Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi / VOA analitika: Geosiyasi təhlillər
    VOA analitika: Geosiyasi təhlillər

    Yaxın Şərqdə fars erası bitirmi?

    8 Oktyabr 2024 12:41
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Yaxın Şərqdə fars erası bitirmi?
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı,ArabAZ

    İsrail və İran arasıdna yaşanan gərginlik  hər keçən gün daha da dərinləşməkdədir. Bu münaqişə təkcə iki tərəf arasındakı gərginlik mahiyyəti daşımır daşımır, həm də keçən əsrdə imzalanan Says-Piko sazişindən sonra edilən tənzimləmələrə bənzər bölgənin yenidən qurulmasına yönəldiyi üçün olduqca risklidir.

     “Yaşama savaşı” apardığını deyən İsraillə “strateji səbir” və “məhdud münaqişə” arasında var-gəl edən İran arasında qarşıdurmanın 7 oktyabrın birinci ildönümü ərəfəsində daha da inkişaf etdiyi açıq-aydın görünür.
    Noyabrda ABŞ-da keçiriləcək seçkilərlə gələn yanvarda Ağ Evdə prezidentlik müddətinin başlaması arasındakı dövrdə bizi “isti payız” və “kritik aylar”la qarşılaşa bilərik.
    Buna görə də İran İsrailin baş naziri Binyamin Netanyahunun qırmızı xətləri pozmağa davam edəcəyindən, manevr imkanlarını artıracağından və ABŞ-ın “müharibənin maestrosu” kimi müəyyən etdiyi qaydalardan yayınacağından qorxur.

    İranın dəstəklədiyi müqavimət oxunun, xüsusilə birinci müdafiə xətti olan Hizbullahın vurduğu zərbələrdən sonra Tehranın İran siyasi coğrafiyasını və rejimini qorumağa çalışdığı şübhəsizdir. İran regional qazanclarına güzəştə getmək və güc elementlərinə zərbə endirmək qorxusu arasındadır.

    Keçən apreldə iki ölkə arasında baş verən qarşılıqlı hücumlardan sonra Tehranın İsraillə qarşı durumunda dəyiçiklik olmasa da, İran daxilində bəzi qeyri-müəyyən hadisələr baş verdi.

    İran prezidenti İbrahim Rəisinin mayın 19-da helikopter qəzasında həlak olması və onun yerinə namizədin seçilməsindəki tərəddüddən sonra hadisələr daha da sürətləndi.
    İranın Ali Lideri Əli Xameneyiyə dərin sadiq olan qatı mühafizəkar Səid Cəlili və ABŞ ilə əlaqələri kəsmək əvəzinə ABŞ-la razılaşmağa can atan qeyri-müəyyən və açıq fikirli siyasi xadim Məsud Pezeşkiyanın təyinatı diqqət çəkib.

    Bu dəyişiklik hakim sistem daxilində rolların bölüşdürülməsindən irəli gəlir, burada əsas qərar qəbul edən şəxs Xameneyidir və prezidentin səlahiyyət dairəsi dardır. Buna görə də, İran rejimi liderlə və ya lidersiz, öz vəkilləri vasitəsilə İsrailə qarşı öz “məhvetmə” strategiyasını davam etdirdi.
    Rejim dairələri bunun Vaşinqtonla danışıqlar üçün kartlarını gücləndirəcəyinə inanırdılar. Bunun ən böyük sübutu prezident Məsud Pezeşkianın ABŞ-ın Nyu-York şəhərindən ölkəsinin ABŞ ilə yeni nüvə sazişi imzalamaq istədiyini və Bayden administrasiyasının “İsraili cilovlamaqda” davam edəcəyini bildirməsi oldu.

    Lakin HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin prezident Pezeşkiyanın andiçmə mərasiminə qatılmaq üçün gəldiyi Tehranda qətlə yetirilməsi İran İnqilab Keşikçiləri Ordusunda naratlığa səbəb olub. Bu hadisə Vaşinqtonla münasibətlərdə “qanad açmaz” üçün “bəzi silahlı qolları qurban verərək” razılaşmaya nail olmaq üçün adılan addım olması şübhəsini artırdı.

    Hadisələrin xronologiyasına nəzər saldıqda, Tehranın Haniyənin öldürülməsinə görə qisas almaqdan çəkindiyi və bunun müqabilində ABŞ-ın Qəzzada atəşkəs razılaşmasının əldə olunması prosesini sürətləndirəcəyinə söz verdiyi görünür.
    İranın dəstəklədiyi müqavimət oxu bunun “qələbə” olacağına və İsrailin hücumlarını dayandıracağına inanırdı. Lakin İsrail bu cəhdlərin qarşısını aldı və “strateji irəliləyiş” əldə etmək əzmində olduğunu göstərdi.

    İranın dəstəklədiyi müqavimət oxu son vaxtlar Qəzza,Suriya, İran və Livana ağır zərbələr alıb. Bu ŞİƏ ayparasında ciddi  təhlükəsizlik  boşluğunun olmasından  xəbər verir.

    Səhnənin İranın xeyrinə dəyişməsi ehtimalı qarşısında Vaşinqtonla münasibətlərə arxalanan qanad (hazırkı prezident Pezeşkian, strateji məsələlər üzrə vitse-prezident Məhəmməd Cavad Zərif və dərin dövlət daxilindəki bəzi fiqurlar) bəzilərini (müqavimət oxunun silahlı qollarını- Hizbullah,HƏMAS) saxlamaqdan vaz keçdi.
    Nəticədə “İslam Müqaviməti” Hizbullah baş katibi Həsən Nəsrullahı və bir neçə aparıcı hərbi komandirdən əlavə yüzlərlə üzvünü və arsenalının əhəmiyyətli bir hissəsini itirdi. Əslində bu İran strategiyasına ciddi zərbə idi. Buna cavab olaraq, Xameneyi, ruh yüksəkliyini artırmaq və müqavimət oxu daxilində çaşqınlığın qarşısını almaq üçün İsrailə raket zərbəsi endirmək qərarına gəlib.
    Ola bilsin ki, bu, zərəri məhdudlaşdırmaq, müqavimət oxunun parçalanmasının qarşısını almaq və 2003-cü ildə Bağdadın süqutundan sonra başlayan “İran erası”nın sonunun başlamasının qarşısını almaq məqsədi daşıyırdı.

    İran oktyabrın 1-də İsrailə raket zərbəsi endirdi. O, bunun 13 aprel hücumundan fərqli olmasını istəyirdi. İran ümumilikdə 200 ballistik raketdən istifadə edərək Təl-Əvivi və Negev səhrasını hədəfə alıb.

    Ancaq rejimin və onun nüvə proqramının qorunmasını, müqavimət oxunu və onun ən mühüm qalxanı olan Hizbullahı ayaqda saxlamağı üstün tutan İran yeni bir taktika izləməmək zərurəti ilə üzləşdi.

    İran Netanyahunun Hizbullah baş katibi Nəsrullahın öldürülməsindən sonra elan etdiyi “yeni nizam” layihəsini həyata keçirmək istəyinə müqavimət göstərmək qərarına gəlib. Ona görə də indiki müharibə İranda regionun gələcək nizamı uğrunda müharibə kimi qiymətləndirilir.

    Lakin heç bir şübhə yoxdur ki, İsrailin gözlənilən cavabı, xarakterindən və ölçüsündən asılı olmayaraq, regionda iki böyük hərbi güc arasında birbaşa münaqişə riskini artıracaq. Tehran bu vəziyyət qarşısında ABŞ-ın bölgəyə yeni nizam gətirməsinin və İsrailin “Qərbi Asiyada hərbi texnologiyaya əsaslanan hegemonluq” qurmasının qarşısını almaq üçün nüvə doktrinasını dəyişdirməklə hədələyir.

    Xameneyinin Nəsrullahı mədh edərkən Vaşinqtonu da təhdidi edib.
    “ABŞ və onun uzantıları tərəfindən yaradılmış sionist varlıq regionun bütün təbii sərvətlərini ələ keçirir və onlardan böyük qlobal münaqişələrdə maliyyə vəsaiti kimi istifadə etmək üçün alətə çevirir. Onlar bu bölgəni Qərb ölkələrinə enerji ixracı və Qərbdən regiona mal və texnologiya idxalı üçün qapıya çevirməyi hədəfləyirlər”-deyə o bildirib.

    Tehran bununla müharibənin resurslar və regional rolla bağlı olduğunu müəyyən etsə də, Tehrandakı strateqlər xəbərdarlıq edirlər ki, bu münaqişə 2024-cü ildəki İranı Küveytin işğalından sonra 1991-ci ildəki İraqa bənzədəcək daha doğrusu İraqın halına salacaq.

    Yaxın Şərqdə fars erası bitirmi?
    #Livan #Təhlil
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Livan və İsrail sülh prosesi üzrə ortaq razılığa gəlməlidir - ABŞ səfiri

    3 Avqust 2026 18:57

    İsraillə razılaşmaya baxmayaraq vəziyyət gözləntiləri doğrultmur - Livan naziri

    3 Avqust 2026 18:46

    Torpağımızın hər qarışı bizim haqqımızdır - Rudolf Heykal

    1 Avqust 2026 22:19

    İsrailin Cənubi Livandakı dağıntıları ciddi narahatlıq doğurur - BMT

    1 Avqust 2026 21:35

    İsrail ordusu Cənubi Livanda "Hizbullah" üzvlərinin öldürüldüyünü iddia edib

    1 Avqust 2026 20:53

    İsrail Cənubi Livandakı Nəbatiyyə əl-Fövqa qəsəbəsinə pilotsuz uçuş aparatı ilə zərbə endirib

    1 Avqust 2026 19:25

    BMT missiyası Livanın cənubunda sabitliyə dəstəyini davam etdirəcək

    1 Avqust 2026 18:10

    Livan Prezidenti İsrailin hücumlarını razılaşma üçün birbaşa təhdid adlandırıb

    31 İyul 2026 21:08

    İsrail ordusu Livanın cənubundakı Kfar Təbnit qəsəbəsində güclü partlayış törədib

    31 İyul 2026 19:54

    İsrail ordusu Livanın cənubundakı yaşayış məntəqəsini bombalayıb

    30 İyul 2026 21:03

    Xalqımız İsraillə müharibədə ağır bədəl ödəyib - Cozef Aun

    30 İyul 2026 21:01

    İsrail ordusunda daxili narazılıq döyüş hazırlığına təsir göstərib

    30 İyul 2026 19:00
    XƏBƏR LENTİ

    ABŞ insanların düşüncələrini necə idarə edir?

    Cinayətkarların artmasına sosial media necə təsir edir?

    Bu gün Corc Vaşinqton Ustad Mason titulunu qəbul etdi

    Tarixdə bu gün – 4 Avqust

    İranın Hörmüz boğazından keçidə görə ödəniş almasına icazə verməyəcəyik - Tramp

    İran üçün son şans yetişib - Tramp

    Ərəb Liqası İsraili Qəzzada atəşkəs prosesini pozmağa cəhddə ittiham edib

    Son 24 saatda Hörmüz boğazında daha doqquz kommersiya gəmisi marşrutunu dəyişib - CENTCOM

    Böyük Britaniya OpenAI və Anthropic ilə bağlı araşdırmaları izləyir

    Oman İranla dünya adından danışıqlar aparır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.