs, Azərbaycan bu gərginlikdə vasitəçi qismində çıxış edə bilərmi?

    AzerVoice xəbər verir ki, mövzu ilə bağlı Trend BİA-nın baş direktor müavini, “Türk Dünyası” (Turkic.World) media platformasının rəhbəri, siyasi şərhçi Rufiz Hafizoğlu Crossmedia.az-a açıqlama verib.

    “Azərbaycanın İsraillə çox gözəl münasibətləri var. Həmçinin İranla da normal qonşuluq münasibətləri saxlanılır. Amma bu gün yaşanan hadisələrdə İran və İsrailin vasitəçi kimi Azərbaycana müraciət edəcəklərini düşünmürəm. Bunun bir sıra səbəbləri var. Əvvəlcə nəzərə almaq lazımdır ki, bu müharibənin arxitektoru İsrail deyil ABŞ-dir. ABŞ-nin razılığı olmasa heç bir halda İsrail İrana hücum etməz. İsrailin bu məsələdə Azərbaycana müraciət etməsi, Tel-Əvivlə Tehran arasında Bakının vasitəçilik etməsi real görünmür. Çünki buna ehtiyac duymurlar. Bu gün İranda olan rejimin Azərbaycanla normal münasibətlərinin olması birbaşa Azərbaycanın balanslı xarici siyasəti ilə bağlıdır. Ancaq İranın hərbi kəşfiyyat elitası heç bir halda Azərbaycanla normal siyasi müstəvidə danışmaq istəmirlər. Bu baxımdan Tehranın da bu məsələ ilə bağlı Bakıya müraciət etməsi inandırıcı görünmür. Azərbaycan heç şübhəsiz bir çox məsələlərdə vasitəçi kimi çıxış edə bilər. Biz bunu ölkə prezidenti İlham Əliyevin də timsalında görmüşdük. Son dönəmdə Suriyada İsrail və Türkiyə arasında münasibətlər gərginləşdikdə prezident İlham Əliyev bəyan etdi ki, biz bu məsələdə vasitəçi kimi çıxış etmişik. Müraciət edəcəkləri təqdirdə Bakı bu məsələdə ən uyğun və ən adekvat vasitəçi qismində çıxış edə bilər. Lakin real şəraitdə Omanın vasitəçi qismində çıxış etməsi daha real görünür”.

    Politoloq Əliqismət Bədəlov isə açıqlamasında Azərbaycanın vasitəçi qismində çıxış edə biləcəyini bildirib: “Hazırda İsrail-İran arasında olan məsələ çox ciddidir və bu Azərbaycanı da narahat edir. İranın bizimlə həmsərhəd olduğunu və 30 milyon azərbaycanlının orda yaşadığını nəzərə alsaq deyə bilərik ki, onların problemi bizim də problemimizdir. Azərbaycanın hər iki tərəflə də normal münasibətləri var. Söz yox ki, 44 günlük Vətən Müharibəsində İran Azərbaycanı yox dolayı yolla Ermənistanı dəstəklədi. Lakin İsrail müharibə zamanı Azərbaycanın yanında idi. Bütün bunlara baxmayaraq İran-Azərbaycan münasibətləri tədricən düzəlməyə başladı. Xüsusən İran prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri bütün dünya tərəfindən maraqla qarşılandı. İranda səfirliyimizə olan hücumdan sonra tərəflər arasında belə yüksək səviyyəli dialoq olmamışdı. İsrail-Azərbaycan arasındakı ikitərəfli münasibətlər də hər zaman yüksək səviyyədə olub. Bu münasibət qarşılıqlı maraqlara söykənib, regionda sülhün və əmin amanlığın inkişafına xidmət edir. Bu gün Azərbaycan İsrail-İran arasında olan münaqişənin dayandırılmasında vasitəçi ola bilər. Artıq məlumdur ki, Azərbaycan dünyada inkişaf edən dövlətlərdəndir. Prezident İlham Əliyev də dünyada sayılıb-seçilən liderlərdəndir. Bu vaxta qədər ölkə başçımız bir sıra məsələlərin həllində vasitəçilik edib və məqsədinə nail olub”.

    #Rufiz Hafizoğlu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Əhməd Davudoğlu önəmli fiqurdur amma...

    1 Avqust 2026 13:14

    Ermənistan İranla birgə TRIPP layihəsinə qarşı çıxdı

    26 İyul 2026 12:06

    Bab əl-Məndəbdə gərginlik: İran–ABŞ qarşıdurması davam edir

    23 İyul 2026 16:49

    Lavrovun media dialoqu təşəbbüsü anti-Azərbaycan kampaniyasını dayandırmayacaq - Rufiz Hafizoğlu

    22 İyul 2026 20:58

    Əfqanıstanda azərbaycanlı silahlıların sayı demək olar ki, sıfıra bərabərdir - Rufiz Hafizoğlu

    22 İyul 2026 14:33

    Azərbaycan müsəlman dünyasında əməli və bərabərhüquqlu həmrəyliyin tərəfdarıdır - Rufiz Hafizoğlu

    20 İyul 2026 12:45

    Suriya ilə razılaşma mümkündür, lakin Livanda vəziyyət tamamilə fərqlidir - Rufiz Hafizoğlu

    16 İyul 2026 14:46

    Qəzza müharibəsi İsrail cəmiyyətini parçalayan ilk hərbi qarşıdurmadır - Rufiz Hafizoğlu

    7 İyul 2026 14:29

    ABŞ-ın Cənubi Qafqaz siyasətində Azərbaycanın rolu artır

    2 İyul 2026 17:55

    Dohadakı danışıqların nəticəsini əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil

    29 İyun 2026 21:30

    İsrailin qondarma “erməni soyqırımı” qərarı diplomatik gərginlik yaradacaq

    29 İyun 2026 20:01

    Tarixi faktlar bu iddiaları təsdiqləyirmi?

    29 İyun 2026 18:14
    XƏBƏR LENTİ

    Muzdlu dəstələrdən qlobal hərbi gücə - ABŞ ordusu necə dünyanın ən güclü ordusuna çevrildi?

    Bu gün Kristofer Kolumb İspaniyadan Amerika qitəsinə doğru səfərə çıxdı

    Tarixdə bu gün – 3 Avqust

    Sirlərini özləri ilə məzara apardılar: Dünyanı heyrətə salan 10 müəmmalı ölüm hadisəsi

    İsraildə parlament seçkilərində əsas iddiaçılar kimlərdir?

    Rusiyanın və Çinin Sahildə yüksəlişi: Qərbin boşluğunu kim doldurur?

    "44" bədii filminin treyleri yayımlandı

    Kipr məsələsi niyə yenidən gündəmə gəlib?

    Ombudsman Xocavənddə mina partlayışı ilə bağlı bəyanat yayıb

    Ronaldo evlənəcək

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.